Əfqan qadınlar: Taliblərin hakimiyyəti altında onları gözləyir? - fotolent

22
Əfqanıstanda taliblərin hakimiyyətə gəlməsindən sonra vəziyyət gərginləşib. Dünya ölkələri Əfqanıstanda qadın hüquqları ilə bağlı həyacan təbili çalırlar. Əfqan qadınların hekəylərini öz İnstagram hesabında aktrisa Ancelina Coli də paylaşır.

Dünyanın aparıcı siyasətçiləri Əfqanıstanda hakimiyyətin "Taliban" (Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması) hərəkatı tərəfindən ələ keçirilməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Ölkə və nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərləri burada qadınların hüquqlarının qorunması ilə bağlı bəyanatlar yayıblar. Taliban üzvləri isə qadınların haqlarının qorunacağını bəyan edərək, onları hətta hakimiyyət dəvət ediblər.

Hələlik isə, əfqan qadınlar, elə bu ölkənin kişiləri kimi, sağ qalmaq haqda fikirləşirlər. Bir çoxları üçün yeganə çıxış yolu ölkəni tərk etməkdir.

Sputnik Azərbaycanın xüsusi fotolentində əfqan qadınlarının ölkəni necə tərk etmələrini izləyə bilərsiniz.

22
  • © AFP 2021 / Mohammad Javadzadeh / Iranian red crescent

    Əfqan qadın uşağı ilə birgə İran-Əfqanıstan sərhədində.

  • © REUTERS / Staff Sgt. Brandon Cribelar/U.S. Marine Corps

    Əfqanıstandan təxliyyə olunanlar təyyarəyə minərkən.

  • © REUTERS / U.S. Air Force/Master Sgt. Donald R. Allen

    Kabildə təxliyyə olunan qadın və uşaq.

  • © AP Photo / Mark Andries/U.S. Marine Corps

    Kabil hava limanında təxliyyə oolunmaqlarını gözləyən qadın və uşaqlar.

  • © AP Photo / Matthias Schrader

    Əfqan ailələr Almaniyada Ramstein aviabazasında.

  • © AP Photo / Jose Luis Magana

    ABŞ-ın Dulles hava limanında Əfqanıstandan təxliyyə edilən ailələr.

  • © AFP 2021 / Sajjad Hussain

    Kabildə gözəllik salonu yaxınlığında qadınlar.

  • © REUTERS / Jonathan Ernst

    Əfqan ailələr ABŞ-ın Dulles hava limanında.

Teqlər:
Əfqanıstan, qadınlar, Taliban

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

11
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

11
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.

Qazaxlı birincinin məktəb sevinci

728
(Yenilənib 20:38 22.09.2021)
Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır. Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

BAKI, 22 sentyabr — Sputnik. Bu gün pandemiya şəraitində orta məktəblərdə I-IV siniflər üçün dərs ili ilk dəfə ənənəvi formada başladı. “Birinci” yaşına çatanlardan biri də Qazax rayon Kosalar kəndində yaşayan Məmmədovlar ailəsinin üzvü Atlas Məmmədovadır. Onun sevinci məktəblərin açılacağı barədə xəbəri eşitdiyi gündən başlayıb.

Məktəbin açılacağı xəbərini eşidən gündən məktəb geyimini hazırlatdıran Atlas bu gündən yaşadığı kəndin İsmayıl Şıxlı adına tam orta məktəbində təhsilə başlayır.

O, ilk dəfə erkən oyanaraq anasının köməkliyi ilə məktəbə getmək üçün hazırlaşır. Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır. Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

Digər şagirdlər kimi o da bildiyi şeirləri səsləndirir, müəlliminin suallarına ilk cavab verənlərdən olmaq istəyir. Qabaqda isə isə bu körpələri hələ çox imtahanlar gözləyir. Sənə və sinif yoldaşlarına təhsildə uğurlar arzu edirik, Atlas!

728
  • © Sputnik / Ilham Mustafayev

    Bu gün pandemiya şəraitində orta məktəblərdə I-IV siniflər üçün dərs ili ilk dəfə ənənəvi formada başladı. “Birinci” yaşına çatanlardan biri də Qazax rayon Kosalar kəndində yaşayan Məmmədovlar ailəsinin üzvü Atlas Məmmədovadır.

  • © Sputnik / Ilham Mustafayev

    Atlas Məmmədovanın məktəbli forması.

  • © Sputnik / Ilham Mustafayev

    Atlas Məmmədova ilk dəfə erkən oyanaraq anasının köməkliyi ilə məktəbə getmək üçün hazırlaşır.

  • © Sputnik / Ilham Mustafayev

    Məktəbin açılacağı xəbərini eşidən gündən məktəb geyimini hazırlatdıran Atlas bu gündən yaşadığı kəndin İsmayl Şıxlı adına tam orta məktəbində təhsilə başlayır.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kəndində İsmayl Şıxlı adına tam orta məktəbində şagirdlərin tepmeraturu yoxlanılır.

  • © Sputnik / Ilham Mustafayev

    Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır.

  • © Sputnik / Ilham Mustafayev

    Şagirdlər Qazax rayonu Kosalar kəndində İsmayl Şıxlı adına tam orta məktəbində Azərbaycan Respublikasının himnini oxuyurlar.

  • © Sputnik / Ilham Mustafayev

    Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

  • © Sputnik / Ilham Mustafayev

    Digər şagirdlər kimi Atlas Məmmədova da bildiyi şeirləri səsləndirir, müəlliminin suallarına ilk cavab verənlərdən olmaq istəyir.

  • © Sputnik / Ilham Mustafayev

    İrəlidə isə bu körpələri hələ çox imtahanlar gözləyir.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova.

  • © Sputnik / Ilham Mustafayev

    Sənə və sinif yoldaşlarına təhsildə uğurlar arzu edirik, Atlas!

Teqlər:
Qazax, məktəb
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev

Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Rəsmi açıqlama

0
(Yenilənib 10:53 25.09.2021)
DİN bildiri ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

BAKI, 25 sentyabr — Sputnik. Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər:

“Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.

E.Hacıyev onu da bildirib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil:

“Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”.

Baş Dövlət Yol Polisi İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

"Ərazidə olan  yol polisləri sürücüyə bir neçə dəfə xəbərdarlıq etsələr də o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və xidməti vəzifələrini icra edən polis əməkdaşlarını təhqir etməyə başlayıb. Hətta o, başını divara çırparaq yol polislərinin onu döydüyü görüntüsünü yaratmağa çalışıb. Yol polisləri isə ona özünə xəsarət verməyə imkan verməyərək polisin xəbərdarlığına məhəl qoymayan sürücünü Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə təhvil veriblər".

0
Teqlər:
Polis, vətəndaş, məktəb, döyülmə