Həftənin fotoları: Braziliyada qadınların etirazından əfqan uşaqları üçün konsertə qədər

48
Dünyanın ən vacib hadisələri taliblər tərəfindən lə kemirilmiş, insanların cidd-cəhdlə qaçmaq istədiyi Əfqanıstanda baş verir. Dünyanın digər tərəfində isə təbiət insanları təhdid edir.

 

Ötən həftənin ən önəmli hadisələrini dünyanın informasiya agentliklərinin foto-müxbirləri yaddaşlara həkk ediblər. Ən parlaq kadrlara Sputnik Azərbaycan-ın seçmə büllütenində tamaşa edin.

Dünyanın ən vacib hadisələri taliblər tərəfindən lə kemirilmiş, insanların cidd-cəhdlə qaçmaq istədiyi Əfqanıstanda baş verir. Dünyanın digər tərəfində isə təbiət insanları təhdid edir: Kaliforniyada yanğınlar, haitidə zəlzələ... Braziliyada isə etirazlar...

Ötən həftənin nələrlə yadda qaldığını bir daha xatırlamaq üçün dünyanın dörd bir yanından toplanmış şəkilləri diqqətinizə tqdim edirik.

48
  • © AFP 2021 / Carl De Souza

    Braziliyada Ali məhkəmənin qarşısında etiraz aksiyası zamanı krenak qəbiləsindən olan qadınlar.

  • © AP Photo / Matthias Schrader

    ABŞ hərbçisi Almaniyada Ramştayn hərbi bazasında təxliyyə edilən əfqan uşaqlar üçün gitarada ifa edir.

  • © REUTERS / Fred Greaves

    Kaliforniyada meşə yanğınları zamanı yanğınsöndürən.

  • © AFP 2021 / Tolga Akmen

    Londonda polis zabiti ictimai fəalla söhbət edir.

  • © REUTERS / Amit Dave

    Hindistanda Sərhəd Xidməti Qüvvələrinin hərbi qulluqçusu motosiklla şou zamanı.

  • © REUTERS / Aly Song

    Şanxayda küçədə tibbi maskada olan qadın, Çin.

  • © REUTERS / Mario Anzuoni

    Kaliforniya balıq və vəhşi təbiət departamentinin zabiti Pasadenada ayını yatızdırmağa hazırlaşır, ABŞ,

  • © AFP 2021 / William West

    Avstraliyada özünütəcrietməyə qarşı etiraz aksiyasının iştirakçıları.

  • © AFP 2021 / Luis Tato

    Keniyalı qadın Matioya dairəsində tarlada çay yarpaqlarını yığır.

  • © REUTERS / Alkis Konstantinidis

    Afina səmasında bütöv ay.

  • © REUTERS / Stringer

    Vyetnamlı əsgərlər lokdaunda olan Xoşimine ərazisinə ərzaq gətiriblər.

  • © AFP 2021 / Fabrice Coffrini

    İsveçrədə Le Molezon dağında rəssam Qiyoma Leqronun nəhəng freskası.

  • © AP Photo / Rick Scuteri

    "Arizona Cardinals" dəstək qrupunun qızları "Kansas City Chiefs" komandasına qarşı oyun zamanı.

  • © AP Photo / Ramon Espinosa

    Klounlar Havanada xəstəxanada peyvənd vurduran qızı əyləndirirlər, Kuba.

  • © REUTERS / Sgt. Isaiah Campbell / U.S. Marine Corps

    ABŞ HDQ-nin əsgəri Kabil Beynəlxalq Hava Limanında insanların təxliyyəsi zamanı.

  • © Sputnik / Alexey Filippov

    İspaniya millisinin üzve Çiki çimərlik futbolu üzrə dünya çempionatında BƏƏ qarşı oyunda.

  • © AFP 2021 / Stringer

    Çində məktəb əməkdaşları ərazini dezinfeksiya edirlər.

  • © AFP 2021 / Valery Hache

    Fransanın cənubunda Sen-Tropenin yaxınlığında Ramatyuele çimərliyində insanlar buludlara baxırlar.

  • © REUTERS / Amira Karaoud

    Kentukki ştatının Luisvill şəhərində fermer The Pork Chop Revue şousunda "ifa" etmək üçün donuza mikrofon verir.

  • © AFP 2021 / Reginald Louissaint Jr

    Hatidiə Le-Ke şəhərində zəlzələdən sonra zərərçəkənlərə ərzaq paylayırlar.

  • © AFP 2021 / Ahmad Al-Basha

    Yəməndə məktəbdə dərs prosesi.

  • © AP Photo / Matias Delacroix

    Haitidə Le-Ke şəhərində zəlzələdən sonra xəstəxanaya yeləşdirilən qadın və qızı Yunaika.

  • © REUTERS / Mikhail Palinchak / Press Service of Petro Poroshenko

    Kiyevdə Ukraynanın Müstəqillik günündə sabiq prezident Petro Poroşenkonun üzərinə "zelyonka" töküblər.

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

8
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

8
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.

Qazaxlı birincinin məktəb sevinci

728
(Yenilənib 20:38 22.09.2021)
Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır. Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

BAKI, 22 sentyabr — Sputnik. Bu gün pandemiya şəraitində orta məktəblərdə I-IV siniflər üçün dərs ili ilk dəfə ənənəvi formada başladı. “Birinci” yaşına çatanlardan biri də Qazax rayon Kosalar kəndində yaşayan Məmmədovlar ailəsinin üzvü Atlas Məmmədovadır. Onun sevinci məktəblərin açılacağı barədə xəbəri eşitdiyi gündən başlayıb.

Məktəbin açılacağı xəbərini eşidən gündən məktəb geyimini hazırlatdıran Atlas bu gündən yaşadığı kəndin İsmayıl Şıxlı adına tam orta məktəbində təhsilə başlayır.

O, ilk dəfə erkən oyanaraq anasının köməkliyi ilə məktəbə getmək üçün hazırlaşır. Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır. Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

Digər şagirdlər kimi o da bildiyi şeirləri səsləndirir, müəlliminin suallarına ilk cavab verənlərdən olmaq istəyir. Qabaqda isə isə bu körpələri hələ çox imtahanlar gözləyir. Sənə və sinif yoldaşlarına təhsildə uğurlar arzu edirik, Atlas!

728
  • © Sputnik / Ilham Mustafayev

    Bu gün pandemiya şəraitində orta məktəblərdə I-IV siniflər üçün dərs ili ilk dəfə ənənəvi formada başladı. “Birinci” yaşına çatanlardan biri də Qazax rayon Kosalar kəndində yaşayan Məmmədovlar ailəsinin üzvü Atlas Məmmədovadır.

  • © Sputnik / Ilham Mustafayev

    Atlas Məmmədovanın məktəbli forması.

  • © Sputnik / Ilham Mustafayev

    Atlas Məmmədova ilk dəfə erkən oyanaraq anasının köməkliyi ilə məktəbə getmək üçün hazırlaşır.

  • © Sputnik / Ilham Mustafayev

    Məktəbin açılacağı xəbərini eşidən gündən məktəb geyimini hazırlatdıran Atlas bu gündən yaşadığı kəndin İsmayl Şıxlı adına tam orta məktəbində təhsilə başlayır.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kəndində İsmayl Şıxlı adına tam orta məktəbində şagirdlərin tepmeraturu yoxlanılır.

  • © Sputnik / Ilham Mustafayev

    Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır.

  • © Sputnik / Ilham Mustafayev

    Şagirdlər Qazax rayonu Kosalar kəndində İsmayl Şıxlı adına tam orta məktəbində Azərbaycan Respublikasının himnini oxuyurlar.

  • © Sputnik / Ilham Mustafayev

    Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

  • © Sputnik / Ilham Mustafayev

    Digər şagirdlər kimi Atlas Məmmədova da bildiyi şeirləri səsləndirir, müəlliminin suallarına ilk cavab verənlərdən olmaq istəyir.

  • © Sputnik / Ilham Mustafayev

    İrəlidə isə bu körpələri hələ çox imtahanlar gözləyir.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova.

  • © Sputnik / Ilham Mustafayev

    Sənə və sinif yoldaşlarına təhsildə uğurlar arzu edirik, Atlas!

Teqlər:
Qazax, məktəb
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

0
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0