Bakı proletar tətilləri

Bakı proletarlarının ilk tətili

35
(Yenilənib 11:07 01.07.2015)
1903-cü il iyulun 1-də Bakıda ilk ümumi siyasi tətili keçirilib.

BAKI, 1 iyul — Sputnik. 1903-cü il iyulun 1-də Bakıda ilk ümumi siyasi tətili keçirilib.

Əsasən neft sənayesini əhatə edən tətilin tələbləri fəhlələrin iş şəraiti, 8 saatlıq iş günü, əməkhaqlarının artırılması ilə bağlı idi. İyulun 22-dək sürən tətil Bakıda sol təmayüllü (bolşevik) təbliğatın tədricən təşəkkül tapdığını göstərirdi.

Tətilə müxtəlif millətlərdən olan şəxslər, o cümlədən 26 Bakı komissarlarından biri olmuş İvan Fioletov rəhbərlik edirdilər. 

Tətil öz məqsədinə nail olmasa da, Rusiyanın cənubunda başlayan ümumi tətilə rəvac vermiş oldu.  

35