Futbolun vətənində qələbə: AVRO-2020-nin İtaliya-İngiltərə oyunundan ən yaxşı kadrlar

35
(Yenilənib 13:30 12.07.2021)
İtaliya yığma komandası "Uembli" stadionunda penaltilərlə ingilisləri məğlub edərək AVRO-2020-nin qalibi oldu.
35
  • © REUTERS / FACUNDO ARRIZABALAGA

    İngiltərə yığmasının müdafiəçisi Lyuk Şou AVRO-2020-nin finalındakı qola sevinir.

  • © REUTERS / PAUL ELLIS

    İtaliya yığmasının yarımmüdafiəçisi Federiko Kyeza (mərkəzdə) AVRO-2020-nin final oyununda.

  • © REUTERS / FACUNDO ARRIZABALAGA

    İtaliya yığma komandasının hücumçusu Domeniko Berardi (solda) və İngiltərə yığmasının qapıçısı Cordan Pikford.

  • © REUTERS / FACUNDO ARRIZABALAGA

    İtaliya yığmasının müdafiəçisi Leanardo Bonuççi (mərkəzdə) AVRO-2020-nin final oyununda İngiltərə yığmasının qapısına qol vurur.

  • © REUTERS / PAUL ELLIS

    İtaliya yğıma komandasının müdafiəçisi Leanardo Bonuççinin qol sevinci.

  • © REUTERS / PAUL ELLIS

    İtaliya yığma komandasının qapıçısı Canluici Donnarumma.

  • © REUTERS / CARL RECINE

    İtaliya yığmasının hücumçusu Lorenso İnsinye.

  • © REUTERS / JOHN SIBLEY

    İtalyanların baş məşqçisi Roberto Mançini.

  • © AFP 2021 / LAURENCE GRIFFITHS

    İtaliya yığmasının müdafiəçisi Corcio Kyellini (solda) və İngiltərə yığmasının yarımmüdafiəçisi Bukayo Saka.

  • © REUTERS / CARL RECINE

    İtaliya yığmasının yarımmüdafiəçisi Federiko Bernardeski (sağda) və İngiltərə yığmasının qapıçısı Cordan Pikford.

  • © REUTERS / ANDY RAIN

    İtaliya yığma komandasının baş məşqçisi Roberto Mançini (sağda) və ingilislərin baş məşqçisi Qaret Sautgeyt (solda).

  • © AFP 2021 / JOHN SIBLEY

    İngiltərə yığmasının qapıçısı Cordan Pikford.

  • © REUTERS / JOHN SIBLEY

    İtaliya yığma komandasının qapıçısı Canluici Donnarumma və İngiltərə yığmasının müdafiəçisi Con Stounz (mərkəzdən solda və sağda).

  • © AFP 2021 / ANDY RAIN

    İtaliya yığma komandasının futbolçuları Brayn Kristante, Corcio Kyellini və Emerson (soldan sağa).

  • © AFP 2021 / PAUL ELLIS

    İtaliya yığma komandasının qapıçısı Canluici Donnarumma AVRO-2020-nin final oyununda penaltini dəf edir.

  • © AFP 2021 / LAURENCE GRIFFITHS

    İtaliya yığmasının futbolçuları AVRO-2020-nin finalında qazandıqları qələbəyə sevinirlər.

  • © REUTERS / MICHAEL REGAN

    İtaliya yığmasının futbolçuları AVRO-2020-nin finalında qazandıqları qələbəyə sevinirlər.

  • © REUTERS / CARL RECINE

    İtaliya yığmasının müdafiəçisi Alessandro Florentsi AVRO-2020-nin finalındakı qələbədən sonra.

  • © REUTERS / FACUNDO ARRIZABALAGA

    İtaliya yığmasının müdafiəçisi Leonardo Spinassola ağır zədələndiyinə görə AVRO-2020-nin finalında iştirak edə bilməsə də, qələbə sevincini paylaşır.

  • © REUTERS / FACUNDO ARRIZABALAGA

    İtaliya yığma komandasının müdafiəçisi Leanardo Bonuççi AVRO-2020-nin kuboku və final oyununun ən yaxşı futbolçusu mükafatı ilə.

  • © AFP 2021 / PAUL ELLIS

    İtaliya yığmasının futbolçuları AVRO-2020-nin finalında qazandıqları qələbəyə sevinirlər.

Teqlər:
İngiltərə, İtaliya, fotolent, AVRO-2020

Antalya alov içində - dəhşət saçan fotolar

10
(Yenilənib 16:42 29.07.2021)
Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.

Türkiyədə Antalyanın Manavgat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. Dünəndən başlayan yanğın nəticəsində Manavqat rayonun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb. Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.
Baş vermiş yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

10
  • © REUTERS / Kaan Soyturk

    Türkiyədə Antalyanın Manavgat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub.

  • © REUTERS / Twitter/@Onurburakcelik

    Dünəndən başlayan yanğın nəticəsində Manavqat rayonun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb.

  • © REUTERS / Kaan Soyturk

    Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.

  • © REUTERS / Kaan Soyturk

    Baş vermiş yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

  • © REUTERS / Kaan Soyturk

    Plumes of black smoke rise from the forest around Manavgat, 75 km (45 miles) east of the resort city of Antalya, Turkey, July 28, 2021.

  • © REUTERS / Kaan Soyturk

    Antalyada gücü yanğln zamanı.

  • © REUTERS / Kaan Soyturk

    Antalyada gücü yanğln zamanı.

  • © REUTERS / Twitter / @onurburakcelik

    Antalyada gücü yanğln zamanı.

Mingəçevirdə əncir ağacı

Həyat naminə: Mingəçevir stadionunda qeyri-adi əncir ağacı görənləri heyrətləndirir

40
(Yenilənib 11:15 29.07.2021)
Şəhər stadionun bilet kassasının ən hündür yerində bitən əncir ağacı maraqlı görüntülər yaradıb. Üzərində kiçik meyvələri olan ağac Sputnik Azərbaycan-ın fotolentində.

Əncir o qədər uca boylu olmasa da məhsuldar bitki hesab edilir. İsti sevən, quraqlığa davamlı olan əncir Azərbaycanın hər yerində bitir.

Meyvəsindən qurudulmuş halda daha çox istifadə edilir. Mingəçevir isti iqlimi ilə seçilən şəhərlərdən olduğundan orada bu bitkinin yetişməsi təccüb doğurmur.

  • Mingəçevirdə əncir ağacı
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə əncir ağacı
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə əncir ağacı
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə əncir ağacı

Amma əncirin illər öncə şəhər stadionu üçün tikilən hündür kassa binasında daşı yarıb çıxması insanların marağına səbəb olub. Hündürlükdə kök atan əncir ağacı bar da verib. O, ətrafında olan uca boylu çinar, şam ağaclarından seçilmir. Mingəçevirdə təbiətin yaratdığı qeyri- adi gözəlliyi Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

40
Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Levon Aronyan yenidən eyni turnirdə oynayacaqlar

0
Yüz min ABŞ dolları mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də start götürəcək.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın aparıcı şahmatçısı planetin ən gənc qrossmeysterinin də yarışacağı, mükafat fondu yüz min dollar olan onlayn turnirdə iştirak edəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən Ermənistan şahmatçısı Levon Aronyanla bir lövhə arxasına əyləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, adı çəkilən şahmatçılar hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunmuş "Champions Chess Tour"-un növbəti turniri çərçivəsində qarşılaşacaqlar.

Yüz min dollar mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də başlayacaq.

Son dəfə Azərbaycan və Ermənistanlı şahmatçılar Zaqrebdə (Xorvatiya) Grand Chess Tour yarışmasında klassik şahmat üzrə əyani turnir çərçivəsində qarşılaşıblar. Həmin turnirdə Məmmədyarov nəinki Aronyanı məbluğ edib, həmçinin turnirin qalibi olub.

“Chessable Masters”-in iştirakçıları

Məmmədyarov və Aronyandan başqa, turnirin digər iştirakçıları arasında Xikaru Nakamura və Uesli So, rusiyalı Vladislava Artyomyeva, tarixin ən gənc qrossmeysteri 12 yaşlı Abximanyu Mişra (ondan əvvəl dünyanın ən gənc qrossmeyster adını rusiyalı Sergey Karyakin daşıyırdı), qadınlar arasında dünya çempionu Yuy Venyun və planetin digər ən güclü şahmatçılarını da qeyd etmək olar. Ümumilikdə turnirdə 16 şahmatçı iştirak edəcək.

Azərbaycan şahmatçıları çempionlar turunda

Çempionlar turunda Şəhriyar Məmmədyarov 21 xalla 11-ci yerdədir. Öz növbəsində “Chessable Masters”-də oynamayan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbli 133 xal toplayaraq üçüncü yeri qazanıb və seriyanın final turnirinə vəsiqə alıb.

291 xalla dünya çempionu Maqnus Karlsen liderdir, ikinci yeri isə 207 xal toplayan Uesli So tutur.

0