Türkiyədəki siyasi qüvvələr yeni oyun qaydaları müəyyən etməlidirlər

63
(Yenilənib 14:51 28.07.2015)
Politoloq İlqar Vəlizadə: Türkiyənin daxili siyasətində 2002-ci ildən 2015-ci ilədək davam edən inkişaf və sabtilik mərhələsi başa çatıb və ölkəni bundan sonrakı dönəmdə çox ciddi problemlər gözləyə bilər.

BAKI, 28 iyul — Sputnik. Türkiyənin daxili siyasətində 2002-ci ildən 2015-ci ilədək davam edən inkişaf və sabtilik mərhələsi başa çatıb və ölkəni bundan sonrakı dönəmdə çox ciddi problemlər gözləyə bilər.

Bunu Sputnik-ə açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 

Onun sözlərinə görə, artıq bunu prezident Rəcəb Tayyib Ərdoğan və digər AKP liderləri başa düşürlər.  

“Odur ki, Türkiyəni bundan sonra çox çətin və mürəkkəb bir mərhələ gözləyə bilər”, — deyə ekspert qeyd edib.

O hesab edir ki, artıq Türkiyənin daxili siyasətində baş verən hadisələr və hökumətin formalaşa bilməməsi növbədənkənar seçkiləri zəruri edir və yaxın aylarda erkən seçkilərin keçirilməsi istisna deyil.

Руководитель Клуба политологов «Южный Кавказ» Ильгар Велизаде.
© Sputnik /
Руководитель Клуба политологов «Южный Кавказ» Ильгар Велизаде.

“Artıq həm müxalifət, həm də iqtidar yeni seçkilərə hazırlaşırlar. Ancaq bu seçkilərin də Türkiyədə hər hansı siyasi qüvvəyə uğur gətirəcəyi hələ bəlli deyil. Bu, vəziyyəti daha da mürəkkbələşdirə bilər. Çünki bir az öncə dediyimiz kimi Türkiyə bundan sonrakı dönəmdə çox ciddi məsələlərlə üz-üzə qalacaq”, — deyə ekspert bildirdi.

Ekspert ABŞ vəTürkiyə arasındakı İŞİD-ə və terrorizmə qarşı mübarizədə anlaşmanı da məhz ölkədəki daxili siyasətin tənzimlənməsinə xidmət edən amillərdən biri hesab edir: “Türkiyənin daxilindəki vəziyyəti  tənzimləyərək AKP hakimiyyətinin xeyrinə dəyişmək üçün Ərdoğan antiterror koalisiyasına cəlb edildi. Bunu bir müddət öncə də vurğulamışdıq ki,  daxili siyasətdə resurslar bitərsə, o zaman  vəziyyəti dəyişmək üçün  Suriyaya  güc tətbiq edəcəyi istisna deyil və bu dediyimiz də reallaşdı. İndi Türkiyə hakimiyyətinin Suriya və İraqda İŞİD və PKK-nın hərbi bazalarına  zərbə endirməsi bu planın tərkib hissəsidir. Türkiyə artıq bu “kart”dan istifadə edir. Bu hadisələr bir daha göstərdi ki, ölkə daxilində vəziyyəti normal məcraya yönəltmək üçün   siyasi imkanlar bitdiyindən gücə əl atılıb.”

İ.Vəlizadə onu da əlavə etdi ki, Ankaranın Vaşinqtonla  razılaşması əsasında HDP-nin mövqelərinin zəiflədilməsi dayanır: “Çünki HDP-nin arxasında  ABŞ və onun Qərbdəki müttəfiqləri dururlar. Bu yolla cəmiyyətdə radikallığa qarşı əhval-ruhiyyə  meyyləri gücləndirilir.”

Ekspert eyni zamanda siyasi müxalifətin də hakimiyyətələ kompromisə gedib  koalisyon hakimiyyət formalaşdıra bilməməsinin də ölkədəki proseslərə mənfi təsir etdiyi qənaətindədir: “Müxalifətin koalisyon hökumətin qurulması ilə bağlı irəli sürdüyü ağır şərtlər və bu şərtlərdən geri durmaması vəziyyəti bu həddə çatdırdı. Bu da yeni seçkilərin keçrilməsini zəruri edən amillərdəndir. Amma yeni seçkilərin də Türkiyəni üzləşdiyi bu vəziyyətdən çıxaracağına optimistcəsinə baxmıram. Çünki daxili siyasətdəki böhranlı vəziyyət, eyni zamanda xarici siyasətdəki bəzi uğursuzluqlar, regionada, dünyada baş verən geosiyasi, geoiqtisadi vəziyyət, İŞİD, PKK və digər problemlər Türkiyənin çox mürəkkəb bir mərhələ qədəm qoyduğunu göstərir. Bunu Türkiyənin hakimiyyətdə olan qüvvələri də başa düşür və müxalifətə mesaj ünvanlayaraq yeni oyun qaydaları ilə ölkəni idarə etməyi təklif edirlər. Ancaq müxalifət köhnə düşüncəli olduğundan yeni oyun qaydaları ilə oynamağı bacarmır və buna qadir deyil. Əgər Türkiyədəki siyasi qüvvələr yeni oyun qaydaları müəyyənləşdirə bilməyəcəklərsə, o zaman Türkiyəni çox mürəkkəb bir dövr gözləyir.”

63
Teqlər:
indiki Türkiyə, Türkiyədəki vəziyyət, Azərbaycan xəbərləri, politoloq İlqar Vəlizadə, İlqar Vəlizadə, Türkiyə