Dünyanın ən gülməli hərbi geyimləri

80
(Yenilənib 18:02 13.07.2021)
Qəribədir, kifayət qədər ciddi və hətta müqəddəs yerləri qoruyan fəxri qarovul dəstəsinin əsgərləri tez-tez ən gülməli formaları geyinirlər.

Dünyadakı hər hansı bir orduda xidmət etməyə gedən adam başqasının iradəsinə tabe olmağı əvvəlcədən qəbul edir. O, eyni zamanda dizaynerlərin ordu üçün forma verdiyi qəribə geyimləri də geymək məcburiyyətindədir. Çünki ordu deyilən şey əmr və qaydalara qeyd-şərtsiz itaəti tələb edir.

Qəribədir, kifayət qədər ciddi və hətta müqəddəs yerləri qoruyan fəxri qarovul dəstəsinin əsgərləri tez-tez ən gülməli formaları geyinirlər. Turistlər üçün bu, əsl sevinc və unudulmaz selfie çəkmək üçün ələdüşməz fürsətdir.

Və yəqin ki, bu, hər hansı cəza almadan qəribə forma geyinmiş əsgərə gülə biləcəyiniz yeganə haldır.

 

80
  • © AFP 2021 / ARIS MESSINIS

    19-cu əsrin əvvəllərində Yunanistanın İstiqlal Müharibəsi zamanı yüngül piyadalar kimi meydana çıxan Yunan Ordusunun (Evzones) elit piyada bölüyü.

  • © AFP 2021 / AAMIR QURESHI

    İslamabaddakı hərbi parad zamanı pakistanlı reyncerlərin yürüşü.

  • © AFP 2021 / LUDOVIC MARIN

    Fransanın dəniz piyadalarının parad forması.

  • © AFP 2021 / KAMBOU SIA

    Kot d'İvuarda parad zamanı.

  • © AFP 2021 / NARINDER NANU

    Vaqah şəhərindəki sərhəddə bayraq endirmə mərasimi - Hindistan sərhəd təhlükəsizlik qüvvələrinin döyüşçüləri və pakistanlı reyncerlər tərəfindən həyata keçirilir.

  • © AFP 2021 / NICOLAS ASFOURI

    Tailandın kral qvardiyası.

  • © AFP 2021 / ROBERTO SCHMIDT

    Hindistan sərhədçiləri vahid formada bəzədilmiş dəvələri ilə.

  • © AFP 2021 / DOMINIQUE FAGET

    Maori əsgərləri Parisdəki hərbi parad zamanı.

  • © AFP 2021 / JUNG YEON-JE

    Cənubi Koreya ordusunun üzgüçüləri parad zamanı.

  • © AFP 2021 / LUDOVIC MARIN

    Fransız Xarici Legionunun minaaxtaranları. Narıncı önlüklər səhra şəraitində müxtəlif hərbi alətləri yerləşdirmək üçün nəzərdə tutulub. Legion veteranları mütləq saqqal saxlamalıdırlar.

Antalya alov içində - dəhşət saçan fotolar

10
(Yenilənib 16:42 29.07.2021)
Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.

Türkiyədə Antalyanın Manavgat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. Dünəndən başlayan yanğın nəticəsində Manavqat rayonun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb. Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.
Baş vermiş yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

10
  • © REUTERS / Kaan Soyturk

    Türkiyədə Antalyanın Manavgat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub.

  • © REUTERS / Twitter/@Onurburakcelik

    Dünəndən başlayan yanğın nəticəsində Manavqat rayonun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb.

  • © REUTERS / Kaan Soyturk

    Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.

  • © REUTERS / Kaan Soyturk

    Baş vermiş yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

  • © REUTERS / Kaan Soyturk

    Plumes of black smoke rise from the forest around Manavgat, 75 km (45 miles) east of the resort city of Antalya, Turkey, July 28, 2021.

  • © REUTERS / Kaan Soyturk

    Antalyada gücü yanğln zamanı.

  • © REUTERS / Kaan Soyturk

    Antalyada gücü yanğln zamanı.

  • © REUTERS / Twitter / @onurburakcelik

    Antalyada gücü yanğln zamanı.

Mingəçevirdə əncir ağacı

Həyat naminə: Mingəçevir stadionunda qeyri-adi əncir ağacı görənləri heyrətləndirir

41
(Yenilənib 11:15 29.07.2021)
Şəhər stadionun bilet kassasının ən hündür yerində bitən əncir ağacı maraqlı görüntülər yaradıb. Üzərində kiçik meyvələri olan ağac Sputnik Azərbaycan-ın fotolentində.

Əncir o qədər uca boylu olmasa da məhsuldar bitki hesab edilir. İsti sevən, quraqlığa davamlı olan əncir Azərbaycanın hər yerində bitir.

Meyvəsindən qurudulmuş halda daha çox istifadə edilir. Mingəçevir isti iqlimi ilə seçilən şəhərlərdən olduğundan orada bu bitkinin yetişməsi təccüb doğurmur.

  • Mingəçevirdə əncir ağacı
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə əncir ağacı
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə əncir ağacı
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə əncir ağacı

Amma əncirin illər öncə şəhər stadionu üçün tikilən hündür kassa binasında daşı yarıb çıxması insanların marağına səbəb olub. Hündürlükdə kök atan əncir ağacı bar da verib. O, ətrafında olan uca boylu çinar, şam ağaclarından seçilmir. Mingəçevirdə təbiətin yaratdığı qeyri- adi gözəlliyi Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

41
Bakıda vəziyyət, arxiv şəkli

Avtomobillərin arxa şüşəsinə şüarların vurulması qanunsuzdur

0
(Yenilənib 20:03 29.07.2021)
Avtomobillər arxa şüşələrinə şüarların yazılması, fotoların vurulması digər sürücülərin diqqətini yayındıra bilər

BAKI, 29 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarların yazılması ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a bu barədə BDYPİ-dən məlumat daxil olub.

Məlumatda qeyd edilir ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur. Bu isə bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olan amillərdəndir: "Belə ki, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirmək, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər".

Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir.

Qeyd edək ki, bir neçə gün öncə də, avtomobilin arxa şüşəsinə yazı yazan daha bir sürücü saxlanılıb. “Facebook” sosial şəbəkəsində yayılan görüntülərdən sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həmin sürücünün saxlanılması barədə Ekoloji nəzarət bölüyünə tapşırıq verilib. Avtomobil saxlanılan zaman məlum olub ki, sürücü konstruksiyaya ciddi dəyişiklik edib.

İdarənin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, 90-PY-043 qeydiyyat nişanlı “Khazar” markalı  avtomobilin sürücüsü  Əlizadə İlahi Qəhrəman oğlu saxlanılan zaman avtomobilə baxış keçirilib. Məlum olub ki, sürücü avtomobilin asqı sisteminə ciddi dəyişiklik edərək arxasını aşağı salıb, eyni zamanda sürücünün görünüş dairəsinə düşən şüşələrə plyonka çəkib. Polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.4 və 535-ci maddələri ilə protokol tərtib edilərək barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

Şəxs Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əlizadə İlahi Qəhrəman oğlu 15 gün müddətinə inzibati qaydada həbs olunub.

0