İngiltərə Avropa Birliyi

İngiltərənin AB-dən çıxmaq istəyi ilə bağlı gizli sənədlər üzə çıxıb

5
İngiltərə Mərkəzi Bankının ölkənin Avropa Birliyindən çıxmasına rəsmi hazırlıq işləri gördüyü məlum olub.

BAKI, 26 may — Sputnik. İngiltərənin Avropa İttifaqından çıxmaq üçün hərəkətə keçməsinin sübutları ortaya çıxıb.

Bununla bağlı, ölkənin Mərkəzi Bankının rəsmi hazırlıq işləri gördüyü məlum olub.

Bankın dövlət qurumları ilə olan gizli yazışmalarının qəzetlərə səhvən ötürülüməsindən sonra bank rəsmiləri xəbəri təsdiqləmək məcburiyyətində qalıblar.

Lakin bir çox ekspertlər gizli məlumatların mediaya sızdırılmasının qəsdən təşkil olunduğunu bildirirlər.

“Bununla, İngiltərə hökuməti əvvəlcədən əhalinin reaksiyasını yoxlamağı planlaşdırır”, deyə ekspertlər qeyd edirlər.

Böyük Britaniyanın Avropa Birliyində qalıb-qalmaması 2017-ci ildə keçiriləcək referendumda bəlli olacaq.

5
Teqlər:
dövlət qurumları, gizli məlumatlar, bank rəsmiləri, referendum, İngiltərə hökuməti, Böyük Britaniya, Avropa İttifaqı, İngiltərə
Əlaqədar
Azərbaycan Riqa Bəyannaməsinə dair Aİ-na bəyanat təqdim edib
Azərbaycan Aİ ilə əməkdaşlığa yenidən baxa bilər
İlham Əliyev və Donald Tusk Azərbaycan-Aİ əməkdaşlığından məmnundurlar