Azərbaycan XİN

XİN: Bir-iki deputat Avroparlament demək deyil

16
(Yenilənib 13:03 22.05.2015)
AR xarici işlər nazirinin müavini Mahmud Mәmmədquliyev Avropa Parlamentində Azərbaycan əleyhinə müzakirələrin keçirilməsi ilə bağlı açıqlama verib

 

BAKI, 14 may — Sputnik. İki-üç nəfər üzvün yığışıb nəsə müzakirə etməsi Avropa Parlamentində müzakirəlәrin keçirildiyi demək deyil.

APA-nın məlumatına görə, bu sözləri Azәrbaycan xarici işlər nazirinin müavini Mahmud Mәmmədquliyev Avropa Parlamentində Azərbaycanın əleyhinə müzakirələrin keçirilməsi ilə bağlı açıqlamasında deyib.

"Bir-iki deputat, bir iki QHT və təəssüf ki, bizim orada yaşayan vətəndaşlarımız yığışıb müzakirə edirlәr. Bu Avropa Parlamenti demәk deyil. Bizdә Milli Mәclisdә 2 deputat nәsә deyirsә, bu o demәk deyil ki, bu Milli Mәclisin mövqeyidir. Avropa Parlamentinin 750 üzvü var. Orada 5 siyasi qrup var, hәrәsindәn bir nәfәr iştirak edir. Bu Avropa Parlamentinin vә ya siyasi partiyaların mövqeyi demәk deyil. Belә hadisәlәrә bu qәdәr fikir vermәk lazım deyil",- deyә nazir müavini bildirib.

16