Azərbaycanın birinci xanımı: ömür səhifələrindən kadrlar

85
(Yenilənib 14:29 26.08.2021)
  • Birinci vitse-prezident Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub
  • Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева приняли участие в акции по посадке деревьев в Хатаинском районе Баку
  •  Президент РФ Владимир Путин и первый вице-президент Азербайджана Мехрибан Алиева во время встречи
Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli, əhalinin sağlamlığı məsələləri, uşaqların təhsili xüsusi yer tutur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.

O, 2004-cü ildən Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir. On yeddi ildir ki, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir. Eyni zamanda, ISESCO-nun da xoşməramlı səfiri olaraq Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində davamlı fəaliyyət göstərir.

2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir.

Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli, əhalinin sağlamlığı məsələləri, uşaqların təhsili xüsusi yer tutur.

Mehriban Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində məqsədyönlü iş aparılır.

Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır.

85
  • © Official website of President of Azerbaijan Republic

    Bu gün, avqustun 26-da, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum gününü qeyd edir.

  • Birinci vitse-prezident Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub
    © Official website of President of Azerbaijan Republic

    Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir.

  • © Official website of President of Azerbaijan Republic

    Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub.

  • Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева приняли участие в акции по посадке деревьев в Хатаинском районе Баку
    © Official website of President of Azerbaijan Republic

    On yeddi ildir ki, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir.

  •  Президент РФ Владимир Путин и первый вице-президент Азербайджана Мехрибан Алиева во время встречи
    © Sputnik / Aleksey Druzhinin

    Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı...

  • © Official website of President of Azerbaijan Republic

    Mehriban Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində məqsədyönlü iş aparılır.

  • © Photo : AZƏRTAC

    2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir.

  • © Official website of President of Azerbaijan Republic

    “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

    Bu fikirləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib.

  • © Official website of President of Azerbaijan Republic

    Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur.

  • © Photo : AZƏRTAC

    Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır.

  • © Photo : AZƏRTAC

    2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.

  • © Photo : AZƏRTAC

    Əhalinin sağlamlığı məsələsinə gəlincə, Mehriban Əliyevanın təşəbbüsü olan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir.

  • © Official website of President of Azerbaijan Republic

    Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

  • © Official website of President of Azerbaijan Republic

    Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili Birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.

  • © Official website of President of Azerbaijan Republic

    Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır.

Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, fotolent

"Qarabağ" - "Bazel" oyunu kadrlarda

7
  • Qarabağ klubunun müdafiəçisi Kevin Medina Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda Bazel komandasına qarşı oyunda.
Ağdamın futbol klubu Bakı Olimpiya Stadionunda İsveçrənin "Bazel" klubuna qalib gələ bilməsə də, Konfrans Liqasının qrup mərhələsində ilk xalını qazandı.

Cümə axşamı, sentyabrın 16-da Azərbaycan Premyer Liqasının vitse-çempionu "Qarabağ" klubu UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Bakı Olimpiya Stadionunda "süvarilər"in qonağı İsveçrənin "Bazel" klubu idi. 

Qeyd edək ki, Ağdam klubu avrokubok oyunlarında artıq kifayət qədər təcrübəyə malikdir, səkkiz ildir, orada çıxış edir. Düzdür, yalnız bir dəfə Çempionlar Liqasının qrup mərhələsindən əsas raunduna düşüb. Hazırda isə klub UEFA-nın yeni futbol turnirində - Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü dərəcəli əhəmiyyətə malik Konfrans Liqasında çıxış edir. 

Sözügedən matçda "Qarabağ" üstün oyun sərgilədi, birinci taymda tez-tez hücumlar təşkil etdi və rəqibi üçün çətin anlar yaratdı. Azarkeşlər də saylarının az olmasına baxmayaraq stadionda gözəl ab-hava yaratmağa müvəffəq oldular.

Oyunun necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

 

7
  • © Sputnik / Murad Orujov

    FK "Qarabağ" klubunun futbolçuları " Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Bazel" komandasına qarşı matçdan əvvəl.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • Qarabağ klubunun müdafiəçisi Kevin Medina Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda Bazel komandasına qarşı oyunda.
    © Sputnik / Murad Orujov

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    "Bazel" klubunun futbolçusu Liam Miller Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" komandasına qarşı oyunda.

  • © Sputnik / Murad Orujov

    KonfKonferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" klubunun yarımmüdafiəçisi Kadi Malinovski Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Bazel" komandasına qarşı oyunda.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" klubunun müdafiəçisi Kevin Medina Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Bazel" komandasına qarşı oyunda.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" klubunun azarkeşləri Bakı Olimpiya Stadionunun tribunalarında Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Bazel" komandasına qarşı oyunda.

Teqlər:
futbol, Qarabağ FK, Bakı Olimpiya Stadionu, fotolent

Gəlin adını "Varlı Həyat" qoyaq, bəlkə gələcəkdə elə varlı oldu

897
(Yenilənib 11:06 16.09.2021)
Sputnik Azərbaycan ölkənin adı "Varlı həyat" olub, öz çox kasıb olan kəndindən çəkilmiş fotoları oxucularına təqdim edir.

Azərbaycanda olan ən maraqlı kənd adlarından biri də Şəmkir rayonunun Varlı Həyat kəndidir. Kəndin adının Varlı Həyat olmasının isə maraqlı bir tarixçəsi var. Belə ki, sovetlər dönəmində kənd "Orcankidze" adını daşıyıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyə doğru irəlilədikcə sovet adlarının da dəyişdirilməsinə başlanılır. Orcankidze adının dəyişilməsi üçün də o zaman kənddə iclas təşkil olunur. İclasın iştirakçılarından olan Eldar Mamedov həmin günü belə xatırlayır:

"Kəndimizə yeni ad vermək üçün hamı iclasa yığışdı. Hərə bir ad təklif etdi. Sonda sovxoz sədri Köçəri Qasımov təklif etdi ki, bu kənd onsuz da uçuq-dağınıq, kasıb kənddir. Gəlin adını Varlı Həyat qoyaq, bəlkə gələcəkdə elə varlı oldu. İclasın yekununda da protokol elə yazıldı , göndərildi və təsdiq olundu", - deyə məlumat verib.

Şəmkir- Dağ Cəyir yolunun üzərində olan kənd dəniz səviyyəsindən 1404 metr yüksəklikdə yerləşir. Rayon mərkəzindən başlayan yol təbiət mənzərələri ilə zəngin aşırımdan keçir.

Kənd əhalisinin əksəriyyətini 1989-cu ildə Ermənistanın Basarkeçər rayonundan qaçqın düşən əhali təşkil edir. 1992-ci ildə isə Kəlbəcər rayonunun işğalından sonra 30-dək ailə də burada məskunlaşıb. Sakinlər əsasən dəmyə əkinçiliyi və maldarlıqla məşğul olurlar.

Varlı Həyat 2 geniş, tozlu küçənin ətrafında tikilmiş kiçik evlərdən ibarətdir. Burada demək olar ki, yeni ev yoxdur. Su qıt olduğundan həyətlərdə yaşıllıq da az gözə dəyir. Bunun bir səbəbi də kənddə təbii qazın olmamasıdır. Əhali məişətdə, evlərin qızdırılmasında, təsərrüfatda mal təzəyindən istifadə edir. Yay aylarında görülən tədarük nəticəsində yığılmış gəmrə tayasına hər evdə rast gəlmək mümkündür.

Sputnik Azərbaycan ölkənin ən "Varlı" kəndindən çəkilmiş fotoları oxucularına təqdim edir.

897
  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

  • © Sputnik / Ilham Mustafayev

    Varlı Həyat kəndində.

Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

11
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

11
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi