Moşe Yaalon

İsrailli nazir: Həmasa maliyyə yardımı Türkiyədən ötürülür

27
(Yenilənib 12:39 01.07.2015)
İsrailin müdafiə naziri Moşe Yalon, Həmas təşkilatının İrandan gələn maliyyə vəsaitlərini Türkiyə üzərindən aldığını iddia edib.

BAKI, 1 iyul – Sputnik. İsrailin müdafiə naziri Moşe Yaalon, Həmas təşkilatının İrandan gələn maliyyə vəsaitlərini Türkiyə üzərindən aldığını iddia edib. 

“Həmas, İsrailə qarşı silahlı mübarizəni davam etdirə bilmək üçün İrandan əldə etdiyi maliyyə qaynaqlarını Qərbi Şəriə bölgəsinə köçürür, və bunu Türkiyədə yaşayan Həmas rəhbərləri üzərindən həyata keçirir”, deyə İsrail müdafiə naziri bildirib.  

Nazir, Türkiyədə fəaliyyət göstərən Həmas rəhbərlərinin, İsrail hədəflərinə zərbələr endirən “İzzəddin əl Qəssam” tuqaylarını maliyyələşdirdiklərini söyləyib. 

Qərbi Şəriədəki Həmas bürosundan verilən açıqlamada isə, İsrail müdafiə nazirinin dediklərinin əsassız olduğu vurğulanıb.

"Həmas, bütün fəaliyyətlərini Fələstin torpaqları üzərində həyata keçirir. Türkiyənin adını söyləməklə Fələstin xalqına dəstək çıxanların üzərində təzyiq yaradılmağa çalışılır", deyə Həmas rəsmisi bildirib.

27