Bakının "modern" üslubda inşa olunmuş unikal binaları - FOTO

32
(Yenilənib 22:40 10.06.2021)
Hər il iyunun 10-u Dünya modern üslubu günü kimi qeyd olunur. Bu üslub Avropada yaranaraq az bir zaman ərzində bütün dünyaya yayılıb və o cümlədən Bakıya da gəlib çatıb.

Azərbaycan paytaxtının küçələrində "modern" üslubuna aid möhtəşəm binalara rəst gəlmək olar. Onların əksəriyyəti XIX əsrin sonu və XX əsrin əvvəllərinə aiddir. Həmin binalar avropalı memarların layihələri əsasında inşa olunub. Belə ki, bu üslubun özü Avropada yaranıb.

"Modern" üslubda tikilmiş binalara 28 May, Çingiz Mustafayev, Üzeyir Hacıbəyli küçələrindəki tikililər, keçmiş bankların – Peterburq Şimal bankının Bakı şöbəsinin və Tiflis kommersiya bankının binaları, habelə Kərbəlayi İsrafil Hacıyevin iqamətgahı və sair binalar aiddir.

Dünya modern üslubu gününün tarixi təsadüfən seçilməyib. Belə ki, iyunun 10-u modern üslubunun iki parlaq və görkəmli nümayəndəsi Antonio Qaudi və Eden Laxnerin anım günüdür.

İlk dəfə Dünya modern günü 2013-cü ildə qeyd olunub.

"Modern" üslubunun təşəkkül tapdığı dövrdə köhnə bədii forma və fəndlərin yenidən dərk edilməsi və incəsənətin müxtəlif növ və janrlarının çulğalaşması baş verib. Hər bir ölkədə bu üslubun özünəməxsus adı var: ABŞ-da - Tiffani, Fransada – ar-nuvo, Almaniyada- yugendstil, Avstriyada – sesession, İngiltərədə - modern stayl, İtaliyada - liberti, İspaniyada – modernizmo, Niderlandda - Nieuwe Kunst (yeni incəsənət), İsveçrədə - küknar üslubu, Rusiyada - modern.

"Modern" üslubda tikilmiş ilk bina ənənəvi olaraq memar Viktor Ortanın Brüsseldə inşa etdiyi Tassel mehmanxanasının binası sayılır. Həmin binada həm interyer, həm də eksteryer xırdalıqlara qədər diqqətlə işlənib.

32
  • © Sputnik / Murad Orujov

    Modern — yenilikçi memarlıq üslubudur. Bu üslub Avropada yaranaraq az bir zaman ərzində bütün dünyaya yayılıb. Bu üslubda inşa olunmuş hər bir tikili fərdi memarlıq obrazına mlikdir və öz-özlüyündə unikal sənət əsəridir.

  • © Sputnik / Murad Orujov

    Bakıya da modern memarlıq üslubu Avropadan qədəm qoyub. Bu üslubda tikilmiş biaların yaradıcıları əcnəbi memarlar, sifarişçiləri isə Bakı neft sənayeçiləri, bankirlər, tacirlər olublar.

  • © Sputnik / Murad Orujov

    Azərbaycan paytaxtında modern üslubunda 80-dən çox bina inşa olunub.

  • © Sputnik / Murad Orujov


    İslam Səfərli küçəsindəki yaşayış evi Bakıda mövcud olan "modern" üslublu binaların ən xarizmatik nümunələrindən biridir

  • © Sputnik / Murad Orujov

    Bakının Hacı Zeynalabdin Tağıyev küçəsindəki bina – burada vaxtilə Şimal Bankının Bakı şəbəsi yerləşib.

  • © Sputnik / Murad Orujov

    Bina Bakıya xas modern üslubunda və yüksək memarlıq səviyyəsində inşa olunub.

  • © Sputnik / Murad Orujov

    Hazırda binada Azərbaycan Beynəlxalq Bankının mərkəzi filialı yerləşir.

  • © Sputnik / Murad Orujov

    Bankın binası yerli əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.

  • © Sputnik / Murad Orujov

    Bakıda modern üslubunda inşa olunmuş binalardan biri də Hacı Zeynalabdin Tağıyevin sarayıdır.

  • © Sputnik / Murad Orujov

    Mülki mühəndis Yuzef Qoslavski tərəfindən 1893-1902-ci illərdə inşa olunmuş saray Tağıyevin öz həyat yoldaşı Sona xanıma hədiyyəsi olub. Hazırda həmin binada Azərbaycan tarixi muzeyi yerləşir.

  • © Sputnik / Murad Orujov

    Bakının Tağıyev küçəsində "modern" üslubda tikilmiş bina.

  • © Sputnik / Murad Orujov

    Azərbaycan Dövlət Opera və Balet Teatrının binası modern üslubunun daha bir klassik və ən parlaq nümunələrindəndir.

  • © Sputnik / Murad Orujov

    1911-ci ildə tikilməsinə baxmayaraq indiyə qədər ilkin görümüşünü qoruyub saxlamış azsaylı binalardan biri.

  • © Sputnik / Murad Orujov

    Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrının binası qarşısında heykəl.

  • © Sputnik / Murad Orujov

    "Modern" üslubu Bakıda o qədər də çox hökmran olmayıb, cəmi 1915-ci ilə qədər. Lakin buna baxmayaraq, şəhərin memarlığında nəzərə çarpan iz qoyub.

  • © Sputnik / Murad Orujov

    On il sonra Bakı memarları yenidən həm otaqların yerləşməsi, həm də zahiri kompozisiyada "modern"i xatırladan binalar inşa etməyə başlayıblar.

  • © Sputnik / Murad Orujov

    Bakının Yusif Məmmədəliyev küçəsində "modern" üslubunda inşa olunmuş binanın fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakının Yusif Məmmədəliyev küçəsində "modern" üslubunda inşa olunmuş binanın fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Son illər ərzində Azərbaycan hökuməti şəhərin mərkəzi hissələrindəki tarixi binaların bərpasına yüz minlərlə manat vəsait ayırıb və onlar demək olar ki yenidən dünyaya gəliblər.

Teqlər:
fotolent, tikili, Bakı

Uels yığmasının Bakıdakı məşqi - stadiondan kadrlar

6
Uels komandası sabahkı oyun ərəfəsində Tofiq Bəhramov adına stadionda məşq edib. Məşqdən kadrlar Sputnik Azərbaycan-ın fotolentində.

Futbol üzrə Avropa çempionatında A qrupunda Türkiyə millisi ilə görüş öncəsi Uels yığmasının məşqi iyunun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Uelslilər baş məşqçiləri Robert Peycinin rəhbərliyi altında məşq ediblər. Uels yığmasının sabahkı oyuna hazırlığının necə keçdiyini Sputnik Azərbaycan-ın müxbiri müşahidə edib.

Uels və Türkiyə Матч milliləri arasında oyun Bakı Olimpiya stadionunda iyunun 16-da yerli vaxtla saat 20:00-da başlayacaq.

Xatırladaq ki, iyunun 12-də Uels yığması Bakıda İsveçrə ilə 1:1 oynayıb. Öz növbəsində, Türkiyə çempionatın açılış oyununda Romada İtaliyaya məğlub olub - 0:3.

6
  • © Sputnik / Murad Orujov

    Uels yığmasının oyunçusu Qaret Beyl AVRO-2020-də qrup mərhələsinin oyunundan əvvəl məşqdə.

  • © Sputnik / Murad Orujov

    Uels yığmasının oyunçusu AVRO-2020-də qrup mərhələsinin oyunundan əvvəl məşqdə.

  • © Sputnik / Murad Orujov

    Uels yığmasının oyunçuları AVRO-2020-də qrup mərhələsinin oyunundan əvvəl məşqdə.

  • © Sputnik / Murad Orujov

    Uels yığmasının oyunçusu AVRO-2020-də qrup mərhələsinin oyunundan əvvəl məşqdə.

  • © Sputnik / Murad Orujov

    Uels yığmasının oyunçusu AVRO-2020-də qrup mərhələsinin oyunundan əvvəl məşqdə.

  • © Sputnik / Murad Orujov

    Uels yığmasının oyunçusu AVRO-2020-də qrup mərhələsinin oyunundan əvvəl məşqdə.

  • © Sputnik / Murad Orujov

    Uels yığmasının oyunçuları AVRO-2020-də qrup mərhələsinin oyunundan əvvəl məşqdə.

  • © Sputnik / Murad Orujov

    Uels yığmasının oyunçuları AVRO-2020-də qrup mərhələsinin oyunundan əvvəl məşqdə.

  • © Sputnik / Murad Orujov

    Uels yığmasının oyunçuları AVRO-2020-də qrup mərhələsinin oyunundan əvvəl məşqdə.

  • © Sputnik / Murad Orujov

    Uels yığmasının oyunçuları AVRO-2020-də qrup mərhələsinin oyunundan əvvəl məşqdə.

Fotolent: Dünya hələ onlar üçün nağıldı: bu gün ölkə məktəblərində "Son zəng" çalındı

28
(Yenilənib 18:02 14.06.2021)
Düz bir il əvvəl koronavirus pandemiyası səbəbindən Bakı məktəblərində "Son zəng" mərasimi təxirə salındı və onlayn-formatda keçirildi. Amma bu il məzunlar orta məktəbi başa vurmalarını qeyd edə bildilər.

BAKI, 14 iyun — Sputnik. Düz bir il əvvəl koronavirus pandemiyası səbəbindən Bakı məktəblərində "Son zəng" mərasimi təxirə salındı və onlayn-formatda keçirildi. Amma bu il məzunlar orta məktəbi başa vurmalarını qeyd edə bildilər. Bakıdakı məktəblərdən birində "Son zəng" gününün necə keçdiyini fotolentimizdən izləyin.

"Son zəng" mərasimi, yəqin ki, hər birimizin məktəb həyatında ən unudulmaz günlərdən biridir. Həmin gün orta məktəbi başa vuran məzunlar müstəqil həyata qədəm qoyurlar. Emosiyalar aşıb daşır: valideynlər öz övladlarına baxıb sevinir, fərəhlənir, məktəblilər isə sevimli sinif yoldaşlarından və müəllimlərindən ayrılacaqları üçün kədərlənirlər. Və bütün bu hiss-həyəcan bayram əhval-ruhiyyəsində, musiqilərin, rəqslərin müşayiəti ilə, şirniyyat süfrəsi arxasında yaşanır.

Keçən il məktəb məzunları bu təntənədən məhrum oldular. Koronavirus pandemiyası səbəbindən tətbiq olunan xüsusi karantin rejimi məzunlara "Son zəng" gününü ürəkləri istədikləri kimi keçirməyə imkan vermədi. Amma bu ilin məzunlarının bəxti gətirdi, müəyyən məhdudiyyətlər olsa da, onlar məktəbə "Son zəng"lə vida edə bildilər.

Operativ Qərargahın təlimatına əsasən, "Son zəng" mərasimi açıq havada, ümumtəhsil müəssisəsinin həyətində, sosial məsafəyə əməl olunmaqla keçirilməli və bir saatdan artıq davam etməməlidir. Tədbirdə yalnız 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllimlər iştirak edə bilərlər.

Məzunlarının sayı 100 nəfərdən artıq olan məktəblərdə "Son zəng" iki mərhələdə və günün fərqli saatlarında keçirilməlidir.

28
  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

 Pandemiya zamanı imtahan

DİM imtahanların vaxtını dəyişdi

0
(Yenilənib 10:53 16.06.2021)
İyulun 1-də keçiriləcək imtahanda sıxlığın yaşanmaması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən addım atılıb.

BAKI, 16 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

0