"Saharanın gözü": Yer kürəsi necə Marsa çevrilir - FOTOLENT

80
(Yenilənib 14:43 19.08.2021)
Fransız astronavt Tomas Peskenin çəkdiyi fotolar bəlkə də bəlkə də itmiş mifik Atlantida məsələsinə bir aydınlıq gətirəcək.

Astronavt Tomas Peske öz Twitter hesabında kosmosda çəkilən "Böyük Səhranın (Saharanın) gözü" fotolarını paylaşıb. Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, şəkillər Qırmızı planet - Marsın səthini xatırladır.

"Saharanın gözü" və həmçinin Rişat strukturu adı ilə tanınan geoloji möcüzə Böyük Səhranın Mavritaniyaya aid hissəsində Uadan yaşayış məntəqəsinə yerləşir.

Hazırda Beynəlxalq Kosmik Stansiyada işləyən Tomas Peske Rişat strukturunun bir neçə fotosunu lentə alıb. Fotolarda üfüqə uzanan qırmızı-narıncı mənzərə izləyiciləri cəlb edib. Peske qeyd edir ki, onlar bu yerin üzərindən keçərkən, elə təəssürat yaranırdı ki, sanki Mars üzərindən uçurusan.

Ehtimal var ki, bu rayon mifoloji xalqın torpağı olub. 2018-ci ildə YouTube blogeri Cimmi Brayt bəyan edib ki, Atlantidanın ən çox ehtimal edilən mövcud yeri məhz Rişat strukturudur. Lakin bu nəzəriyyə sübuta yetirilməyib.

80

Qazaxlı birincinin məktəb sevinci

675
(Yenilənib 20:38 22.09.2021)
Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır. Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

BAKI, 22 sentyabr — Sputnik. Bu gün pandemiya şəraitində orta məktəblərdə I-IV siniflər üçün dərs ili ilk dəfə ənənəvi formada başladı. “Birinci” yaşına çatanlardan biri də Qazax rayon Kosalar kəndində yaşayan Məmmədovlar ailəsinin üzvü Atlas Məmmədovadır. Onun sevinci məktəblərin açılacağı barədə xəbəri eşitdiyi gündən başlayıb.

Məktəbin açılacağı xəbərini eşidən gündən məktəb geyimini hazırlatdıran Atlas bu gündən yaşadığı kəndin İsmayıl Şıxlı adına tam orta məktəbində təhsilə başlayır.

O, ilk dəfə erkən oyanaraq anasının köməkliyi ilə məktəbə getmək üçün hazırlaşır. Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır. Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

Digər şagirdlər kimi o da bildiyi şeirləri səsləndirir, müəlliminin suallarına ilk cavab verənlərdən olmaq istəyir. Qabaqda isə isə bu körpələri hələ çox imtahanlar gözləyir. Sənə və sinif yoldaşlarına təhsildə uğurlar arzu edirik, Atlas!

675
  • © Sputnik / Ilham Mustafayev

    Bu gün pandemiya şəraitində orta məktəblərdə I-IV siniflər üçün dərs ili ilk dəfə ənənəvi formada başladı. “Birinci” yaşına çatanlardan biri də Qazax rayon Kosalar kəndində yaşayan Məmmədovlar ailəsinin üzvü Atlas Məmmədovadır.

  • © Sputnik / Ilham Mustafayev

    Atlas Məmmədovanın məktəbli forması.

  • © Sputnik / Ilham Mustafayev

    Atlas Məmmədova ilk dəfə erkən oyanaraq anasının köməkliyi ilə məktəbə getmək üçün hazırlaşır.

  • © Sputnik / Ilham Mustafayev

    Məktəbin açılacağı xəbərini eşidən gündən məktəb geyimini hazırlatdıran Atlas bu gündən yaşadığı kəndin İsmayl Şıxlı adına tam orta məktəbində təhsilə başlayır.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kəndində İsmayl Şıxlı adına tam orta məktəbində şagirdlərin tepmeraturu yoxlanılır.

  • © Sputnik / Ilham Mustafayev

    Məktəbə tez çatmaq, qabaq partalarda yer tutmaq istəyi onun sevincinə həyəcan da qatır.

  • © Sputnik / Ilham Mustafayev

    Şagirdlər Qazax rayonu Kosalar kəndində İsmayl Şıxlı adına tam orta məktəbində Azərbaycan Respublikasının himnini oxuyurlar.

  • © Sputnik / Ilham Mustafayev

    Sinfə girdikdən sonra isə müəllimi Sakibə Məmmədovanın peşəkar davranışı sayəsində tez bir zamanda sinfin bir üzvünə çevrilir.

  • © Sputnik / Ilham Mustafayev

    Digər şagirdlər kimi Atlas Məmmədova da bildiyi şeirləri səsləndirir, müəlliminin suallarına ilk cavab verənlərdən olmaq istəyir.

  • © Sputnik / Ilham Mustafayev

    İrəlidə isə bu körpələri hələ çox imtahanlar gözləyir.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova.

  • © Sputnik / Ilham Mustafayev

    Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova.

  • © Sputnik / Ilham Mustafayev

    Sənə və sinif yoldaşlarına təhsildə uğurlar arzu edirik, Atlas!

Teqlər:
Qazax, məktəb

Onların həyatında tamamilə yeni bir dövr başladı

35
(Yenilənib 12:16 22.09.2021)
Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird oxuyacaq.

Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb.

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird oxuyacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə 471 661 şagird təhsil alacaq. 

35
  • © Sputnik / Murad Orujov

    Azərbaycanda 2021-2022-ci tədris ili rəsmi olaraq bu gün, sentyabrın 22-də başladı.

  • © Sputnik / Murad Orujov

    Bir sıra məhdudiyyətlərə baxmayaraq, məktəblərdə tədris prosesinə start verildi – səliqə ilə geyinmiş şagirdlər əllərində gül dəstəsi ilə məktəbin həyətində sıraya düzüldülər.

  • © Sputnik / Murad Orujov

    Ənənəvi qaydada tədrisə ilk başlayanlar I-IV siniflərin şagirdləri oldu ki, onların da sayı 643 333 nəfərdir.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdləri dərsə tələsir.

  • © Sputnik / Murad Orujov

    Məktəb binasına yalnız COVID-pasportu olan valideynlər buraxılır.

  • © Sputnik / Murad Orujov

    Məktəbin girişində şagirdlərin temperaturu yoxlanılır.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdi təntənəli sıra düzülüşündən əvvəl.

  • © Sputnik / Murad Orujov

    Birinci sinif şagirdlərinin məktəb həyatına alışması vaxt aparacaq.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdləri “Bilik Günü”nə həsr olunmuş təntənəli açılış mərasimdə.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbdə ilk zəng çalındı.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdləri “Bilik Günü”nə həsr olunmuş təntənəli açılış mərasimdə.

  • © Sputnik / Murad Orujov

    Peyvənd olunmayan valideynlər tədris müəssisəsində keçirilən mərasim və tədbirlərə buraxılmır.

  • © Sputnik / Murad Orujov

    Bu gün ölkə məktəblərində keçirilən ilk dərs “Qarabağ – Azərbaycandır!” mövzusuna həsr olunub.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdləri “Bilik günü”nə həsr olunmuş təntənəli açılış mərasimdə.

  • © Sputnik / Murad Orujov

    Bakıdakı 145 saylı məktəbin şagirdləri “Bilik günü”nə həsr olunmuş təntənəli açılış mərasimdə.

  • © Sputnik / Murad Orujov

    Birinci sinif şagirdlərinin məktəb həyatına alışması vaxt aparacaq.

  • © Sputnik / Murad Orujov

    Bu ildən Azərbaycan məktəblərində yeni dərs – “Zəfər tarixi” tədris olunmağa başlayır.

  • © Sputnik / Murad Orujov

    Bu il tədris müəssisələrində “Anım Günü” və “Qələbə”-yə həsr olunmuş tədbirlər keçiriləcək.

Teqlər:
məktəb, məktəblilər
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Sorğuda iştirak etmiş xarici şirkətlər: Azərbaycanda əlverişli biznes mühiti formalaşıb

0
(Yenilənib 17:41 23.09.2021)
Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, ölkədə investisiya mühiti və həyat keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.

Nazir ölkədə biznes mühitinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə yeni investisiya imkanları, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər barədə məlumat verib.

Nazir bildirib ki, "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021" hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin sabit olduğuna inanır, 60 faizi ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir.

Nazir qeyd edib ki, şirkətlərin 57 faizi fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətində olduqlarını, 43 faizi məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə yüksək maraq göstərdiklərini bildiriblər.

O qeyd edib ki, son 15 ayda 5 mindən çox KOB (Kiçik və Orta Biznes) 1 milyard manat məbləğində kredit üçün müraciət edib. Kommersiya banklarının əsasında onların bir çoxuna 123 milyon manatlıq kreditlər verilib.

Həmçinin oxuyun:

* Qarabağda ofşor və onşor layihələr icra ediləcək - Mikayıl Cabbarov

 

0