Зияфет Аскеров

Azərbaycan NATO PA-nın seminarında iştirakdan imtina etdi

31
(Yenilənib 19:40 22.05.2015)
Azərbaycan NATO-nun İrəvanda keçiriləcək Rose-Roth seminarında iştirak etməyəcək.

BAKI, 22 may — Sputnik. Azərbaycan NATO-nun İrəvanda keçiriləcək Rose-Roth seminarında iştirak etməyəcək, deyə Milli Məclis sədrinin birinci müavini, NATO Parıament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, Ermənistana qarşı sanksiyalar tətbiq edilməyənədək və bu ölkə işğalçı dövlət kimi cəzalandırılıb qoşunlarını Azərbaycan torpaqlarından çıxarmayanadək rəsmi Bakı öz nümayəndələrini İrəvana tədbirlərə göndərməyəcək.

O həmçinin qeyd edib ki, bu tipli tədbirlərin İrəvanda təşkili NATO-nun nüfuzuna xələl gətirir.

"Biz öz mövqeyimizi NATO PA rəhbərliyinə çatdırdıq", deyə o əlavə edib.

Əsgərov xatırladıb ki, NATO PA-nın Budapeştdəki yaz sessiyasında erməni nümayəndə heyətinin üzvləri təxribat törətməyə çalışsalar da, Azərbaycan nümayəndə heyəti bunun qarşısını alıb. 

31