“Azadlıq-2015” bloku deputalığa namizədləri müəyyənləşdirməyə başlayır

193
“Azadlıq-2015” Seçki Bloku qarşıda gələn parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərin müəyyənləşdirilməsinə start verib.

BAKI, 1 iyul — Sputnik. “Azadlıq-2015” Seçki Bloku qarşıda gələn parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərin müəyyənləşdirilməsinə start  verib.

Bu barədə Sputnik-ə məlumat “Azadlıq-2015” Seçki Blokundan verilib.

Məlumata əsasən, bu gün blokun Sədrlər Şurasının iclası olub və iclasda ölkədiki ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri və qarşıda duran vəzifələr müzakirə edilib.

Qarşıdan gələn parlament seçkilərini müzakirə edən blokun Sədrlər Şurası, “Azadlıq-2015” Seçki Blokunun deputatlığa namizədlərinin siyahısı üzərində müzakirələr aparıb və müəyyənləşdirilmiş deputatlığa namizədlərlə görüşün keçirilməsi barədə qərar qəbul edilib.  

Sədrlər Şurası eyni zamanda Milli Məclisə seçkilərin bütün mərhələləri üzrə demokratik qüvvələrin vahid monitorinq mərkəzinin yaradlması təşəbbüsü ilə digər siyasi və ictimai sektor təsisatları ilə məsləhətləşmələrin aparılmasını məqsədəuyğun sayıb. 

Blok üzvləri həmçinin bu həftə ərzində bir sıra xarici ölkə səfirlikləri ilə keçiriləcək görüşlərlə bağlı fikir mübadiləsi aparıblar.

“Azadlıq-2015” blokuna KXCP, AXP, Aydınlar, Azadlıq, ALDP, VİP və Böyük Azərbaycan partiyaları daxildirlər.

Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək.

193