Riçard Hoqland

Hoqland: İrana qarşı sanksiyalar hələlik aradan qaldırılmayacaq

12
(Yenilənib 14:21 23.07.2015)
Bu barədə Bakıda keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya üzrə baş köməkçisi Riçard Hoqland deyib.

BAKI. 23 iyul — Sputnik. ABŞ və İran nüvə proqramına dair tarixi sənədi razılaşdırıblar.

Sputnik xəbər verir ki, bu barədə Bakıda keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya üzrə baş köməkçisi Riçard Hoqland deyib.

Onun sözlərinə görə, Beynəlxalq Atom Agentliyi (MAQATE) altı ay ərzində bu sənədin texniki aspektlərinə baxcaq. Hələlik sanksiyalar aradan qaldırılmayacaq, bu prosesə 6 aydan sonra başlanıla bilər. ABŞ rəsmisi əlavə edib ki, vəziyyətin 6 aydan sonra necə dəyişiləcəyi bilinmir.

12
Teqlər:
ABŞ və İran, Beynəlxalq Atom Agentliyi, MAQATE, Riçard Hoqland, İran, ABŞ