Dağıdılsa da azaddır: Ağdam rayonu hazırda necə görünür

82
(Yenilənib 21:13 06.07.2021)
28 il erməni işğalı altında olan və 2020-ci ilin noyabr ayında azad edilən Ağdam rayonu hazırda ruhlar şəhərini xatırladır. Ancaq şəhərimiz küllərinin üstündə yenidən inşa olunacaq.

Dünya mətbuatının "Qafqazın Xirosiması" adlandırdığı Ağdam müharibənin bütün dəhşətlərinin və təxminən 30 illik erməni işğalının şahidi olub. Şəhərin bir vaxtlar göz oxşayan bağ və parkları, tarixi memarlıq abidələri, türbələri, teatrları, muzeyləri indi xarabalıqlara çevrilib.

Ağdam erməni silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal olunub. Və bu gün, sözün əsl mənasında, şəhərdə daş üstə daş qalmayıb.

Halbuki erməni işğalına kimi rayonun 100-dən artıq kəndində 143 min azərbaycanlı yaşayıb.

Sputnik-in fotomüxbiri Mixail Voskresenski Ağdam rayonunda olaraq onun bu gününü və bərpa prosesini fotoaparatın yaddaşına köçürüb.

 

82
  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamda dağıdılmış bina.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdam Dram Teatrının ermənilər tərəfindən yerlə-yeksan edilmiş binası.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" kompleksinin dağıdılmış binaları.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdam şəhəri ərazisindəki Uzunmüddətli Müdafiə Nöqtəsi.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" kompleksinin dağıdılmış binası.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamda dağıdılmış bina.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamda dağıdılmış bina.

  • © Sputnik / Mihail Voskresenskiy

    Yerlə-yeksan edilmiş Ağdam şəhərinin Cümə məscidi.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamda dağıdılmış bina.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" kompleksinin dağıdılmış binaları.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamda dağıdılmış bina.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamın minalanmış əraziləri.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi dağıdılmış "İmarət" kompleksinin bir hissəsi.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamda aparılan bərpa işləri.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində xidmət edən hərbi qulluqçu.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində xidmət edən hərbi qulluqçu.

  • © Sputnik / Mihail Voskresenskiy

    Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ərazisində sərhəd müşahidə qülləsi.

  • © Sputnik / Mihail Voskresenskiy


    Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində xidmət edən hərbi qulluqçular. Rusiya müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında aparılan danışıqların ardından noyabrın 11-də Qarabağda Atəşkəsə Nəzarət Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılması haqqında memorandum imzalanıb.

Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimindən rəngarəng görüntülər

26
(Yenilənib 10:30 24.07.2021)
  • Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi
Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. Məramsindən çəkilmiş parlaq şəkillərlə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiz.

İyulun 23-də Tokioda Yay Olimpiya Oyunlarına start verilib. Əsas idman forumunun hələ 2020-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası üzündən tədbir məcburən təxirə salındı. Bu Olimpiadada dünyanın 206 ölkəsindən 12,5 min idmançı iştirak edəcək. Yarış proqramına 33 idman növü daxil edilib və idmançılar 339 Olimpiya medalı uğrunda mübarizə aparacaqlar.

Açılış mərasimini Tokiodakı Olimpiya stadionunun tribunalarından yalnız minə yaxın rəsmi şəxs izləyib. Arenanın xaricində isə Oyunların keçirilməsinə etiraz edənlərin aksiyası keçirilib. Sorğuların nəticələrinə görə, Yaponiya əhalisinin 80%-ə qədəri Olimpiadanın keçirilməsinin əleyhinədir.

Parad zamanı Yaponiya Milli Olimpiya Stadionunun meydanına çıxan ilk komanda Olimpiya Oyunlarının əcdadı sayılan Yunanıstan komandası olub. Yunanlıların ardınca meydana qaçqın komandası daxil olub. Daha sonra islandlar və irlandlar, ardınca isə Azərbaycan komandası. Azərbaycan yığmasının bayraqdarları cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova idi. Komandaların çıxışının qeyri-adi tərəfi nümayəndə heyətlərinin meydana yapon əlifba sırası ilə daxil olması idi. 

Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. 

Paradın əvvəlində iştirakçılar koronavirus pandemiyasının qurbanlarının hamısını bir dəqiqəlik sükutla yad ediblər.

Açılış mərasiminə paralel olaraq, stadiondan bir az aralıda, Tokioda Olimpiya Oyunlarının keçirilməsinə qarşı etiraz aksiyası olub. Yaponiya paytaxtının sakinləri, yarışmanın ölkədə koronavirusa yoluxma hallarının artdığı bir vaxtda keçirilməsindən narazıdır. Stadiondakı çıxışlar arasındakı fasilələrdə etirazçıların qışqırıq səsləri eşidilib.

Azərbaycan Tokio-2020-də
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

26
  • © AFP 2021 / LIONEL BONAVENTURE

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AFP 2021 / POOL / LEON NEAL

    İyulun 23-də Tokioda Yay Olimpiya Oyunlarına start verilib.

  • © REUTERS / EDGAR SU

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AFP 2021 / MARTIN BUREAU

    Bu Olimpiadada dünyanın 206 ölkəsindən 12,5 min idmançı iştirak edəcək.

  • © AFP 2021 / CHARLY TRIBALLEAU

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © REUTERS / MIKE BLAKE

    Yarış proqramına 33 idman növü daxil edilib və idmançılar 339 Olimpiya medalı uğrunda mübarizə aparacaqlar.

  • © REUTERS / MARKO DJURICA

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AP Photo / Lee Jin-man

    Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. 

  • © REUTERS / STEFAN WERMUTH

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi
    © REUTERS / MIKE BLAKE

    Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi.

  • © AP Photo / David J. Phillip

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AP Photo / Kantaro Komiya

    Arenanın xaricində isə Oyunların keçirilməsinə etiraz edənlərin aksiyası keçirilib.

  • © AP Photo / Petr David Josek

    Açılış mərasimini Tokiodakı Olimpiya stadionunun tribunalarından yalnız minə yaxın rəsmi şəxs izləyib.

  • © AP Photo / POOL / Leon Neal

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AP Photo / David J. Phillip

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

"Qarabağ" ilə "Aşdod" Bakıda sülhlə ayrıldılar: oyunun ən parlaq məqamları

27
Ağdamlıların kapitanı Maksim Medvedev qırmızı vərəqə alsa da, İsrail klubunun oyunçuları say üstünlüyündən yararlana bilmədilər.

Azərbaycanın "Qarabağ" və İsrailin "Aşdod" komandalarının UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki Bakıda, Tofiq Bəhramov adına stadionda baş tutan görüşü qolsuz heç-heçə ilə bitdi.

 

Ağdam klubu qonaqların sıx müdafiəsini yara bilmədi. Bütün oyun boyu "Qarabağ" cəmi bir neçə təhlükəli məqam yaratdı, heç qonaqların qapı dirəyinə dəyən zərbələr də çox deyildi. 

Matçın 83-cü dəqiqəsində komandanın kapitanı Maksim Medvedev mübahisəli qırmızı vərəqə aldı. O, əliylə israilli futbolçu Zakariyanın çiyninə toxundu, o isə dərhal qazona yıxıldı.

İsraillilər say üstünlüyündən yararlana bilmədilər və oyun qolsuz heç-heçə ilə bitdi.

Matçın ən parlaq məqamlarını Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Xatırladaq ki,  UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları gələn həftə, iyulun 28-i və 29-da baş tutacaq.

 

27
  • © Sputnik / Murad Orujov

    Qurban Qurbanovun yetirmələri İsrail təmsilçisi “Aşdod”la görüşüblər.

  • © Sputnik / Murad Orujov

    Premyer Liqanın vitse-çempionu ilk matçı evdə keçirib.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - “Aşdod” oyunu zamanı.

  • © Sputnik / Murad Orujov

    İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Qarabağ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - “Aşdod” oyunu zamanı.

  • © Sputnik / Murad Orujov

    Lakin təmsilçimiz imkanlardan yararlanmayıb.

  • © Sputnik / Murad Orujov

    İsraillilərin müqavimətini qıra bilməyən Qurbanovun yetirmələri qarşılaşmanı azlıqda bitiriblər.

  • © Sputnik / Murad Orujov

    Matçın sonlarında Maksim Medvedev qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub.

  • © Sputnik / Murad Orujov

    Bununla da “Qarabağ” mövsümə qolsuz sülhlə başlayıb.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - “Aşdod” oyunu zamanı.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - “Aşdod” oyunu zamanı.

  • © Sputnik / Murad Orujov

    Komandalar arasında cavab oyunu iyulun 29-da İsraildə baş tutacaq.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - “Aşdod” oyunu zamanı.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - “Aşdod” oyunu zamanı.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - “Aşdod” oyunu zamanı.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - “Aşdod” oyunu zamanı.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - “Aşdod” oyunu zamanı.

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - “Aşdod” oyunu zamanı.

Teqlər:
Aşdod, İsrail, fotolent, Tofiq Bəhramov adına stadion, Qarabağ FK, Bakı, futbol
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü

13
Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir.

BAKI, 24 iyul - Sputnik. Tokio Yay Olimpiya Oyunlarının ilk yarış günü azərbaycanlı idmançılar üçün uğursuz keçdi. Sputnik Azərbaycan bildirir ki, onlardan yalnız biri uğurlu start götürə bilib.

Cüdo

İlk məyusedici xəbərlər cüdodan gəldi. Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk pillələrdən yarışdan ayrıldılar. Hüseynov öncə britaniyalı Eşli Makkenzini udub, gürcü Luxumi Çxvmianiyə uduzdusa, Qurbanova elə ilk görüşündəcə Katarina Koştaya (Portuqaliya) məğlub oldu.

Veloyürüş

Vaxtından əvvəl yarışı dayandıranlardan biri də velosipedçi Elçin Əsədov oldu. 234 km-lik şosse yürüşünün, demək olar ki, yarısını keçəndən sonra yıxıldı. 

Güllə atıcılığı

Snayperimizi Ruslan Lunyov da uğursuzluğa düçar oldu. 10 metrlik məsafəyə pnevmatik tapançadan atəşdə 20-ci yerə düşərək finala çıxa bilmədi. Ancaq birinci gün çıxış edən idmançılarımızın çoxundan fərqli olaraq, Lunyov hələ Oyunlarda iştirakını yekunlaşdırmayıb - 25 m-lik məsafəyə xırda kaliberli tapançadan atəş yarışında da qüvvısini sınayacaq. 

Üzgüçülük

 

Üzgüçülərimiz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

 

Məryəmdən kimsə nəticə gözləmirdi, o, Beynəlxalq Federasiyanın kvotası ilə Olimpiadaya gəlib, Şemberev isə lisenziya normativini yerinə yetirmişdi və ən azı, onun yarımfinala çıxacağına ümid edirdik.

Boks

İdman həvəskarlarına ən böyük məyusluğu isə boks yarışları yaşatdı. Titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayordan (69 kq), heç olmasa, medallar uğrunda mübarizə gözlənilirdi, birinci dövrədən kənarda qalmaq yox. O isə 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzdu. Görüşü üçüncü raundda Sotomayorun zədəsi səbəbindən (qanaxma) saxladılar, ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev növbəti mərhələyə adlamağa layiq idi. Çünki 1/16 mərhələdə Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı yaxşı döyüşürdü. Ancaq hakimlər mübahisəli qərar verərək qələbəni vyetnamlının adına yazdılar (2:3).

 

Boksçumuz Məhəmməd Abdullayev (91 kq çəki dərəcəsi) isə Azərbaycan təmsilçiləri arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. 1/16 finalda o, Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən 3:1 hesabı ilə qalib ayrıldı. Düzdür, püşkatmada onun heç bəxti gətirməyib: növbəti mərhələdə o, dünya çempionu, Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək. Bu görüş iyulun 29-da olacaq.

İdman gimnastikası 

Təmsilçilərimizdən Tokiodakı ilk yarış günündə sonuncu çıxış edən isə idman gimnastı İvan Tixonov oldu. O, təsnifatda 45-ci yer tutaraq, adını finala yazdıran 24 nəfərin arasına düşə bilmədi.

Medal hesabı

Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir. İkinci yerdə Yaponiya ilə İtaliya qərarlaşıblar: hərəyə bir qızıl və bir gümüş medal. İlk onluğa həmçinin 4. Koreya (1, 0, 2), 5. Macarıstan, Kosovo, Tailand, Ekvador, İran (1, 0, 0), 10. Serbiya, Rusiya (0, 1, 1) daxildir.

13
Teqlər:
atıcılıq, gimnastika, cüdo, şosse velosipedi, üzgüçülük, boks, idmançılar, azərbaycanlı, Tokio Yay Olimpiya Oyunları