Futbol gözəlçələri: AVRO-2020-nin ən çoşqun azarkeşləri

60
(Yenilənib 16:57 30.06.2021)
Belə deyim var ki, indi futbolu futbol edən azarkeşlərdir. Bəs söhbət zərif cinsin nümayəndələrindən gedirsə, onda necə? Xanım azarkeşlər, şübhəsiz, tribunaların bəzəyidir. Sputnik Azərbaycan AVRO-2020-nin ən füsunkar azarkeş xanımlarının fotolarını bir yerə toplayıb.

Bəzən futbol yarışları zamanı tribunalarda elə qəşəng azarkeş xanımlar peyda olur ki, yarışı lentə alan televiziya operatorları və şərhçilər diqqətlərini oyundan yayındırıb onlara yönəldirlər. İş o yerə çatıb ki, hətta FİFA oyunların translyasiyası vaxtı obyektivləri qəşəng azarkeşlərə tərəf daha az yönəltməyi tələb edib.

Ancaq xanım azarkeşlərin fotolarına baxanda operatorları başa düşmək olur. Bəzən sevimli komandalarına azarkeşlik etmək üçün stadiona elə qəşəng xanımlar gəlir ki, həqiqətən də insan gözünü onlardan ayıra bilmir. Xüsusən də, əgər oyun maraqsızdırsa, tribunalara baxmaqdan başqa əlac qalmır.

Gəlin biz də yalnız stadionların tribunalarında baxışları üzərinə cəmləşdirməyən, həm də “İnstagram”da minlərlə “like” alan bu gözəllərin tamaşasına duraq.

60
  • Avropa Futbol Çempionatında Polşa və İspaniya milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © REUTERS / BERNADETT SZABO

    Avropa Futbol Çempionatında Portuqaliya və Fransa milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • Avropa Futbol Çempionatında Xorvatiya və İspaniya milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • Avropa Futbol Çempionatında Türkiyə və Uels milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © Sputnik / Vladimir Astapkovich

    Avropa Futbol Çempionatında Rusiya və Finlandiya milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • Avropa Futbol Çempionatında Portuqaliya və Fransa milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © REUTERS / Pool / ROBERT PERRY

    Avropa Futbol Çempionatında Ukrayna və İsveç milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • Avropa Futbol Çempionatında Portuqaliya və Macarıstan milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © REUTERS / Pool / OLAF KRAAK

    Avropa Futbol Çempionatında Danimarka və Uels milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © REUTERS / Pool / BERNADETT SZABO

    Avropa Futbol Çempionatında Hollandiya və Çexiya milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © REUTERS / Pool / KENZO TRIBOUILLARD

    Avropa Futbol Çempionatında Danimarka və Uels milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © REUTERS / Pool / STUART FRANKLIN

    Avropa Futbol Çempionatında Xorvatiya və İspaniya milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © REUTERS / ANTONIO BRONIC

    Avropa Futbol Çempionatında Xorvatiya və İspaniya milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © AP Photo / Pool / Anton Vaganov

    Avropa Futbol Çempionatında Rusiya və Finlandiya milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © AP Photo / Pool / Stuart Franklin

    Avropa Futbol Çempionatında Xorvatiya və İspaniya milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

  • © REUTERS / Pool / VADIM GHIRDA

    Avropa Futbol Çempionatında Ukrayna və Avstriya milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

Azərbaycanın dünya şöhrətli kinematoqrafının qızıl kolleksiyası

14
(Yenilənib 00:41 02.08.2021)
  • Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.
  • Ceyhun Mirzəyev Fəryad filmində
  • “Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır.
Milli Kino Günündə Sputnik Azərbaycan oxuculara fərqli zamanlarda çəkilmiş ən məhşur Azərbaycan filmlərinin foto kolleksiyasını təqdim edir. Onların əksəriyyəti Azərbaycanın dünya şöhrətli kinematoqrafının qızıl kolleksiyasına daxil edilib. 

Hər il avqustun 2-si Milli Kino Günündə Azərbaycanda bütün kinematoqrafiya işçilərinin peşə bayramı qeyd olunur. Bu bayram Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamına əsasən təsis edilib.

Bu tarix təsadüfi deyil. 2 avqustda baş tutan ilk yerli filmin nümayişi fotoqraf Aleksandr Mişon tərəfindən təşkil edilib. O, doğma Bakının həyatından “Bibi-Heybətdə yanğın”, “Balaxanı-Sabunçu yatağındakı neft fontanı”, “Qafqaz rəqsi” və s. kimi filmlər çəkib.

1922-ci ildə Azərbaycan SSR rəhbərliyi tərəfindən respublikada bugünkü "Azərbaycanfilm" kinostudiyasının sələfi olan ilk kino fabrikinin yaradılması haqqında qərar qəbul edilib.

Həm bədii, həm də sənədli filmlərin çəkildiyi bu günlərdə Azərbaycanda milli kino sənəti fəal inkişaf edir.

“Arşın mal alan” filmi müsəlman şərqində ilk operetta və ilk Azərbaycan kinokomediyasıdır. O, bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib və xaricdə məşhurlaşıb. Bu il operettanın 102-ci ildönümü qeyd olunub.

Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.

Həsən Seyidbəylinin yaratdığı “Bizim Cəbiş müəllim” filmi Maqsud İbrahimovun Vətən müharibəsi barəsində olan “1001-ci müharibə gecəsi” hekayəsinin motivlərı əsasında çəkilib. Pedaqoq obrazını yaradan aktyor Süleyman Ələsgərov hələ də ən sevimli tamaşaçı personajıdır.

Türkiyəli aktrisa Meral Konrat və azərbaycanlıların sevimlisi Fəxrəddin Manafov rejissor Rasim Ocaqovun yaratdığı “Təhminə” filmində baş rollarda oynayıblar. Ürəkparçalayan sevgi hekayəsi bir çox insanın həqiqi həyatını əks etdirib.

“Fərhad” filmi rejissor və aktyor Ceyhun Mirzəyevin son əsəridir. Aktyor çəkiliş başa çatdıqdan dərhal sonra, filmini ekranda görmədən vəfat edib. Bu film Qarabağ mövzusunda ən yaxşı film hesab olunur.

“Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır. Bu aktrisa bəlkə də Azərbaycanda hamı tərəfindən sevilən qaynanadır.

İtaliyalı rejissor Bernardo Bertoluççi Vaqif Mustafayevin “Yaramaz” filmini dünyanın 35 ən yaxşı filminə aid etmişdir. Bu film hətta Neapolda “Vittorio de Sika adına Qızıl medal” Qran-Pri mükafatına layiq görülüb.

Tofiq Tağızadənin yaratdığı “Uzaq sahillərdə” filmində çəkilən Nodar Şaşıqoğlu  “Mixaylo şəhərdədir ” ifadəsi ilə məşhurlaşıb. Bu filmdə aktyor Mixaylo ləqəbli qorxusuz partizanı yaradıb.

Əfsanəvi Rəşid Behbudov bir neçə Azərbaycan filmində rol alıb. Onların arasında ən yaddaqalan film “Bəxtiyar” idi. 93 yaşı tamam olan bu filmdə Behbudov rusiyalı həmkarı Tamara Çernova ilə birlikdə oynayıb.

Bakıda və Moskvada çəkilən “Məhəllə” filmi ölkə kinosunun ən yaxşı müasir film komediyalarından biridir. Filmdə əsas rolları “Bakılı oğlanlar” komandasının sabiq KVN-çilərı oynayıblar. 

14
  • © Photo : Azerbaydzhanfilm / Arshin Mal Alan / 1945

    “Arşın mal alan” filmi müsəlman şərqində ilk operetta və ilk Azərbaycan kinokomediyasıdır. O, bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib və xaricdə məşhurlaşıb.

  • © Azerbaydzhanfilm / Arshin Mal Alan / 1945

    Bu il operettanın 102-ci ildönümü qeyd olunub.

  • Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.
    © Photo : PUBLIC DOMAIN

    Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.

  • © Photo : Azerbaijanfilm / 1969

    Həsən Seyidbəylinin yaratdığı “Bizim Cəbiş müəllim” filmi Maqsud İbrahimovun Vətən müharibəsi barəsində olan “1001-ci müharibə gecəsi” hekayəsinin motivlərı əsasında çəkilib. Pedaqoq obrazını yaradan aktyor Süleyman Ələsgərov hələ də ən sevimli tamaşaçı personajıdır.

  • © Photo : Azerbaijanfilm / 1993

    Türkiyəli aktrisa Meral Konrat və azərbaycanlıların sevimlisi Fəxrəddin Manafov rejissor Rasim Ocaqovun yaratdığı “Təhminə” filmində baş rollarda oynayıblar.

  • © Photo : Azerbaijanfilm / 1993

    Ürəkparçalayan sevgi hekayəsi bir çox insanın həqiqi həyatını əks etdirib.

  • Ceyhun Mirzəyev Fəryad filmində
    © "Aşkarfilm" Şirkəti / "Fəryad" filmindən kadr

    “Fərhad” filmi rejissor və aktyor Ceyhun Mirzəyevin son əsəridir. Aktyor çəkiliş başa çatdıqdan dərhal sonra, filmini ekranda görmədən vəfat edib. Bu film Qarabağ mövzusunda ən yaxşı film hesab olunur.

  • “Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır.
    © Photo : Azerbaijanfilm / 1978

    “Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır.

  • © Photo : Azerbaijanfilm / 1978

    Bu aktrisa bəlkə də Azərbaycanda hamı tərəfindən sevilən qaynanadır.

  • © Photo : Azerbaijanfilm / 1988

    İtaliyalı rejissor Bernardo Bertoluççi Vaqif Mustafayevin “Yaramaz” filmini dünyanın 35 ən yaxşı filminə aid etmişdir. Bu film hətta Neapolda “Vittorio de Sika adına Qızıl medal” Qran-Pri mükafatına layiq görülüb.

  • © Photo : Azerbaijanfilm / 1958

    Tofiq Tağızadənin yaratdığı “Uzaq sahillərdə” filmində çəkilən Nodar Şaşıqoğlu  “Mixaylo şəhərdədir ” ifadəsi ilə məşhurlaşıb. Bu filmdə aktyor Mixaylo ləqəbli qorxusuz partizanı yaradıb.

  • © Photo : Baku Film Studio / 1955

    Əfsanəvi Rəşid Behbudov bir neçə Azərbaycan filmində rol alıb. Onların arasında ən yaddaqalan film “Bəxtiyar” idi. 93 yaşı tamam olan bu filmdə Behbudov rusiyalı həmkarı Tamara Çernova ilə birlikdə oynayıb.

  • © Photo : "Planet Parni iz Baku" Studiya / 2003

    Bakıda və Moskvada çəkilən “Məhəllə” filmi ölkə kinosunun ən yaxşı müasir film komediyalarından biridir. Filmdə əsas rolları “Bakılı oğlanlar” komandasının sabiq KVN-çilərı oynayıblar.

Ötən həftə planetimizdə baş verənlərlə bağlı ən parlaq fotolar

23
(Yenilənib 16:18 01.08.2021)
Ötən həftənin ən əhəmiyyətli hadisələri dünya agentliklərinin fotomüxbirləri tərəfindən lentə alınıb. Sputnik Azərbaycan-ın kolleksiyasındakı parlaq kadrlara baxın.

Keçən həftə Kaliforniya və İspaniyada olduğu kimi Türkiyədə də baş verən yanğınlar bütün dünyanın diqqət mərkəzində olub. Eyni zamanda başqa yerlərdə də insanlar qorxunc təbiət hadisələrini, yağışlar nəticəsində yaranmış xoşagəlməz halları yaşamalı olublar.

Bundan əlavə, dünyanın gündəmində bir də Tokio Olimpiadası var. 

Bir çox ölkələrdə baş verən müxtəlif hadisələr fotoqrafların obyektivinə tuş gəlib. Məsələn, Nyu Yorkdakı Bodypainting Günü, Kolumbiyada bir moda nümayişi və Hindistanda dini mərasim. Bununla yanaşı dünya əhalisinin gündəlik həyatı da az diqqətəlayiq olmayıb.  

Ötən həftə dünyanın necə yaşadığını bir daha xatırlamaq üçün sizi planetimizin müxtəlif yerlərindən toplanan fotoşəkillərə baxmağa dəvət edirik.

Dünya xəbər agentliklərinin fotojurnalistləri tərəfindən çəkilən yaddaqalan hadisələr və emosional anlar Sputnik Azərbaycan-ın həftəlik fotokolleksiyasında.

 

 

23
  • © REUTERS / Jeenah Moon

    Nyu-Yorkda “Body Art” Gününün qeyd olunması, ABŞ.

  • © AFP 2021 / Joaquin Sarmiento

    Modellər dəfilə zamanı, Kolumbiya.

  • © AP Photo / Joan Mateu Parra

    Kataloniyada meşə yanğını, İspaniya.

  • © AP Photo / Ben Curtis

    Avstraliya təmsilçisi Loqan Martin Tokio Yay Olimpiya Oyunlarında BMX Freestyle üzrə məşqlərdə.

  • © AP Photo / Suat Metin / IHA

    Manavqatdakı meşə yanğınlarının nəticələri, Antalya, Türkiyə.

  • © AP Photo / Francisco Seco

    2020 Yay Olimpiya Oyunlarında kişilər arasında sörfinq yarışının dörddəbir finalında yaponiyalı Hiroto Ohara dalğa altında qalır.

  • © AFP 2021 / Hector Retamal

    Çində “Infa” tayfunu nəticəsində su altında qalan hotel.

  • © AFP 2021 / Rich Fury / Getty Images

    Festival qonağı Mayami Qardensdəki Hard Rok stadionunda Rollinq Loudu ziyarət edib, Florida, ABŞ.

  • © REUTERS / Raneen Sawafta

    İsrailli hərbçi qadın Qərb sahilində etiraz aksiyası zamanı jurnalistin üzərinə balondan qaz püskürdür.

  • © AFP 2021 / Sajjad Hussain

    Gənc adam təkər yüklü ulaqların böyrüncə velosiped sürür, Kabil, Əfqanıstan.

  • © AP Photo / Shafiqur Rahman

    Güclü yağışlardan sonra su altında qalan rohincaların qaçqın düşərgəsində qaçqın kişi övladı ilə, Kutupalonq, Banqladeş.

  • © AP Photo / Channi Anand

    Şitala Mata tanrıçasının Cammudakı məbədində zəvvarlar ayin icra edərkən, Hindistan.

  • © AP Photo / Boris Grdanoski

    İnsanlar qızmar havada Şimali Makedoniyadakı Treska çayında çimərək sərinləyirlər.

  • © REUTERS / Guglielmo Mangiapane

    Romada “Green Pass” planına qarşı etiraz edən insanlar polislərin quraşdırdığı maneələri yıxırlar, İtaliya.

  • © AP Photo / Niranjan Shrestha

    İşçi Kamal Pokxari gölünü yosunlardan təmizləyir, Katmandu, Nepal.

  • © REUTERS / Kyaw Soe Oo

    Torontoda Van Qoq sərgisinin reklam kampaniyası çərçivəsində hava şarı, Ontario, Kanada.

  • © REUTERS / Peter Nicholls

    Londondakı Madam Tüsso muzeyində “Little Mix” sərgisinin açılışında rəssam mum fiqurlardan birini retuş edir.

  • © AFP 2021 / Ludovic Marin

    Yerli ifaçı və rəqqasələr Fransa Prezidenti Emmanuel Makronun səfəri şərəfinə təşkil olunmuş mədəni şouda iştirak ediblər, Fransa Polineziyası.

  • © Sputnik / Vladimir Pesnya

    Sağdan-sola: Tokiodakı XXXII Yay Olimpiya Oyunlarında çimərlik voleybolu yarışı zamanı Rusiya milli çimərlik voleybol komandasının üzvləri (ROK-un komandası) Svetlana Xolomina və Nadejda Makroquzova Marta Meneqatti və Viktoriya Orsi Tota (İtaliya) qarşı.

  • © AFP 2021 / Daniel Feldman

    Kimyəvi maddələr səbəbindən çəhrayı rəngə boyanan göl, Çubut əyaləti, Pataqoniya, Argentina.

  • © Sputnik / Maksim Bogodvid

    “Rusiya İslam Aləmi: KazanSummit” XII beynəlxalq iqtisadi sammiti çərçivəsində “Modest Fashion Day”-də dizaynerlərin kolleksiyasının nümayişi.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov

Hüquqşünas: “Problemli kreditlərin artım tendensiyası bütün dünyada müşahidə olunur”

0
(Yenilənib 15:59 30.07.2021)
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov deyib ki, dövlət müəyyən addımlar atır, amma görünür, yardımın miqdarını artırmaq lazımdır
Əkrəm Həsənov: “Bu, biznesin iqtisadi fəallığının aşağı olması ilə əlaqədardır”

Azərbaycanda bu il iyulun 1 -nə vaxtı keçmiş kreditlərin məbləği 914,6 milyon manat təşkil edib. Qüsurlu kreditlər ilin əvvəlinə nisbətən 2,4% artıb, son bir ildə isə 14,2% azalıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, hazırda problemli kreditlərlə bağlı vəziyyət qeyri-müəyyəndir və problemli kreditlərin artım tendensiyası təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur: “Bu, əhalinin ödəmə qabiliyyətinin zəif olması və biznesin iqtisadi fəallığının aşağı olması ilə əlaqədardır. Ötən il Azərbaycan Mərkəzi Bankı ölkə banklarına həm banklardan, həm də istehlakçılardan belə kreditlərin qaytarılmasını tələb etməməyi tövsiyə etdi. Banklar keçən il bunu dinlədi. Tövsiyələrin müddəti bu il də uzadıldı, lakin banklar bu kreditləri problemli hesab etməyə başladılar. Təbii ki, manatın devalvasiyasına görə 2015 -ci ildən bəri aldığımız problemli kreditlərin həcmi geri qayıtmayacaq. Pandemiya tədricən zəifləyir, iqtisadi aktivlik bərpa olunur. Dövlət müəyyən addımlar atır, amma görünür, yardımın miqdarını artırmaq lazımdır”.

Əkrəm Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0