Оганнес Манукян

Ədliyyə naziri istefa verib

16
(Yenilənib 11:45 15.07.2015)
Prezident onun ərizəsini qeyd-şərtsiz qəbul edib.

BAKI, 15 iyul-Sputnik. Ermənistanın Ədliyyə naziri istefa verib. 

Sputnik erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan da öz növbəsində Ədliyyə naziri Ovanes Manukyanın istefasını qeyd-şərtsiz qəbul edib.

İstefa ərizəsi yazan Manukyan hazırda xaricdə məzuniyyətdədir.


16
Teqlər:
Ermənistanın Ədliyyə naziri, Serj Sarkisyan, Ovanes Manukyan
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Hulusi Akar: "Sonuna qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq"

71
Çox qısa bir müddətdə yoldaşlarımız orada xidmət aparacaqlar. Türk və rus generalı birlikdə işləyəcək. Orada Türkiyə və Rusiya zabitləri atəşkəsə nəzarət edəcək, onun davamlı olması üçün birlikdə fəaliyyət göstərəcəklər.

BAKI, 2 dekabr — Sputnik. Hazırda Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin tikintisi aparılır.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

"Çox qısa bir müddətdə yoldaşlarımız orada xidmət aparacaqlar. Türk və rus generalı birlikdə işləyəcək. Orada Türkiyə və Rusiya zabitləri atəşkəsə nəzarət edəcək, onun davamlı olması üçün birlikdə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, bizim azərbaycanlı qardaşlarımızla tədris, təlim mövzusunda işlərimiz də davam edir. İnşallah, bu məsələlərdə əlimizdən gələn nə varsa qardaşlarımıza edəcəyik və sonuna qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Buna heç kimin şübhəsi olmasın".

71
Teqlər:
Hulusi Akar, Rusiya, Türkiyә, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Xankəndi

XİN fransalı deputatların Qarabağa səfər edəcəyi xəbərinə münasibət bildirdi

33
Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır

BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Sputnik Azərbaycan L.Abdullayevaya ünvanlanmış sualı və onun cavabını təqdim edir:

- Erməni KİV-ləri Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyini, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarını yazırlar. Bu səfərlə bağlı Xarici İşlər Nazirliyinin şərhini öyrənmək istərdik.

- Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır.

33
Teqlər:
Azərbaycan XİN, səfər, deputatlar, Fransa, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan gələn həftə Bakıya gəlir Hərbi paradda iştirak edəcək

14
(Yenilənib 12:35 03.12.2020)
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.

BAKI, 3 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə mənbə bildirib.

Türkiyə Prezidentinin dekabrın 10-u Bakıda baş tutacaq hərbi paradda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılır və tam atəşkəs elan olunur.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

14