Elmar Məmmədyarov

Elmar Məmmədyarov İƏT XİN başçılarının toplantısında çıxış edəcək

11
Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin 27-28 may tarixlərində Əl-Küveyt şəhərində keçiriləcək 42-ci sessiyasında iştirak etmək üçün Küveytə yola düşüb.

BAKI, 26 may — Sputnik. Azərbaycan xarici işlər naziri Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirlərinin görüşündə çıxış edəcək.

Bu barədə Sputnik-ə XİN mətbuat xidmətindən məlumat verilib.

Belə ki, xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin 27-28 may tarixlərində Əl-Küveyt şəhərində keçiriləcək 42-ci sessiyasında iştirak etmək üçün Küveytə yola düşüb.

Xarici işlər naziri Elmar Məmmədyarovun sessiya çərçivəsində çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.


11