Danimarka yığması Bakıda qələbəni belə qazandı

15
(Yenilənib 13:57 04.07.2021)
Futbol üzrə Danimarka yığma komandası Avropa çempionatının dörddəbir final oyununda Çexiya millisinə qalib gəlib.

Bakıda keçirilən qarşılaşma Danimarkanın 2:1 hesablı qələbəsi ilə bitib. Skandinaviya təmsilçisinin heyətində Tomas Dileyni 5-ci dəqiqədə hesabı açıb. 

Qalib komandanın heyətində qolları Tomas Dileyni (5-ci dəqiqə) və Kasper Dolberq (42) vurublar. Çexiya komandasının heyətində isə qolu Patrik Şik vurub (49).

AVRO-2020 yarımfinalında 1992-ci ilin Avropa çempionları ingilislərlə üz-üzə gələcəklər.

Bakıda keçirilən gərgin oyunun maraqlı anları Sputnik Azərbaycan-ın fotolentində.

15
  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçında azarkeşlər.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının oyununda belə anlar az deyildi.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçından fraqment.

  • © Sputnik / Murad Orujov

    Danimarkalılar 1/d finalda çexlərin qapısına vurulan qola sevinirlər.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçından oyun anı.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının 1/4 final görüşü.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları Avropa çempionatının 1/4 final matçında Bakıda qarşılaşdılar.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçından daha bir an.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının görüşü.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının 1/4 final matçından bir an.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının qarşılaşması.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının oyunundan fraqment.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçı.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının qarşılaşması.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının 1/4 final oyunu.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçı.

  • © Sputnik / Murad Orujov

    Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçından.

Bir il gecikən açılış, prezidentin qətli, milyarderin göyə uçusu

11
(Yenilənib 16:49 25.07.2021)
Ötən həftənin ən əhəmiyyətli hadisələri dünya agentliklərinin fotomüxbirləri tərəfindən kentə köçürülüb. Ən parlaq kadrlara Sputnik Azərbaycan-ın fotolentində baxın.

Təbii fəlakətlər, pandemiya əleyhinə tədirlərə qarşı etirazlar, Kann kinofestivalı, Qurban bayramı, MAKS-2021 beynəlxalq aviasalonu, dünyada ilk pilotsuz suborbital uçuş zamanı New Shepard Blue Origin raketinin buraxılışı və əlbəttə ki, Tokio Olimpiadasının açılışı - son günlər hadisə və olaylarla zəngindir.

Tokio Olimpiadasının açılışını düz bir il gözləmək laızm gəldi.

Həftənin ən şokedici hadaislərindən isə Haiti prezidentinin qətlə yetirilməsini göstərmək olar.

Ötən həftə dünyada nə baş verdiyini görmək üçün sizə dünyanın müxtəlif yerlərindən toplanmış şəkillərə baxmağı sizə təklif edirik.

11
  • © AFP 2021 / Gent Shkullaku

    Albaniya müsəlmanları Tiranadakı İskəndər bəy meydanında Qurban bayramı namazı zamanı.

  • © AP Photo / Bryan Daniels / Bootleg Fire Incident Command

    Ayı balası ABŞ-ın Oreqon ştatında Butleq yanğınında təhlükəsizlik zabiti onu gördükdən sonea ağacdan tutur.

  • © AFP 2021 / Armend Nimani

    Kosovonun Priştina şəhərinin su basmış meydanında qarmaq atan kişi.

  • © REUTERS / Blue Origin

    Biznesmen Ceff Bezos və pilot Uolli Fank New Shepard Blue Origin raketində uçuşdan sonra kapsuldan çıxırlar.

  • © AP Photo / Michael Probst

    Solda Almaniyanın Erfştadt-Blessem ərazisində zərər dəymiş qəsr.

  • © AFP 2021 / Valerie Baeriswyl

    Haitili rəqqaslar ölkənin keçmiş prezidenti Jovanel Moizin dəfn mərasimində çıxış edirlər.

  • © AFP 2021 / Joaquin Sarmiento

    Kolumbiyanın Medelyin əyalətində nümayişçilərin polislə toqquşması.

  • © AFP 2021 / Arif Ali

    Pakistanın Lahor şəhərində Badşahi məscidində Qurban bayramı namazından sonra selfi çəkdirənlər.

  • © AFP 2021 / Str / JIJI Press

    Yaponiyanın "mé" art-qrupu tərəfindən yaradılmış hava şarı Tokionun Yoyogi parkı üzərində.

  • © AP Photo / Matias Delacroix

    Haitinin Port-o-Prens şəhərində xoruz döyüşləri.

  • © REUTERS / Ricardo Arduengo

    Haitinin Kap-Aityen şəhərində ərzaq satıcıları.

  • © AP Photo / Damian Dovarganes

    Los-Ancelesin Echo-Park rayonunda Sanset bulvarında lourayder üçtəkərli avtomobil sürür.

  • © REUTERS / Antara Foto / Raisan Al Farisi

    İndoneziyanın Qərbi Yava əyalətindəki Bandunq şəhərində Qurban bayramı namazı.

  • © REUTERS / Pascal Rossignol

    Azadlıq heykəli kostyumunda olan nümayişçi Parisdə prezident Emmanuel Makron tərəfindən elan olunmuş koronavirusla yeni mübarizə metodlarına qarşı aksiyada.

  • © AP Photo / Yorgos Karahalis

    Yunan polisi Afinanın mərkəzində vaksinasiya əleyhinə etiraz edənləri qözyaşardıcı qazla qovur.

  • © REUTERS / Johanna Geron

    Amanda Ford və Barbara Vittorelli 74-cü Kann kinofestivalında.

  • © Sputnik / Alexey Maishev

    MAKS-2021 aviasalonunda pilotaj qrupu MiQ-29 təyyarələrində yay proqramını yerinə yetirirlər.

  • © Sputnik / Evgeny Biyatov

    Rusiyada Dövlət Kreml sarayında peşəkarlar arasında Latın Amerikası rəqsləri üzrə Dünya kubokunun iştirakçıları.

  • © Sputnik / Alexey Maishev

    MAKS-2021 avisalonunda Checkmate yeni hərbi təyyarəsinin təqdimatı.

  • © AP Photo / Oded Balilty

    İsrailli ərəblər Qurban bayramı zamanı Qan-Ha-Şloşa milli parkında.

  • © REUTERS / Amir Cohen

    Qüdsdə milli matəm günündə yəhudilər Ağlama Divarı önündə.

  • © AP Photo / Michael Probst

    İki qız Almaniyanın Travemyund şəhərində Baltik dənizin çimərliyində xüsusi hazırlanmış şezlonqda.

  • © AFP 2021 / Prakash Singh

    Hindistan Konqres partiyasının üzvləri Dehlidə təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıblar.

  • © Sputnik / Alexey Filippov

    Tokioda XXXII Yay Olimpiya oyunlarının açılışı zamanı atletlərin paradı.

  • © Sputnik / Grigory Sysoev

    Yapon Mahina Mazda Tokio Yay Olimpiya oyunları ərəfəsində məşq edir.

Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimindən rəngarəng görüntülər

31
(Yenilənib 10:30 24.07.2021)
  • Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi
Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. Məramsindən çəkilmiş parlaq şəkillərlə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiz.

İyulun 23-də Tokioda Yay Olimpiya Oyunlarına start verilib. Əsas idman forumunun hələ 2020-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası üzündən tədbir məcburən təxirə salındı. Bu Olimpiadada dünyanın 206 ölkəsindən 12,5 min idmançı iştirak edəcək. Yarış proqramına 33 idman növü daxil edilib və idmançılar 339 Olimpiya medalı uğrunda mübarizə aparacaqlar.

Açılış mərasimini Tokiodakı Olimpiya stadionunun tribunalarından yalnız minə yaxın rəsmi şəxs izləyib. Arenanın xaricində isə Oyunların keçirilməsinə etiraz edənlərin aksiyası keçirilib. Sorğuların nəticələrinə görə, Yaponiya əhalisinin 80%-ə qədəri Olimpiadanın keçirilməsinin əleyhinədir.

Parad zamanı Yaponiya Milli Olimpiya Stadionunun meydanına çıxan ilk komanda Olimpiya Oyunlarının əcdadı sayılan Yunanıstan komandası olub. Yunanlıların ardınca meydana qaçqın komandası daxil olub. Daha sonra islandlar və irlandlar, ardınca isə Azərbaycan komandası. Azərbaycan yığmasının bayraqdarları cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova idi. Komandaların çıxışının qeyri-adi tərəfi nümayəndə heyətlərinin meydana yapon əlifba sırası ilə daxil olması idi. 

Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. 

Paradın əvvəlində iştirakçılar koronavirus pandemiyasının qurbanlarının hamısını bir dəqiqəlik sükutla yad ediblər.

Açılış mərasiminə paralel olaraq, stadiondan bir az aralıda, Tokioda Olimpiya Oyunlarının keçirilməsinə qarşı etiraz aksiyası olub. Yaponiya paytaxtının sakinləri, yarışmanın ölkədə koronavirusa yoluxma hallarının artdığı bir vaxtda keçirilməsindən narazıdır. Stadiondakı çıxışlar arasındakı fasilələrdə etirazçıların qışqırıq səsləri eşidilib.

Azərbaycan Tokio-2020-də
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

31
  • © AFP 2021 / LIONEL BONAVENTURE

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AFP 2021 / POOL / LEON NEAL

    İyulun 23-də Tokioda Yay Olimpiya Oyunlarına start verilib.

  • © REUTERS / EDGAR SU

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AFP 2021 / MARTIN BUREAU

    Bu Olimpiadada dünyanın 206 ölkəsindən 12,5 min idmançı iştirak edəcək.

  • © AFP 2021 / CHARLY TRIBALLEAU

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © REUTERS / MIKE BLAKE

    Yarış proqramına 33 idman növü daxil edilib və idmançılar 339 Olimpiya medalı uğrunda mübarizə aparacaqlar.

  • © REUTERS / MARKO DJURICA

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AP Photo / Lee Jin-man

    Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. 

  • © REUTERS / STEFAN WERMUTH

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi
    © REUTERS / MIKE BLAKE

    Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi.

  • © AP Photo / David J. Phillip

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AP Photo / Kantaro Komiya

    Arenanın xaricində isə Oyunların keçirilməsinə etiraz edənlərin aksiyası keçirilib.

  • © AP Photo / Petr David Josek

    Açılış mərasimini Tokiodakı Olimpiya stadionunun tribunalarından yalnız minə yaxın rəsmi şəxs izləyib.

  • © AP Photo / POOL / Leon Neal

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AP Photo / David J. Phillip

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

Putin Rusiya HDD-nin ən yeni silahlarından söz açıb

17
(Yenilənib 18:40 25.07.2021)
RF lideri bildirib ki, Rusiyanın hərbi-dəniz mövcudiyyəti praktiki olaraq Dünya okeanının bütün rayonlarında təmin edilib.

BAKI, 25 iyul - Sputnik. Rusiya Hərbi-Dəniz Donanmasında ölkənin zəmanətli müdafiəsi üçün lazımi hər şey var, RF istənilən düşməni tapıb ona zərbə vurmaq qabiliyyətinə malikdir. Bu sölərin müəllifi Rusiya prezidenti Vladimir Putindir.

İyulun 25-də Putin Sankt-Peterburqda Rusiya donanmasının yaradılmasının 325 illiyi şərəfinə Hərbi-dəniz paradında iştirak edib.

"Bu gün Rusiya Hərbi-Dəniz Donanmasında ölkənin, milli maraqlarımızın zəmanətli müdafiəsi üçün lazımi hər şey var. Biz istənilən sualtı, suüstü, hava düşmənini taparaq ona lazım gələrsə, sarsıdıcı zərbə endirmək qabiliyyətindəyik", - o bildirib.

Rusiya daima və uğurlu şəkildə yeni silah növlərini təkmilləşdirir, Putin əlavə edib.

"Rusiya qısa müddətdə aparıcı dəniz dövlətləri sırasında öz layiqli yerini tutdu, bu sahədə böyük inkişaf yolunu keçdi. İndiyədək dünyada analoqları olmayan ən yeni hipersəs yüksək dəqiqlikli silah sistemlərimiz daima və uğurla təkmilləşdirilir", - prezident deyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi-dəniz mövcudiyyəti praktiki olaraq Dünya okeanının bütün rayonlarında təmin edilib.

O əlavə edib ki, donanmada xidmət heç vaxt asan olmasa da, həmişə ən şərəfli və tələb olunan peşələrdən olub.

Həmçinin oxuyun:

Rusiya aviasiya sahəsində maraqlı olan bütün ölkələrlə əməkdaşlığa hazırdır - Putin

Şimal Donanması NATO Hərbi Dəniz Qüvvələrinə nə ilə cavab verəcək

17