Tanklar, silahlar, zirehli texnikalar - Ordu oyunları necə keçir

30
(Yenilənib 10:05 24.08.2021)
  • Çin komandasının T-72B3 tankı Rusiyada Alabino poliqonunda Beynəlxalq Ordu Oyunları-2021 çərçivəsində keçirilən Tank biatlonu yarışında.
Sputnik Azərbaycan "Beynəlxalq Ordu Oyunları-2021"in ilk günlərindən ən maraqlı fotoları təqdim edir.

Rusiyada ötən bazar günü "Beynəlxalq Ordu Oyunları-2021" başlayıb. Yarışlarada 43 ölkədən 280 komanda iştirak edir. Bu gün tank ekipajlarının "Tank biatlonu" yarışı start götürüb.

Ümumilikdə 11 ölkədən - Azərbaycan, Belarus, Venesuela, Vyetnam, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Serbiya, Suriya və Özbəkistandan olan hərbçilər 34 yarışda özlərini sınayacaqlar.

"Beynəlxalq Ordu Oyunları-2021"in proqramına üç yeni müsabiqə daxil edilib: "Ordu mədəniyyəti", "Meridian" və "Taktiki atıcı".

Bu il oyunlarda ilk dəfə Braziliya, Burkina-Faso, Kipr, Malayziya, Kamerun və Ekvador hərbi qulluqçuları da iştirak edirlər.

 

30
  • Çin komandasının T-72B3 tankı Rusiyada Alabino poliqonunda Beynəlxalq Ordu Oyunları-2021 çərçivəsində keçirilən Tank biatlonu yarışında.
    © Sputnik / Ramil Sitdikov

    Qırğızıstan komandasının T-72B3 tankı Rusiyada "Alabino" poliqonunda "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" yarışında.

  • © Sputnik / Ramil Sitdikov

    Çin komandasının T-72B3 tankı Rusiyada "Alabino" poliqonunda "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" yarışında.

  • © Sputnik / Ramil Sitdikov

    Rusiyada "Alabino" poliqonunda "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" yarışında İl-76MD təyyarəsinin uçuşu.

  • © Sputnik / Aleksey Mayshev

    Azərbaycan hərbçiləri Rusiyada "Patriot" hərbi parkında "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" və "Meridian" yarışlarının püşkatma mərasimində.

  • © Sputnik / Ramil Sitdikov

    Rusiya komandasının tank ekipaji "Alabino" poliqonunda "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" yarışında.

  • © Sputnik / Ramil Sitdikov

    Özbəkistan komandasının T-72B3 tankı Rusiyada "Alabino" poliqonunda "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" yarışında. Arxa planda İl-76MD yük təyyarəsi.

  • © Sputnik / Ramil Sitdikov

    Rusiya komandasının T-72B3 tankı "Alabino" poliqonunda "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" yarışında.

  • © Sputnik / Ramil Sitdikov

    Mali komandasının T-72B3 tankı "Alabino" poliqonunda "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" yarışında.

  • © Sputnik / Ramil Sitdikov

    Çin komandasının tank ekipaji "Alabino" poliqonunda "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" yarışında.

  • © Sputnik / Ramil Sitdikov

    Rusiya komandasının T-72B3 tankı "Alabino" poliqonunda "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" yarışında atəş mövqeyində.

  • "Beynəlxalq Ordu Oyunları-2021" çərçivəsində "Hərbi ralli" və "At marafonu" yarışları.

  • © Sputnik / Kirill Kallinikov

    "Patriot" Konqres-sərgi mərkəzində keçirilən "Ordu-2021" beynəlxalq forumunda "Kalaşnikov" konserninin əlavə lüləsi ilə təchiz edilmiş AKB-521 avtomatı.

  • © Sputnik / Kirill Kallinikov

    "Patriot" Konqres-sərgi mərkəzində keçirilən "Ordu-2021" beynəlxalq forumunda "Katran-SM" termal kamerası.

  • © Sputnik / Kirill Kallinikov

    "Patriot" Konqres-sərgi mərkəzində keçirilən "Ordu-2021" beynəlxalq forumunda K-4386 (sağda) zirehli avtomobil.

  • © Sputnik / Kirill Kallinikov

    "Patriot" Konqres-sərgi mərkəzində keçirilən "Ordu-2021" beynəlxalq forumunda Baş Hərbi Tibb İdarəsinin stendi.

  • © Sputnik / Kirill Kallinikov

    "Patriot" Konqres-sərgi mərkəzində keçirilən "Ordu-2021" beynəlxalq forumunda Rusiya Coğrafiya Cəmiyyətinin stendi.

Qazaxlı birincinin məktəb sevinci

724
(Yenilənib 20:38 22.09.2021)
Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır. Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

BAKI, 22 sentyabr — Sputnik. Bu gün pandemiya şəraitində orta məktəblərdə I-IV siniflər üçün dərs ili ilk dəfə ənənəvi formada başladı. “Birinci” yaşına çatanlardan biri də Qazax rayon Kosalar kəndində yaşayan Məmmədovlar ailəsinin üzvü Atlas Məmmədovadır. Onun sevinci məktəblərin açılacağı barədə xəbəri eşitdiyi gündən başlayıb.

Məktəbin açılacağı xəbərini eşidən gündən məktəb geyimini hazırlatdıran Atlas bu gündən yaşadığı kəndin İsmayıl Şıxlı adına tam orta məktəbində təhsilə başlayır.

O, ilk dəfə erkən oyanaraq anasının köməkliyi ilə məktəbə getmək üçün hazırlaşır. Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır. Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

Digər şagirdlər kimi o da bildiyi şeirləri səsləndirir, müəlliminin suallarına ilk cavab verənlərdən olmaq istəyir. Qabaqda isə isə bu körpələri hələ çox imtahanlar gözləyir. Sənə və sinif yoldaşlarına təhsildə uğurlar arzu edirik, Atlas!

724
  • © Sputnik / Ilham Mustafayev

    Bu gün pandemiya şəraitində orta məktəblərdə I-IV siniflər üçün dərs ili ilk dəfə ənənəvi formada başladı. “Birinci” yaşına çatanlardan biri də Qazax rayon Kosalar kəndində yaşayan Məmmədovlar ailəsinin üzvü Atlas Məmmədovadır.

  • © Sputnik / Ilham Mustafayev

    Atlas Məmmədovanın məktəbli forması.

  • © Sputnik / Ilham Mustafayev

    Atlas Məmmədova ilk dəfə erkən oyanaraq anasının köməkliyi ilə məktəbə getmək üçün hazırlaşır.

  • © Sputnik / Ilham Mustafayev

    Məktəbin açılacağı xəbərini eşidən gündən məktəb geyimini hazırlatdıran Atlas bu gündən yaşadığı kəndin İsmayl Şıxlı adına tam orta məktəbində təhsilə başlayır.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kəndində İsmayl Şıxlı adına tam orta məktəbində şagirdlərin tepmeraturu yoxlanılır.

  • © Sputnik / Ilham Mustafayev

    Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır.

  • © Sputnik / Ilham Mustafayev

    Şagirdlər Qazax rayonu Kosalar kəndində İsmayl Şıxlı adına tam orta məktəbində Azərbaycan Respublikasının himnini oxuyurlar.

  • © Sputnik / Ilham Mustafayev

    Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

  • © Sputnik / Ilham Mustafayev

    Digər şagirdlər kimi Atlas Məmmədova da bildiyi şeirləri səsləndirir, müəlliminin suallarına ilk cavab verənlərdən olmaq istəyir.

  • © Sputnik / Ilham Mustafayev

    İrəlidə isə bu körpələri hələ çox imtahanlar gözləyir.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova.

  • © Sputnik / Ilham Mustafayev

    Sənə və sinif yoldaşlarına təhsildə uğurlar arzu edirik, Atlas!

Teqlər:
Qazax, məktəb

Onların həyatında tamamilə yeni bir dövr başladı

44
(Yenilənib 12:16 22.09.2021)
Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird oxuyacaq.

Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb.

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird oxuyacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə 471 661 şagird təhsil alacaq. 

44
  • © Sputnik / Murad Orujov

    Azərbaycanda 2021-2022-ci tədris ili rəsmi olaraq bu gün, sentyabrın 22-də başladı.

  • © Sputnik / Murad Orujov

    Bir sıra məhdudiyyətlərə baxmayaraq, məktəblərdə tədris prosesinə start verildi – səliqə ilə geyinmiş şagirdlər əllərində gül dəstəsi ilə məktəbin həyətində sıraya düzüldülər.

  • © Sputnik / Murad Orujov

    Ənənəvi qaydada tədrisə ilk başlayanlar I-IV siniflərin şagirdləri oldu ki, onların da sayı 643 333 nəfərdir.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdləri dərsə tələsir.

  • © Sputnik / Murad Orujov

    Məktəb binasına yalnız COVID-pasportu olan valideynlər buraxılır.

  • © Sputnik / Murad Orujov

    Məktəbin girişində şagirdlərin temperaturu yoxlanılır.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdi təntənəli sıra düzülüşündən əvvəl.

  • © Sputnik / Murad Orujov

    Birinci sinif şagirdlərinin məktəb həyatına alışması vaxt aparacaq.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdləri “Bilik Günü”nə həsr olunmuş təntənəli açılış mərasimdə.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbdə ilk zəng çalındı.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdləri “Bilik Günü”nə həsr olunmuş təntənəli açılış mərasimdə.

  • © Sputnik / Murad Orujov

    Peyvənd olunmayan valideynlər tədris müəssisəsində keçirilən mərasim və tədbirlərə buraxılmır.

  • © Sputnik / Murad Orujov

    Bu gün ölkə məktəblərində keçirilən ilk dərs “Qarabağ – Azərbaycandır!” mövzusuna həsr olunub.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdləri “Bilik günü”nə həsr olunmuş təntənəli açılış mərasimdə.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdləri “Bilik günü”nə həsr olunmuş təntənəli açılış mərasimdə.

  • © Sputnik / Murad Orujov

    Birinci sinif şagirdlərinin məktəb həyatına alışması vaxt aparacaq.

  • © Sputnik / Murad Orujov

    Bu ildən Azərbaycan məktəblərində yeni dərs – “Zəfər tarixi” tədris olunmağa başlayır.

  • © Sputnik / Murad Orujov

    Bu il tədris müəssisələrində “Anım Günü” və “Qələbə”-yə həsr olunmuş tədbirlər keçiriləcək.

Teqlər:
məktəb, məktəblilər
Sərdar Ortaç

"Tərbiyəsizlik etmişəm" - Sərdar Ortac təhqirə görə üzr istədi

0
(Yenilənib 21:52 24.09.2021)
Sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. O, həmin vaxt içkili olduğunu deyib.

BAKI, 24 sentyabr — Sputnik. Türkiyəli müğənni Sərdar Ortaç Adanada verdiyi konserti zamanı "Beşiktaş" futbol klubu haqqında təhqiramiz ifadələr səsləndirib. Daha sonra ifaçının klubu təhqir etdiyi görüntülər sosial şəbəkələrdə yayılaraq insanların qəzəbinə tuş gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. Müğənni bildirib ki, həmin vaxt içkili olub:

"Çox böyük tərbiyəsizlik etdim. Bəzən içkili olanda insan özünü itirir və nə dediyini bilmir. Bunu edəndə bəziləri də mənə dəstək oldu. İndi ediləcək heç nə yoxdur. Söz ağızdan bir dəfə çıxır. Dua edəcəm ki, klubun məşqçisi Sərgən Yalçın məni bağışlasın. Çox üzgünəm. Ümid edirəm məni bağışlayarsınız".

Məlumat üçün bildirək ki, Sərdar Ortaç Türkiyənin ən məşhur müğənnilərindən biridir. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub.

 

0