Moldova XİN Bakıdakı səfirinin geri çağrılmasına aydınlıq gətirdi

8
(Yenilənib 15:20 27.05.2015)
Sözügedən məsələ səfirin diplomatik xidmət müddətinin başa çatması ilə bağlıdır.

BAKI, 27 may — Sputnik. Moldova Azərbaycandakı sıfirnin geri çağrılmasına aydınlıq gətirdi.

Moldovanın Azərbaycandakı səfiri İqor Bodiunun geri çağrılması ilə əlaqədar olaraq Sputnik-in sorğusuina cavab olaraq Moldovanın Xarici İşlər və Avropaya inteqtasiya Nazirliyi bildirib ki, sözügedən məsələ səfirin diplomatik xidmət müddətinin başa çatması ilə bağlıdır.

“Çərçənbə günü Moldova hökumətinin iclasında xarici işlər naziri Natali Germanın təklifi ilə Azərbaycan da daxil olmaqla dünyanın on ölkəsindən səfirlər geri çağrılıb. Səfirlərin geri çağrılması ilə bağlı səbəb araşdırılmadan Nazirlər Kabineti bu təklifə səs verib. Bu səfirlər Moldova konstitutsiyasına və qanunvericiliyə uyğun olaraq, 27.12.2001-ci ildə qəbul edilmiş “Diplomatik xidmətkeçmə haqqında” qanunun tələblərinə əsasən fəaliyyət müddəti başa çatdığı üçün geri çağrılıblar”, deyə cavabda bildirilir.


8