Şanlı-Urfa terror

Türk yazar: ABŞ İŞİD vasitəsilə bölgəni dizayn edir

33
(Yenilənib 12:34 21.07.2015)
Professor Qulu Məhərrəmli: “Birləşmiş Ştatlar özü İŞİD terrorçularına qarşı vuruşan koalisiyaya rəhbərlik edir. Onların arxasında necə dura bilər?!”

BAKI, 21 iyul – Sputnik. Türkiyənin Suriya ilə sərhəddə yerləşən Suruç şəhərində dünən baş verən partlayışla bağlı türk mediasında diqqət çəkən məqalələr yayımlanıb. 

Yeni Şəfəq qəzetinin köşə yazarı Əbdülqadir Səlvi öz məqaləsində Qərbin İŞİD vasitəsilə Türkiyəyə mesaj göndərdiyini yazıb.

Əbdülqadir Səlvi
haber.sol.org.tr
Əbdülqadir Səlvi

“İraqı işğal edən, Suriyanı qan gölünə çevirən bu terrorçuları ABŞ yaratdı. Özünü dünyanın ağası hesab edən bu ölkə illərlə Əl-qaidə terrorçularından istifadə edərək İslam ölkələrində çaxnaşma saldı. Əfqanıstan və İraqı işğal etdi. İndi də İŞİD vasitəsilə Suriya və İraqdan başlamaqla, bölgəmiz dizayn edilir”.

Əbdülqadir Səlvi, qərb kəşfiyyatının Türkiyənin Suriyaya müdaxilə etməsi üçün var gücü ilə çalışdığını yazıb. 

Bakı Dövlət Universitetinin professoru, tanınmış tele-tənqidçi jurnalist Qulu Məhərrəmli Türk həmkarının dedikləri ilə qismən razılaşsa da, İŞİD-in arxasında ABŞ-ın dayandığı fikrini təkzib edib. O, məsələ ilə bağlı Sputnik-ə öz dəyərləndirmələrini edib.

“Bölgənin dizayn edildiyi fikri ilə tam razıyam. Əslində bu proses yeni başlamayıb. Ümumiyyətlə geopolitika yenidən redaktə edilir. Qaldı ki, İŞİD-in arxasında ABŞ-ın dayandığı fikrinə, mən bununla razı deyiləm. Birləşmiş Ştatlar özü İŞİD terrorçularına qarşı vuruşan koalisiyaya rəhbərlik edir. Onların arxasında necə dura bilər?!”

Qulu Məhərrəmli Türkiyənin xarici və daxili siyasətini də tənqid edib.

Professor Qulu Məhərrəmli
azpolitika.info
Professor Qulu Məhərrəmli

“Ərdoğan rəhbərliyindəki Türkiyə hökuməti daxili siyasətdə bir çox yanlış addıma təşəbbüs etdi. Parlamentli sistemdən prezidentli sistemə keçmək üçün çox çalışdılar. Bu Türkiyənin ənənəvi siyasi maraqlarına ciddi zərbədir. Türkiyə də Rusiya kimidir. Hər hansı terror hadisələri olan kimi, hökumət öz zəifliyini ört-basdır etmək üçün Qərb ölkələrini hədəf göstərir. Bu Türkiyə siyasətində artıq ənənə halını alıb. Əvvəllər də belə idi, indinin özündə də”, deyə Qulu Məhərrəmli əlavə edib. 

33
Teqlər:
Şanlı Urfada terror, Türkiyədə terror, İŞİD, Əl-Qaidə, Qulu Məhərrəmli, Əbdülqadir Səlvi, Türkiyə
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

"Lavrovun Qarabağla bağlı sözləri fikir ayrılıqlarının olduğunu göstərir"

91
(Yenilənib 15:01 19.01.2021)
Bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə toxunub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan – Azərbaycan sülh prosesi barəsində bəzi bəyanatlar səsləndirib və 44 günlük müharibədən sonra müzakirə edilən bir çox məsələyə toxunub. Rusiyalı nazir Ermənistan rəsmilərinin Qarabağ səfərlərinə reaksiya verərək onları siyasiləşmiş bəyanatlardan çəkinməyə çağırıb, bu cür bəyanatların gərginlik yaratdığını da xüsusilə vurğulayıb. Lavrov bununla da Yerevana mesaj göndərib. Bundan əlavə, Rusiya xarici işlər naziri öz çıxışında Qarabağın statusu, sülhməramlıların mandatı, həmçinin erməni diversantların taleyi kimi məsələlərə də toxunub.

Sputnik Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovla Rusiya xarici işlər nazirinin fikirləri barədə həmsöhbət olub.

© Sputnik
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovl

Ekspert qeyd edib ki, Lavrovun çıxışında ən çox maraq doğuran məqamlardan biri keçmiş Dağlıq Qarabağ bölgəsinin statusu məsələsinə aid verilən suala cavabı olub: "Onu deyim ki, müharibənin başa çatmasından sonra noyabrın 12-də açıqlama verən Lavrov bildirmişdi ki, "indi müharibədən sonrakı siyasi prosesin əsas mövzusu Dağlıq Qarabağın statusudur". Dünən baş tutan mətbuat konfransında isə bunun əksinə olaraq bildirdi ki, "hal-hazırda status məsələsini prioritet kimi irəli sürmək üçün yaxşı vaxt deyil. Bu məsələ gələcəkdə həll olunmalıdır". Lavrovun keçən 2 ay ərzindəki bəyanatlarında belə bir dəyişikliyin baş verməsi tərəflər arasında fikir ayrılığının olduğunu göstərməklə yanaşı, status məsələsinin gündəmdə saxlanılmasına cəhd kimi də dəyərləndirilə bilər".

Vasif Hüseynovun sözlərinə görə, Lavrovun bəyanatında digər diqqətçəkən məqam Rusiyanın Qarabağa iddialarına dair şayiələrlə bağlı idi. Belə ki, Rusiyanın Qarabağı ilhaq etmək niyyətinə aid sualı "ekzotik" adlandıran Lavrov Rusiyanın belə bir planının olmadığını bildirdi:

"Düşünürəm ki, bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz. İndi tərəflər arasında müzakirə mövzularından biri məhz sülhməramlıların mandatının hazırlanması və onların fəaliyyətinin müəyyən edilmiş və razılaşdırılmış çərçivəyə salınmasıdır. Lavrov da bu məsələnin müzakirə edildiyini təsdiq etdi".

BMTM-in eksperti vurğulayıb ki, Lavrovun 44 günlük müharibədən sonra Azərbaycana qarşı təxribat göstərmiş və həbs olunmuş diversant qruplarının taleyi haqqındakı açıqlaması da Rusiyanın prosesə yanaşması haqqında bəzi nüansları ortaya çıxarıb: "Yanvarın 11-dəki üçtərəfli sammitdə Rusiya Prezidenti Vladimir Putinin söylədiyini təkrar edən Lavrov bəyan etdi ki, 9 noyabra qədər əsir götürülmüş hərbçilərin geri qaytarılması başa çatıb. O, müharibədən sonrakı dövrdə Azərbaycan tərəfindən həbs edilmiş diversant qrupların taleyi ilə bağlı danışıqlar getdiyini bildirdi. Baxmayaraq ki, Lavrov bu məsələnin 11 yanvar görüşündə də müzakirə edildiyini söylədi, həmin görüşdən sonra Prezident Putinin mətbuata açıqlamasında bu mövzuya toxunulmadı. Nə də Azərbaycan Prezidenti bu haqda hər hansı bir fikir dedi. Belə görünür ki, bu məsələni qabardan və müzakirə masasına gətirən yalnız Ermənistan tərəfidir, lakin təxribatın müharibədən sonra baş verməsi və bunun üçtərəfli bəyanatla əhatə olunmaması Yerevanın imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır".

91
Teqlər:
bəyanat, rus, sülhməramlılar, Dağlıq Qarabağ, Sergey Lavrov
Prezident İlham Əliev, arxiv şəkli

Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

3
Yanvarın 15-də İndoneziyanın Sulavesi adasında 6,2 manqitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Zati-aliləri Coko Vidodoya başsağlığı məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"

Qeyd edək ki, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında 6,2 manqitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. Təbii hadisə zamanı daha 844 nəfər xəsarət alıb.

3
Pasport, arxiv şəkli

Şəxsiyyət vəsiqəsilə Türkiyəyə səfəri nəzərdə tutan layihə müzakirə olunacaq

0
(Yenilənib 19:39 19.01.2021)
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

0