Rusiya XİN: İŞİD koalisiyadan daha mütəşəkkildir

21
Suriya ordusu İŞİD terror qruplaşmasının Palmira şəhərində yerləşən mövqelərinə havadan zərbələr endirib.

BAKI, 26 may — Sputnik. Suriya ordusu İŞİD terror qruplaşmasının Palmira şəhərində yerləşən mövqelərinə havadan zərbələr endirib.

Bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.

“Ordu İŞİD-in 160-dan çox mövqeyini hədəf alıb, 50 terrorçu məhv edilib. Çoxlu yaralı var. Pulemyotla təchiz edilmiş zirehli maşınlar da yox edilib”, deyə xəbərdə bildirilir.

Hal-hazırda Suriya Hərbi hava qüvvələri Arak və Əl-Hail qəsəbələrinə də havadan zərbələr endirir. 

Bu arada, Rusiya Xarici işlər nazirliyi İŞİD-lə bağlı maraqlı bəyanat yayıb. 

“Təəssüflə bildirməliyik ki, ABŞ-ın rəhbərliyi altında olan antiterror koalisiyasının bütün səylərinə baxmayaraq, İŞİD öz planlarını daha mütəşəkkil həyata keçirir”, deyə qurumun rəsmi saytında qeyd olunur. 

Rusiya Xarici işlər nazirliyi beynəlxalq və regional tərəfləri terrorla mübarizədə ikili standartlardan əl çəkməyə və İŞİD-lə mübarizə aparan Yaxın Şərq ölkələri ilə əməkdaşlığa çağırıb. 


21
Teqlər:
qruplaşma, terrorçu, ordu, zirehli maşınlar, antiterror koalisiyası, terrorla mübarizə, ikili standartlar, Aviazərbə, Rusiya Xarici işlər nazirliyi, İŞİD, ABŞ, Yaxın Şərq, Palmira, Rusiya, Suriya
Əlaqədar
XİN: Qarabağ münaqişənin həlli Rusiya üçün mühüm əhəmiyyət kəsb edir
Ramadinin İŞİD-dən geri alinması əməliyyatı başlanılıb
İŞİD Pakistandan nüvə silahı alır
İŞİD qədim Roma şəhərini ələ keçirdi