Yeni tarix yazılır: İran Qərb razılığa gəldi

249
(Yenilənib 15:21 14.07.2015)
Tərəflərin Bakı vaxtilə saat 13:30-da sonuncu dəfə bir araya gələcəkləri və mətbuat konfransı keçirərək razılıq mətnini jurnalistlərə oxuyacaqları bildirilir.

BAKI, 14 iyul – Sputnik. İran və Qərb ölkələri arasında Avstriyanın paytaxtı Vyanada 2 həftədir davam edən nüvə danışıqlarında yekun razılığın əldə olunduğu bildirilir.

Avropa Birliyi spikeri Katerin Ray şəxsi Twitter hesabında bu barədə məlumat yayıb.

O, tərəflərin Bakı vaxtilə saat 13:30-da sonuncu dəfə bir araya gələcəklərini və mətbuat konfransı keçirərək razılıq mətnini jurnalistlərə oxuyacaqlarını yazıb.

Xəbəri Sputnik-ə Vyanada olan iranlı diplomat da təsdiqləyib. O, yekun mətn üzərində razılığın əldə olunduğunu ifadə edib. 

249
Teqlər:
Qərb ölkələri, Nüvə danışıqları razılışdırılması, nüvə danışıqları, Cavad Zərif, Katerin Ray, Vyana, Avstriya, İran
Mövzu:
İran nüvə razılaşması (13)