Azərbaycan millisi yoldaşlıq görüşündə qalib gəldi

73
(Yenilənib 10:46 03.06.2021)
  • Azərbaycan yığmasının müdafiəçisi Azər Salahlı (qırmızı formada) və Belarus millisinin hücumçusu Maksim Skaviş
Azəbaycanın futbol üzrə milli yığma komandası Belarus paytaxtında minimal hesabla qələbə qazana bilib.

BAKI, 2 iyun — Sputnik. Futbol üzrə Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bitib. İkinci hissədə meydan sahiblərinin oyunçusu Maksim Skavış 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra oyuna Azərbaycan millisi daha fəal oynayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev qələbə qolunu vurub.

Bu Azərbaycan millisinin 2021-ci ildə qazandığı ilk qələbədir.

Belarus və Azərbaycan yığmaları bundan əvvəlki yoldaşlıq görüşünü 2018-ci ildə Bakıda keçiriblər. Həmin oyun qonaqların xeyrinə başa çatlb - 1:0.

Belarus paytaxtında U19 yığmaları arasında keçirilmiş qarşılaşma isə qolsuz başa çatıb.

Canni De Byazinin yetirmələri növbəti yoldaşlıq görüşünü iyunun 6-da Moldova yığmasına qarşı keçirəcəklər.

73
  • Azərbaycan yığmasının müdafiəçisi Azər Salahlı (qırmızı formada) və Belarus millisinin hücumçusu Maksim Skaviş
    © Sputnik / Viktor Tolochko

    Azərbaycan yığmasının müdafiəçisi Azər Salahlı (qırmızı formada) və Belarus millisinin hücumçusu Maksim Skaviş

  • © Sputnik / Viktor Tolochko

    Azərbaycan və Belarus millisinin yoldaşlıq görüşü zamanı

    Azərbaycan millisinin futbolçuları

Fotolent: Dünya hələ onlar üçün nağıldı: bu gün ölkə məktəblərində "Son zəng" çalındı

22
(Yenilənib 18:02 14.06.2021)
Düz bir il əvvəl koronavirus pandemiyası səbəbindən Bakı məktəblərində "Son zəng" mərasimi təxirə salındı və onlayn-formatda keçirildi. Amma bu il məzunlar orta məktəbi başa vurmalarını qeyd edə bildilər.

BAKI, 14 iyun — Sputnik. Düz bir il əvvəl koronavirus pandemiyası səbəbindən Bakı məktəblərində "Son zəng" mərasimi təxirə salındı və onlayn-formatda keçirildi. Amma bu il məzunlar orta məktəbi başa vurmalarını qeyd edə bildilər. Bakıdakı məktəblərdən birində "Son zəng" gününün necə keçdiyini fotolentimizdən izləyin.

"Son zəng" mərasimi, yəqin ki, hər birimizin məktəb həyatında ən unudulmaz günlərdən biridir. Həmin gün orta məktəbi başa vuran məzunlar müstəqil həyata qədəm qoyurlar. Emosiyalar aşıb daşır: valideynlər öz övladlarına baxıb sevinir, fərəhlənir, məktəblilər isə sevimli sinif yoldaşlarından və müəllimlərindən ayrılacaqları üçün kədərlənirlər. Və bütün bu hiss-həyəcan bayram əhval-ruhiyyəsində, musiqilərin, rəqslərin müşayiəti ilə, şirniyyat süfrəsi arxasında yaşanır.

Keçən il məktəb məzunları bu təntənədən məhrum oldular. Koronavirus pandemiyası səbəbindən tətbiq olunan xüsusi karantin rejimi məzunlara "Son zəng" gününü ürəkləri istədikləri kimi keçirməyə imkan vermədi. Amma bu ilin məzunlarının bəxti gətirdi, müəyyən məhdudiyyətlər olsa da, onlar məktəbə "Son zəng"lə vida edə bildilər.

Operativ Qərargahın təlimatına əsasən, "Son zəng" mərasimi açıq havada, ümumtəhsil müəssisəsinin həyətində, sosial məsafəyə əməl olunmaqla keçirilməli və bir saatdan artıq davam etməməlidir. Tədbirdə yalnız 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllimlər iştirak edə bilərlər.

Məzunlarının sayı 100 nəfərdən artıq olan məktəblərdə "Son zəng" iki mərhələdə və günün fərqli saatlarında keçirilməlidir.

22
  • © Sputnik / Murad Orujov

    Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

İsveçrə Uels komandalarının Bakıdakı oyunundan parlaq KADRLAR

21
(Yenilənib 23:10 12.06.2021)
İsveçrə və Uels komandalarının Avropa çempionatı çərçivəsində Bakıda keçirilən oyunu heç-heçə bitdi. Oyunun necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Bakıda planlaşdırılan AVRO-2020 - futbol üzrə Avropa çempionatının dörd oyunundan biri artıq baş tutdu.

Bakı Olimpiya stadionunda AVRO-2020-nin A qrupunun birinci mərhələsində İsveçrə və Uels üz-üzə gəldilər. 1:1 hesablı sülhlə bitən oyundan ən maraqlı, parlaq kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Bugünkü oyunun nəticələrinə görə, A qrupunda üç xalla italyanlar birincidirlər. Uels və İsveşrə hərəyə bir xal qazanıblar, xalsız Türkiyə isə cədvəlin sonuncu pilləsindədir.

21
  • © Sputnik / Murad Orujov

    Uels millisinin kapitanı Qaret Beyl (qırmızı formada) və İsveçrə komandasının müdafəçisi Rikardo Rodriqes Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında.

  • © Sputnik / Murad Orujov

    Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    İsveçrə millisinin müdafəçisi Rikardo Rodriqes (ağ fromada) və Uels komandasının futbolçusu Konor Robertson Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında.

  • © Sputnik / Murad Orujov

    Bakı Olimpiya Stadionunun tribunalarında Uels və İsveçrə yığmaları arasında keçirilən görüşü izləyən azarkeşlər.

  • © Sputnik / Murad Orujov

    Uels millisinin yaımmüdafiəçisi Aaron Remsi Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında.

  • © Sputnik / Murad Orujov

    İsveçrə yığmasının futbolçuları Uels komandasının qapısına vurduqları qolu qeyd edirlər.

  • © Sputnik / Murad Orujov

    Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Bakı Olimpiya Stadionunun tribunalarında Uels və İsveçrə yığmaları arasında keçirilən görüşü izləyən azarkeşlər.

  • © Sputnik / Murad Orujov

    Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Uels komandasının hücumçusu Kiffer Murun başla zərbəsindən sonra top İsveçrə millisinin qapısına daxil olur.

  • © Sputnik / Murad Orujov

    Uels yığmasının futbolçuları İsveçrə komandasının qapısına vurduqları qolu qeyd edirlər.

  • © Sputnik / Murad Orujov

    İsveçrə millisinin yarımmüdafiəçisi Remo Froyler (ağ fromada) və Uels komandasının futbolçusu Co Morrel Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında.

  • © Sputnik / Murad Orujov

    İsveçrə millisinin yarımmüdafiəçisi Qranit Caka (ağ fromada) və Uels komandasının futbolçusu Aaron Remsi Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında.

  • © Sputnik / Murad Orujov

    Uels komandasının futbolçusu Aaron Remsi (qırmızı formada) və İsveçrə yığmasının müdafiəçisi Niko Elvedi Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında.

  • © Sputnik / Murad Orujov

    İsveçrə yığmasının futbolçuları matçın 85-ci dəqiqəsində Uels komandasının qapısına ikinci dəfə yol tapsalar da, hakim oyundan kənar vəziyyət qeydə alıb.

  • © Sputnik / Murad Orujov

    Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Uels komandasının futbolçusu Co Allen (qırmızı formada) və İsveçrə yığmasının müdafiəçisi Niko Elvedi Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında.

  • © Sputnik / Murad Orujov

    Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında oyun epizodu.

Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0