Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov

Beynəlxalq QHT-lər yalnız sahiblərinin sifarişini yerinə yetirir

16
(Yenilənib 11:48 02.07.2015)
Novruz Məmmədov: Bu gün beynəlxalq münasibətlərdə beynəlxalq hüquq anlayışına bəyanatlarda, müəyyən sənədlərdə rast gəlmək olur.

BAKI, 2 iyul — Sputnik. Bu gün beynəlxalq münasibətlərdə beynəlxalq hüquq anlayışına bəyanatlarda, müəyyən sənədlərdə rast gəlmək olur.

Sputnik-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

Məmmədov qeyd edib ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq missiyasını yerinə yetirən faktorlardan biri də QHT-lərdir.

"Ona görə də onları beynəlxalq QHT-lər adlandırırlar. Beynəlxalq QHT-lər isə yalnız sahiblərinin sifarişini yerinə yetirirlər”, — deyə Məmmədov vurğulayıb.

16
Azərbaycan və Türkiyə XİN başçıları Ceyhun Bayramov və Mövlud Çavuşoğlunun görüşü

Yeni nazir xarici siyasətin əsas prioritetini açıqladı

24
(Yenilənib 16:59 11.08.2020)
Nazir qeyd edib ki, ölkələr arasında münasibətlər olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.

BAKI, 11 avqust — Sputnik. Azərbaycanla Türkiyə arasında münasibətlər ölkəmiz üçün olduqca vacib istiqamət və prioritetdir, biz bunu həmişə qeyd edirik.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ankarada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, ölkələr arasında münasibətlər olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.

"Bu günə kimi iki ölkə arasında müxtəlif sahələri əhatə edən 241 sənəd imzalanıb, 29 əlavə müqaviləyə baxılır və düşünürəm ki, onlar yaxın günlərdə imzalana bilər. Bütün sahələrdə münasibətlər çox dinamik inkişaf edir. 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 33 faiz artıb, 2020-ci ildə çətin şərtlərin olmasına baxmayaraq, ilk beş ayda ticarət dövriyyəsində 20 faiz artım olub. Azərbaycan kapitalı olan 2 minə yaxın şirkət Türkiyədə çalışır. Azərbaycanda isə 4 min Türkiyə şirkəti fəaliyyəti göstərir və bu günə qədər iqtisadiyyatımıza 12,6 milyard ABŞ dolları investisiya qoyublar", - deyə Ceyhun Bayramov qeyd edib.

Azərbaycanın Türkiyə və türk xalqının yanında olduğunu vurğulayıb: "Azərbaycan həmişə Türkiyənin haqq işini dəstəkləyir və türk xalqının yanındadır".

24
Bakıda Azərbaycan və Serbiya nümayəndələri arasında görüş

Bakıda Azərbaycan Serbiya nümayəndələri arasında görüş keçirilib

12
(Yenilənib 13:29 11.08.2020)
Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

BAKI, 11 avqust — Sputnik. Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycan Respublikasına səfərə gəlib.

"Report"un xəbərinə görə, səfər zamanı, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul ediblər.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb. Dövlət başçılarının müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

Görüşdə həmçinin digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Serbiya nümayəndə heyətinin səfəri avqustun 12-də başa çatacaq.

12
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0