İlham Əliyev

İlham Əliyev: Serj Sarkisyanın demokratiyadan danışmağa haqqı yoxdur

329
(Yenilənib 14:32 22.07.2015)
Azərbaycan prezidenti: Ermənistan rəhbərliyinin uzaqgörənliyi varsa, nəhayət, anlayacaq ki, qonşuları ilə münasibətləri normallaşdırmasa, Ermənistanın gələcəyi sual altında olacaq.

BAKI, 22 iyul — Sputnik. Avropa İttifaqı Şurasının sədri ilə mətbuat konfransında Ermənistan prezidenti Azərbaycanın demokratiyadan uzaq olduğunu dedi. O, demokratiya haqqında danışa bilməz, çünki 2008-ci ildə əvvəlki prezident tərəfindən sadəcə, təyin edilmişdi, baxmayaraq ki, guya seçkilər keçirmişdilər.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Aİ Şurasının sədri Donald Tuskla keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı xatırladıb ki, Ermənistanda 2008-ci ildə keçirilən “seçkilər”də insanlar qətlə yetirilmişdi: “Belə olan halda, bu insan bu haqda ümumiyyətlə, heç danışmamalıdır. Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaq məsələsinə gəldikdə, mənə elə gəlir ki, bu ittihamın Azərbaycan tərəfindən gəlməsi daha təbii görünərdi. Çünki beynəlxalq ictimaiyyət aydın şəkildə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalıdır. Hal-hazırda biz danışıqlar formatı üzərində müzakirə aparırıq ki, münaqişənin dinc yolla həllinə nail olaq. Lakin münaqişənin məhz səbəbləri yaddan çıxarılmalı deyil. Erməni separatçıları Dağlıq Qarabağda Ermənistan tərəfinin dəstəyi ilə Azərbaycana qarşı təcavüzə keçdilər və münaqişənin ilk qurbanları azərbaycanlılar oldu. İşğal etnik təmizləmə siyasəti ilə, Xocalıdakı soyqırımla nəticələndi. Azərbaycan ərazisinin 20 faizi işğal altında düşdü və biz bu işğalın nəticələri ilə üzləşdik. Və çox aydın şəkildə görünür ki, Azərbaycan ərazisinin böyük bir hissəsi Ermənistanın işğalı altındadır. Oradan azərbaycanlılar qovulub. Onlar bizim tarixi, dini abidlərimizi yerlə yeksan ediblər. Yeri gəlmişkən, bunlar ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında öz əksini tapıb. İndi isə onlar Azərbaycanı ittiham edirlər ki Azərbaycan blokada tətbiq edir. Azərbaycanı ksenofobiyada ittiham edirlər. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli, çoxkonfessiyalı ölkədir. İndiki dünyada necə ola bilər ki, bir ölkənin əhalisinin 99 faizi bir millətə aid olsun? Lakin Azərbaycan qürur hissi ilə qeyd edir ki, çoxmillətli ölkədir. Azərbaycan bundan fərəhlənir. Azərbaycanda bütün dinlərin, konfessiyaların nümayəndələri yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır”.

Prezident bir daha qeyd edib ki, təcavüzə məruz qalanla təcavüzkar arasında fərq qoyulmalıdır: “Təcavüzkar ədalət məhkəməsi qarşısında cavab verməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi qəbul olunub. Bu qətnamələrdə Ermənistan silahlı  qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbi qeyd olunur. İşğala, təcavüzə heç bir əsaslandırılma verilə bilməz. Nə qədər tez Ermənistan bu reallığı anlasa, o qədər onların özləri üçün yaxşı olar. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü regional əməkdaşlıqdan, Azərbaycandan, qonşularından təcrid edir. Bunun nəticəsində Ermənistanda hərtərəfli yoxsulluq baş verir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı səviyyədə yaşayır. Bu təcavüzün, işğalın nəticəsidir. Ermənistan rəhbərliyinin uzaqgörənliyi varsa, nəhayət, anlayacaq ki, qonşuları ilə münasibətlər normallaşdırılmasa, Ermənistanın gələcəyi sual altında olacaq”. 

329
Teqlər:
Avropa İttifaqı Azərbaycan, , Avropa İttifaqı, Donald Tusk, İlham Əliyev, Azərbaycan
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

Türkiyə səfirliyindən Azərbaycana Laçın təbriki

17
(Yenilənib 11:22 01.12.2020)
Bu barədə məlumat Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. "Laçının işğaldan azad edilməsi və Azərbaycan torpaqlarına yenidən qatılması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Qarabağ Azərbaycandır!", - deyə məlumatda vurğulanır.

17
Teqlər:
təbrik, Türkiyə, Azərbaycandakı səfirliyi, Laçının azad olunması
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

239
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

239
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Министерство труда и социальной защиты населения

Şəhid ailələri qazilərə ödəniləcək müavinətlərlə bağlı açıqlama verildi

4
Talıbov deyib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir.

BAKI, 1 dekabr - Sputnik. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar:

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

4