Angela Merkel

Merkelin instaqramından rusdilli şərhlər silinib

10
(Yenilənib 19:35 07.06.2015)
Kansler instaqramda akkaunt açandan sonra keçən bir neçə saat ərzində rus dilində yüzdən artıq şərh yazılıb.

BAKI, 7 iyun — Sputnik. Almaniya kansleri Angela Merkelin instaqramından təhqiramiz rusdilli şərhlər silinib.

Bu barədəd Frankfurter Allgemeinen Zeitung yazır.

Kansler instaqramda akkaunt açandan sonra keçən bir neçə saat ərzində rus dilində yüzdən artıq şərh yazılıb. Şərhlər əsasən Ukrayna məsələsi ilə bağlı olaraq aqressiv xarakter daşıyıblar.

Vəziyyəti öyrənən Almaniya kanslerinin komandası bu aksiyanın mütəşəkkil xarakter daşıdığı və bir mərkəzdən idarə olunduğu qərarına gəlib.

Beləliklə, şərhlər ləğv olunub. 

10
Teqlər:
akkaunt, şərh, rus dili, aqressiv, aksiya, kansler, instaqram, Şərhlər, Frankfurter Allgemeinen Zeitung, Angela Merkel, Ukrayna, Almaniya
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Rəsmi Paris Ankaradan üzr istəməlidir Çavuşoğlu

3
(Yenilənib 21:53 02.07.2020)
Çavuşoğlu qeyd edib ki, Liviyada yalnız Milli Ordunun rəhbəri Xəlifə Haftar sülhün əldə olunmasına cəhd etmir.

BAKI, 2 iyul — Sputnik. Rəsmi Ankara Aralıq dənizində Türkiyənin Fransa gəmisinə qarşı təxribat törətməsinə dair bəyanatla bağlı Parisdən üzrxahlıq gözləyir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bu, əsassız iddiadır. Fransa Türkiyədən üzr istəməlidir", - deyə Çavuşoğlu qeyd edib.

O vurğulayıb ki, Liviyada sülhün bərqərar olması üçün Türkiyə Fransa da daxil olmaqla bütün ölkələrlə işləməyə hazırdır.

Çavuşoğlu qeyd edib ki, Liviyada yalnız Milli Ordunun rəhbəri Xəlifə Haftar sülhün əldə olunmasına cəhd etmir.

3
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü

Azərbaycan Prezidenti rusiyalı həmkarını təbrik edib

3
(Yenilənib 15:47 02.07.2020)
Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin bəyənilməsi məsələsinə dair ümumrusiya səsverməsinin uğurla başa çatması münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.

BAKI, 2 iyul – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti  Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

“Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin bəyənilməsi məsələsinə dair ümumrusiya səsverməsinin uğurla başa çatması münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Səsvermənin yekunları Sizə yüksək etimadı bir daha təsdiq edir, Rusiyanın hüquqi sosial dövlət kimi bundan sonra da inkişafına yönəlmiş kursunuzun xalq tərəfindən güclü dəstəklənməsinə dəlalət edir. Şübhəsiz, yenilənmiş Konstitusiya Rusiya Federasiyasının tarixində keyfiyyətcə yeni mərhələnin başlanmasının rəmzidir. Əminəm ki, Konstitusiya islahatı Rusiyanın artan inkişafına və onun vətəndaşlarının rifahının yüksəlməsinə şərait yaradacaq.

Fürsətdən istifadə edib, Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq ruhunda yüksək səviyyəsini bir daha vurğulamaq istərdim. İnanıram ki, ölkələrimiz arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələri xalqlarımızın rifahı naminə çoxplanlı qarşılıqlı fəaliyyətin genişlənməsi üçün etibarlı təməldir.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və Rusiya dövlətçiliyinin möhkəmləndirilməsi işində yeni uğurlar, dost Rusiya xalqına firavanlıq və əmin-amanlıq arzu edirəm”.

 

3
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar tələb edirlər

0
İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

BAKI, 2 iyul — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Talibanla sözləşdiyinə görə" Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Pelosi bunu MSNBC telekanalına müsahibəsində deyib. 

"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik, özü də indi", – spiker bildirib.

İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

Əsassız iddialar

"The New York Times" dərc etdiyi məqaləsində iddia edib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda ABŞ əsgərlərinə hücumlara görə Talibanla əlaqəli olan yaraqlıları mükafatlandırır və ABŞ prezidentinə bu barədə məlumat verilib. Lakin bu iddiaya heç bir dəlil verilməyib.

Rusiyanın ABŞ-dakı səfirliyi isə ölkə rəhbərliyindən bu cür xəbərlərə görə diplomatlara edilən təhdidlərə adekvat cavab verməyi tələb edib. Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərləri saxta, Tramp isə sifariş adlandırıb. Ağ Ev, Pentaqon və ABŞ kəşfiyyatı bu hesabatların təsdiqlənmədiyini və Trampa "təhdidlər" barədə məlumat verilmədiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Talibanla "sözləşməsi" barədə iddianı şərh edərkən bunun yalan olduğunu deyib.

0