Hikmət Hacıyev

XİN: Arif Məmmədov kimisinin adımızdan danışmağa heç bir haqqı yoxdur

63
(Yenilənib 19:32 07.06.2015)
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev baş vermiş son olaylarla bağlı öz facebook hesabında bəyanat yayıb.

BAKI, 7 iyun — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev baş vermiş son olaylarla bağlı öz facebook hesabında bəyanat yayıb.

Sputnik həmin bəyanatı təqdim edir: 

"Mən, Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, möhtərəm Prezidentimiz tərəfindən yürüdülən daxili və xarici siyasətə xidmət etmişəm və həmişə də edəcəm.

Rahat həyat və Avropa ölkələrində sığınacaq almaq məqsədilə belə əməllərə əl atan Arif Məmmədov kimisinin adımızdan danışmağa heç bir haqqı yoxdur. Artıq bir neçə ildir Azərbaycan XİN sistemində deyil, İslam Əməkdaşlıq Təşkilatında işləyən bu şəxsin əməllərini, eləcə də sosial şəbəkələrdə ölkəmizin ictimai-siyasi və mədəniyyət xadimləri, Azərbaycan xalqı və ölkəmiz haqqında yazdığı fikirlərini qəti şəkildə pisləyir və qınayıram. Öz xalqına qarşı təhqir qəbuledilməzdir. Arif Məmmədov Avropadakı havadarları ilə əlbir olaraq Avropa oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan əks-təbliğat kampaniyasının bariz nümunəsidir. 

XİN sözçüsünün facebook mesajı
sputnik.az
XİN sözçüsünün facebook mesajı

Texniki parametrlər baxımdan facebook sosial şəbəkəsində hər hansı statusun “like” edilməsi bu fikrin bilavasitə qəbul və ya təsdiq edilməsi mənasını daşımasa da, daha çox “gördüm, oxudum və ya tanış oldum” demək olsa da, onun sosial şəbəkələrdə yaşayış binasında yanğın ilə əlaqədar yazdığı statusunun “like” edilməsi ilə əlaqədar yaranmış anlaşılmazlığa görə üzrxahlığımı bildirirəm. Bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən lazımı ölçü götürülmüş və tədbirlər görülmüşdür.

Hər bir Azərbaycan vətəndaşı kimi ilk Avropa Oyunları kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsindən fəxr hissi duyuram və ailə üzvlərimlə birlikdə bu tarixi hadisənin canlı şahidi olmağımızı gözləyirik.

Bir daha bildirirəm ki, harada olmağımızdan və çalışmağımızdan asılı olmayaraq, əqidə, amal və əməlimlə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hər bir Əmrinə müntəzirəm.

Hikmət Hacıyev, Azərbaycan Respublikasının vətəndaşı".

Hacıyevin statusunda adı çəkilən Arif Məmmədov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsidir.

63
Teqlər:
sosial şəbəkə, daimi nümayəndə, əqidə, amal, Avropa Oyunları, texniki parametrlər, like, Status, İslam Əməkdaşlıq Təşkilatı, Facebook, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti, XİN, İlham Əliyev, Heydər Əliyev, Arif Məmmədov, Hikmət Hacıyev, Azərbaycan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik kəsəcəyik!

64
(Yenilənib 22:01 20.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

BAKI, 20 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu, davam edəcək:

"Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən bəri mübarizələrə ev sahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik".

64
Əlaqədar
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Ərdoğan afrikalılara müraciət etdi: "Azərbaycanın yanında olacağınızı düşünürəm"
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan: Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik
Ərdoğan nazirləri toplayır, Qarabağdakı durum müzakirə olunacaq
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng etdi: Mövzu Qarabağdır

64
(Yenilənib 19:53 20.10.2020)
Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin inkişafı detallı müzakirə olunub.

BAKI, 20 oktyabr - Sputnik. Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub. 

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin inkişafı detallı müzakirə olunub.

Putin fransalı həmkarını hərbi əməliyyatların eskalasiyasının qarşısını almaq və Dağlıq Qarabağ probleminin siyasi diplomatik yolla nizamlanması məqsədi ilə tezliklə danışıqların bərpa edilməsi ilə bağlı atılan addımlar barədə məlumatlandırıb.

Telefon danışığında oktyabrın 10-u və 17-də atəşkəslə bağlı əldə olunan razılığa riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, eləcə də BMT Təhlükəsizlik Şurasının xətti ilə sıx koordinasiyanın davam etdirilməsinə hazırlıq qeyd olunub.

64
Teqlər:
Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Emmanuel Makron
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0