Kamal Kılıcdaroğlu

CHP: Kamal Kılıcdaroğlu baş nazir olmalıdır

13
(Yenilənib 11:14 12.06.2015)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti yaratmaq üçün şərtlərini irəli sürüb.

BAKI, 12 iyun — Sputnik. Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti yaratmaq üçün şərtlərini irəli sürüb.

Bu barədə “Kanal7” telekanalı xəbər verir.

Məlumatda deyilir ki, müxalifət partiyasının şərtlərinə əsasən, partiya lideri Kamal Kılıçdaroğlu iki il müddətinə ölkənin baş naziri olmalıdır, bundan başqa Türkiyə parlamentinə CHP üzvlərindən biri sədrlik etməlidir.

Müxalifət həmçinin ədliyyə, daxili işlər və təhsil nazirlərinin CHP deputatlarından təyin olunmasını tələb edir.

13
Teqlər:
şərtlər, parlament, müxalifət, daxili işlər naziri, təhsil naziri, ədliyyə naziri, baş nazir, koalisiya hökuməti, Hökumət qurmaq, Türkiyə parlamenti, AKP, Ədalət və İnkişaf Partiyası, CHP, Cümhuriyyət Xalq Partiyası, Kamal Kılıçdaroğlu, Türkiyə
Əlaqədar
MHP: Yeni Konstitusiyada “türk milləti” ifadəsi qalsın
Politoloq: Türkiyədə böhran Ərdoğanın mövqeyindən asılıdır
Türkiyəni qarşıdakı yaxın dönəmdə böyük sınaqlar gözləyir
ABŞ Prezidenti Donald Tramp

Donald Tramp qələbə qazanacağına çox əmindir

4
"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olacaq birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində liderlik şansını dəyərləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o qarşıdan gələn seçkilərdə qələbə çalacağını dilə gətirib.

"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olan birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

Eyni zamanda Ağ Evin rəhbəri 4 il əvvəlki seçki kampaniyasının indikindən geri qaldığını qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp prezident seçkilərində artıq erkən səs verib.

ABŞ-da prezident seçkiləri noyabrın 3-ü keçiriləcək. Prezident Donald Trampın əsas rəqibi Demokratlar Partiyasından olan keçmiş vitse-prezident Cozef Baydendir.

4
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

14
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

14
Azərbaycan HHQ-nin təyyarəsi, arxiv şəkli

Ağdam istiqamətində Ermənistan SQ-nin hərbi texnikası infrastrukturu məhv edilib

44
(Yenilənib 19:29 24.10.2020)
Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edilib.

BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

44
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə