Oqtay Əsədov Gürcüstana gedir

17
(Yenilənib 17:44 24.07.2015)
Milli Məclisin sədri Oqtay Əsədov Tiflisdə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə yola düşəcək.

BAKI, 24 iyul — Sputnik. Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstana səfər edəcək. Bu barədə Sputnik-ə parlamentin mətbuat xidmətindən məlumat verilib. 

MM-dən verilən məlumatda deyilir ki, Milli Məclisin sədri Oqtay Əsədov Tiflisdə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə yola düşəcək. 

Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir. Festival günlərində Oqtay Əsədovun Atletlər Kəndinə gedəcəyi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşəcəyi də nəzərdə tutulur.  

Səfər iyulun 27-də başa çatacaq.

17
Teqlər:
Milli Məclisin sədri, 13-cü Avropa Gənclər Olimpiya Festivalı, Oqtay Əsədov, Azərbaycan
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu

Ekspert: “İrandakı prezident seçkiləri dəyişikliklərə səbəb olacaq”

7
(Yenilənib 14:36 21.06.2021)
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, dəyişikliklərin prinsipial nöqtələrlə bağlı olub-olmayacağını demək üçün bir qədər zamana ehtiyac var
Vüqar Zifəroğlu: “Cənub qonşumuz Yaxın Şərqdəki mövqelərini gücləndirməyə çalışacaq”

“Son nəticəyə əsasən Seyid İbrahim Rəisi 17 milyon 926 min 345 səs toplayıb”. Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əhalinin seçkilərdə aktivliyi 48.8 faiz təşkil edib.

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, islahatçı qanadı mühafizəkarların əvəz etməsi İranın daxili və xarici siyasətində istər-istəməz müəyyən dəyişikliklərə səbəb olacaq: “Dəyişikliklər istənməsəydi islahatçı namizədlərdən birinin artıq səs toplamasının şahidi olardıq. Dəyişikliklərin prinsipial nöqtələrlə bağlı olub-olmayacağını demək üçün bir qədər zamana ehtiyac var. İran hələlik daxildə olan problemlərini həll etməklə məşğul olacaq. Bununla yanaşı Cənub qonşumuz Yaxın Şərqdəki mövqelərini gücləndirməyə çalışacaq”.

Vüqar Zifəroğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7
Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvan, arxiv şəkli

Komandan: "Azərbaycan, Türkiyə Pakistanın əməkdaşlığı üçün hədsiz imkanlar var"

11
(Yenilənib 16:04 21.06.2021)
Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı Prezident İlham Əliyevlə görüşündə əməkdaşlıq potensialından bəhs edib.

BAKI, 21 iyun — Sputnik. "Cənab Prezident. İlk növbədə, Sizinlə görüşmək mənim üçün böyük şərəfdir. Birincisi, Ermənistanı məğlub edərək və ərazilərinizi geri qaytararaq qazandığınız tarixi Qələbə münasibətilə səmimi qəlbdən təbriklərimi qəbul etməyinizi xahiş edirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvan iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

"Düşünürəm ki, bu, hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir. Ölkənizə qarşı qərəzliliyə baxmayaraq, Siz ərazi bütövlüyünüzü bərpa etdiniz. Sizi səmimi qəlbdən təbrik edirəm. İkincisi, mən qeyd etmək istərdim ki, 1993-cü ildə dostlarımdan biri Azərbaycana gəlmişdi və o zaman çox məyus olmuşdu. O, ötən il buraya səfər etdi və heyran oldu, dedi ki, görkəmli şəxsiyyət olan atanızın və Sizin rəhbərliyinizlə Azərbaycan son 30 ildə inkişaf edib. O qeyd etdi ki, bunu yüksək qiymətləndirir.

Zati-aliləri, Azərbaycan ilə bizim ortaq tərəfdaşlarımızdan biri də Türkiyədir. Sizin "bir millət, iki dövlət" dediyiniz kimi, Türkiyə bizim də qəlbimizə çox yaxındır. Dünyada ən yaxın əlaqələrimiz Türkiyə ilədir. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlığımız üçün hədsiz imkanlar açır. Bizim Azərbaycanda nəzərdən keçirəcəyimiz bir çox imkanlar var, iş adamlarımız buraya səfər edə bilərlər", - general bildirib.

Eləcə də oxuyun:

11
Zaqatala mənzərə

Azərbaycanın bölgələrində günlük kirayə ev bazarı canlanıb

0
(Yenilənib 18:03 21.06.2021)
Bölgələrdə günlük kirayə ev bazarında canlanma müşahidə edilir. Hətta evlərin əksəriyyəti əvvəlcədən sifarişlə tutulub. Qiymətlərdə 4-5 dəfə artım var.

BAKI, 21 iyun – Sputnik. Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmışdı. Bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. Sputnik Azərbaycan-ın bölgə müxbiri şimal-qərb bölgəsindəki hazırkı vəziyyəti araşdırıb. Məlum olub ki, bu il yüksək tələbat səbəbindən qiymətlər yenə əvvəlki vəziyyətinə qayıdıb.

Rayon sakini Barat Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, artıq qonaqları qarşılamağa hazırdırlar: “Keçən il pandemiya ilə əlaqədar olaraq heç bir nəfər də gələn olmadı. 100 manat, 80 manatlıq evləri 30 manata, 20 manata da saldırdıq, amma gələn olmadı. İndi yenə 80 manata, 100 manata razılaşma yolu ilə verə bilərik”.

Rieltor İlqar Muradov bildirir ki, bu il günlük kirayə evlərə tələbat çoxdur. Qiymətlər də ərazidən asılı olaraq 80-150 manat arasında dəyişir:

“Ay yarımdır ki, mənə zənglər gəlir, evlər sifariş olunur. Şəhərin yuxarı hissəsində -  Xan Sarayı tərəfdə, “Marxal”, “Dodu məhəlləsi” tərəflərdə qiymətlər 100-150 manat civarındadır. Qiymətlər öz axarına düşüb. Aşağıda isti olduğu üçün 30 manat civarında fərq var”.

Zaqatalada da günlük kirayə evlərə tələbat artıb. Rieltor İlkin Mirzəyinin sözlərinə görə, turistlər ən çox dağətəyi və yaşıllıq ərazilərdəki evlərə üstünlük verirlər: “Əvvəllər şəhərdəki evlərə maraq var idisə, indi kənd evlərinə üstünlük verirlər. Həm şəhərə yaxın, həm də dağətəyi olduğu üçün Car kəndindəki evlərə turistlərin marağı daha çoxdur”.

Rieltor bildirib ki, ötən ilə nisbətən qiymətlərdə də xeyli fərq var.

“Keçən il turist az idi deyə 50 manatlıq evlər hətta 20 manata qədər düşmüşdü. Bu il yaxşıdır. Tələbat var, gələn-gedənlərimiz var. Qiymətlər hazırda 30 manatdan başlayır. Şəraitdən asılı olaraq da 40-50, hətta 100 manata kimi qiymətlər dəyişir”.

Ev sahibləri də turist axınını nəzərə alaraq qiymətləri artırıblar. Rayon sakini Hikmət Məmmədovun sözlərinə görə, qonaqla danışıqdan asılı olaraq endirim də edirlər.

“Ötən il evləri 20 manata da verirdik, ancaq qalan yox idi. Bu il adam sayına baxırıq. 50 manata veririk, 40 manata olur. Tək adam olsa, 30 manata da veririk. Bir də uzunmüddətli qalan olanda endirim edirik. Gələn də var".

Rieltorlar vurğulayıblar ki, bu il xarici ölkələrə getməkdə müəyyən məhdudiyyətlər olduğundan vətəndaşlar əsasən rayonlara üz tutacaqlar. Bu səbəbdən də gündəlik kirayə ev qiymətlərinin iyul-avqust aylarında daha da artacağı gözlənilir.

Eləcə də oxuyun:

0
Teqlər:
yay mövsümü, qiymətlər, Qax, Zaqatala, Şəki, bölgələr, kirayə mənzil, kirayə ev, kirayə