FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dünya iki təkər üstündə - FOTO

Abunə olmaq
Bu gün 3 iyun - Dünya Velosiped Günüdür. 2018-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatı tərəfindən ekoloji sağlamlığa diqqəti çəkmək üçün 3 iyun Dünya Velosiped Günü olaraq qeyd edilir.

Dünya Velosiped Gününün təsis olunmasında məqsəd ekoloji sağlamlığa diqqət yönəltməklə yanaşı, texnologiyalar əsrində insanların fiziki aktivliyini artırmaqdır. Əlavə enerjinin sərf olunmaması, bir nəqliyyat vasitəsinin hər kəs üçün əlçatan olması, tıxacların, yollarda uzun müddət zaman keçirtməyin qarşısını almaq, ətraf mühitə daha böyük töhfə vermək üçün bu nəqliyyat vasitəsinə diqqət daha da artırılır. 

Öncə dünyadakı vəziyyətə nəzər salaq:
Dünyada velosipedlərin sayı 1 milyarddan artıqdırsa, avtomobillərin sayı 1,5 milyarddır. Avtomobillərlə müqayisədə rəqəmlər heç də az hesab edilmir. Statistikaya görə, artıq dünyada velosiped istehsalı illik olaraq avtomobil istehsalından 2,5 dəfə çoxdur.
Dünyada velosipedçilərin sayı 1 milyarddır. Velosiped və velosipedçi sayına görə dünya ölkələrinə Çin liderlik edir. Çində velosipedçilərin sayı 450 milyon, ABŞ-da 100 milyon, Yaponiyada 73 milyon, Almaniyada 62 milyon, Braziliyada 40 milyon, Hindistanda 31 milyon, İtaliyada 23 milyon, İndoneziyada 23 milyon, Böyük Britaniyada 20 milyon, Fransada 20 milyon, Hollandiyada isə 17 milyon civarındadır.

Əhalisi 300 milyondan çox olan ABŞ-da əhalinin 100 milyonu daimi velosiped sürücüsüdür. Amerikalılar isə velosiped üçün illik olaraq 81 milyard dollar vəsait xərcləyirlər.

Aparılan araşdırmalarla məlum olub ki, velosiped sürənlərin 48 faizini yeniyetmələr təşkil edir ki, onlar da artıq çəkidən azad olmaq üçün bu vasitədən istifadə edirlər.

Velosiped istehsalına görə isə bu gün dünyanın ən böyük təminatçısı Çin hesab edilir. Onu bu sırada Hindistan, Tailand, Yaponiya izləyir. Bu ölkələr ümumi velosiped istehsalının 87 faizini qarşılayır.

Statistikaya görə, dünyada günlük olaraq 364000 velosiped istehsal edilir. Bu isə bir saata, yaxud 243 dəqiqəyə görə 15 min velosiped istehsalıdır. Yaxud da bir saniyəyə 4 velosiped istehsalıdır.
Velosiped satışına gəldikdə isə, gündəlik olaraq 47 min 670 velosiped satılır.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda velosipedçilərin problemlərindən danışıb: "Velosipedçilərin əsas istəyi onlar üçün uyğun yolların salınmasıdır. Velosipedçilər də yol hərəkətinin iştirakçısı olduğundan yol-hərəkət qaydalarına riayət etməlidirlər. Bizim məqsədimiz velosipedi bir idman növü olaraq inkişaf etdirməkdir. Lakin yollarla bağlı problem bizim işmizə də təsir edir, problemlər yaradır.
Düzdür, velosiped yollarının salınması ilə bağlı son illər bizdə də işlərin görülməsinə başlanılıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən addımlar atılıb".

O bildirir ki, velosiped yolları şəbəkə şəklində olmalıdır: "Necə ki, yol ayrıcları kəsişir, velosiped yol ayrıcları da kəsişməlidir. Bundan başqa, duracaqlar yaradılmalıdır. Kiminsə şəxsi velosipedi yoxdursa, bir duracaqdan velosipedi götürüb digər duracaqda onu təhvil verə bilər. Ona görə də görülən işlərin tərkib hissəsi olaraq duaracaqlarla bağlı məsələ nəzərə alınmalıdır. Lakin qeyd edim ki, velosiped istifadəçilərinin sayı kifayət qədərdir. Duracaqların sayına gəldikdə isə konkret bir rəqəm açıqlamaq mümkün deyil".

"Qeyd edim ki, İDEA İctimai Birliyi tərəfindən bir müddətdir ki, şəhərin müəyyən yerlərində duracaqlar yaradıldı. Lakin bu duracaqların sayı çox azdır", - deyə P.Musayev əlavə edib.

Peşəkar velosipedçi, yaxın keçmişdə idmançı olaraq yarışlarda iştirak edən və hazırda təlimçi olaraq fəaliyyətini davam etdirən Vüqar Salahov müəyyən nüanslara toxunub: "Bir müddət öncəyədək velosiped bir idman növü kimi çox məşhurlaşdı, bununla məşğul olanlar da artdı. Həvəskarların da sayı artdı. İndi də nəqliyyat vasitəsi kimi istifadəçi sayı artdı. Velosipedçilər arasında hər yaşda olanlar olsa da, qeyd edim ki, gənclər - 21-35 yaşda olanlar daha çox üstünlük təşkil edir. Lakin yaşlı nəsil arasında da velosiped iştirakçılarının sayı kifayət qədərdir. Hətta iş adamları arasında da velosipedə maraq artıb. Onlar öz aralarında komandalar yaradırlar".
"Yollarda velosipedlə bağlı işarələr olsa da, təəssüflər olsun ki, bəzi sürücülər bunu nəzərə almırlar. Bəzən qəfil olaraq qapını açmaqla velosipedçinin yıxılması, əzilməsinə səbəb olurlar", - deyə o əlavə edib. 

© Sputnik / Anton Denisov / Mediabanka keçidVelosipedçilər Moskvada
Участники пятого Всероссийского Велопарада в Москве - Sputnik Azərbaycan
1/14
Velosipedçilər Moskvada
© AFP 2023 / Alain JocardVelosipedçi Parisdə
Девушка лежит на велосипеде в Париже  - Sputnik Azərbaycan
2/14
Velosipedçi Parisdə
© AFP 2023 / Georges GobetVelosipedçilər Brüssel küçələrində
Мужчины на велосипеде на улице в Брюсселе - Sputnik Azərbaycan
3/14
Velosipedçilər Brüssel küçələrində
© Sputnik / Zelma / Mediabanka keçidQızıl meydanda bədən tərbiyəsi paradı
Физкультурный парад на Красной площади. 1930 год - Sputnik Azərbaycan
4/14
Qızıl meydanda bədən tərbiyəsi paradı
© AP Photo / Ng Han GuanPanda kostyumu geyinən velosipedçi
Человек в костюме панды у велосипеда в Пекине  - Sputnik Azərbaycan
5/14
Panda kostyumu geyinən velosipedçi
© AFP 2023 / Joel SagetMusiqiçilər Rotterdamda
Музыканты на велосипеде в центре Роттердама - Sputnik Azərbaycan
6/14
Musiqiçilər Rotterdamda
© AFP 2023 / Brendan SmialowskiVelosipedçi Vaşinqtonda
Мужчина с велосипедом и собакой у здании суда в Вашингтоне  - Sputnik Azərbaycan
7/14
Velosipedçi Vaşinqtonda
© AFP 2023 / Nhac NguyenHanoyda gəlinlə bəy velosipeddə
A groom ferries his bride on a bicycle as they pose for wedding photographs on a street in Hanoi  - Sputnik Azərbaycan
8/14
Hanoyda gəlinlə bəy velosipeddə
© AFP 2023 / Carl de SouzaVelosiped instalyasiyası Braziliyada
Велосипедная инсталляция в Бразилии  - Sputnik Azərbaycan
9/14
Velosiped instalyasiyası Braziliyada
© Photo : Public domainVelosipedçilər Ağ Evin qarşısında
Четырехколесный велосипед 1886 года на фоне Белого дома - Sputnik Azərbaycan
10/14
Velosipedçilər Ağ Evin qarşısında
© AFP 2023 / BELGA / Eric Lalmand Taxta velosiped idarə edən Eddi Plankart dünya rekordu qırmağa cəhd edən zaman
Велосипедист из Бельгии Эдди Планкарт во время попытки побить мировой на деревянном велосипеде - Sputnik Azərbaycan
11/14
Taxta velosiped idarə edən Eddi Plankart dünya rekordu qırmağa cəhd edən zaman
© AFP 2023 / Bertrand GuayParisdə Jean-Paul Gaultier kolleksiyasının təqdimatı
Презентация коллекции Жана-Поля Готье в Париже  - Sputnik Azərbaycan
12/14
Parisdə Jean-Paul Gaultier kolleksiyasının təqdimatı
© AFP 2023 / Joe KlamarBraziliyalı futbol azarkeşləri Rostov Arena yaxınlığında üç metrlik velosiped sürürlər
Бразильские футбольные фанаты катаются на самодельном трехметровом тандемном велосипеде возле Ростов-Арены - Sputnik Azərbaycan
13/14
Braziliyalı futbol azarkeşləri Rostov Arena yaxınlığında üç metrlik velosiped sürürlər
© Sputnik / Владимир Астапкович / Mediabanka keçidAmsterdam küçələrindən birində velosiped
Велосипед на одной из улиц в Амстердаме - Sputnik Azərbaycan
14/14
Amsterdam küçələrindən birində velosiped
Xəbər lenti
0