Möhtəşəm final: Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı başa çatdı - foto

23
(Yenilənib 21:55 30.05.2021)
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı baş çatıb. Yarışların final günündən kadrları Sputnik Azərbaycanın fotolentində izləyə bilərsiniz.

Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatının son günündə kişilər arasında fərdi, qarışıq cütlük, qrup və aerodens proqramlarında final çıxışları baş tutub.

Kişilər arasında fərdi yarışda birinci yerə İspaniya təmsilçisi Miqel Mane layıq görülüb, ikinci yerdə rusiyalı gimnast Roman Semyonov, üçdə isə braziliyalı Lukas Barboza qərarlaşıb.

Qarışıq cütlük yarışlarında qızıl medala İtaliya idmançıları (Mikela Kastoldi və David Donati) sahib çıxıblar, gümüş medalı Macarıstan təmsilçiləri (Daniel Bali və Fanni Maçaz), bürünc medalı isə rusiyalı cütlük (Tatyana Konakova və Qriqori Şixaleyev) qazanıblar.

Qrup yarışlarında ilk yeri Rumınya komandası tutub, ikinci yerə Macarsıtan, üçüncü yerə isə İtaliya gimnastları layiq görülüblər.

Aerodens proqramında qızıl medalı Azərbaycan komandası qazanıb. Rusiyalı gimnastlar ikinci, Macarıstan idmançıları isə üçüncü olublar.

Qeyd edək ki, çempionat Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mövcüd karantin qaydalarına əsasən azarkeşlərsiz keçirilib.

23
  • © Sputnik / Murad Orujov

    Braziliyalı gimnast Lukas Barboza Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Azərbaycan idmançısı Vladimir Dolmatov Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Bolqarıstanlı idmançı Anton Papazov Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    İspaniyalı gimnast Miqel Mane Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında qarışıq cütlük proqramında Bolqarıstan idmançılarının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında qarışıq cütlük proqramında Macarıstan idmançılarının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Rusiyalı idmançılar Bakıda aerobika gimnastikası üzrə DÇ-nin qaliblərinin mükafatlandırma mərasimində.

  • © Sputnik / Murad Orujov

    Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında qarışıq cütlük proqramında Rusiya idmançılarının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında qarışıq cütlük proqramında Ukrayna idmançılarının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Aerodens proqramında qızıl medal qazanan Azərbaycan komandası mükafatlandırma mərasimində.

  • © Sputnik / Murad Orujov

    Azərbaycan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Finlandiya komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Macarıstan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    İtaliya komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Rumıniya komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Rumıniya komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Rusiya komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Rusiya komandası Bakıda aerobika gimnastikası üzrə DÇ-nin qaliblərinin mükafatlandırma mərasimində.

Adamı bihuş edən bənövşəyi gözəllik: Zaqataladakı lavanda plantasiyasından fotolar

4
(Yenilənib 19:08 23.06.2021)
Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.

Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Zaqatalada qeyri-adi gözəlliyə və ətrə malik lavanda sahələrini lentə alıb. Gürcüstan sərhədinə yaxın ərazidə, Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq və əlbəttə ki, fotoaparatın yaddaşına köçürmək üçün bura üz tuturlar.

Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınsa da, artıq yaxşı nəticə əldə etmək mümkün olub. Bu sahələrə giriş pulsuzdur.

Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib və 36 hektar ərazidə əkilib. İldə iki dəfə məhsul götürülür. Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

Zaqataladakı göz oxşayan lavanda plantasiyasından çəkilmiş fotolara Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

4
  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi.

  • © Sputnik / Ibrahim Hashimov

    Bu sahələrə giriş pulsuzdur.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi.

  • © Sputnik / Ibrahim Hashimov

    Lavanda Zaqatalada 36 hektar ərazidə əkilib.

  • © Sputnik / Ibrahim Hashimov

    Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınıb.

  • © Sputnik / Ibrahim Hashimov

    Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib

  • © Sputnik / Ibrahim Hashimov

    İldə iki dəfə məhsul götürülür.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi

  • © Sputnik / Ibrahim Hashimov

    Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

  • © Sputnik / Ibrahim Hashimov

    Yevlax-Zaqatala yolundakı lavanda tarlaları.

  • © Sputnik / Ibrahim Hashimov

    Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi

Qədim Alban irsinin daş yaddaşı fotolarda

323
(Yenilənib 16:45 23.06.2021)
Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

"Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhədd zolağı boyunca 25 km-dək uzanır. Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.

Burada 100-ə qədər ilkin və orta əsrlər dövrünə aid müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar yer alır. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

Qədim Alban irsinin yadigarı olan "Keşikçidağ" mağaralar kompleksində araşdırmalar, yalnız müstəqillik illərində mümkün olub. Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib. Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.

Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib. 2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Qoruq ərazisində olan ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılıb.

Keşikçidağ mağaralar kompleksindən çəkilən fotoları Sputnik Azərbaycan-ın fotolentindən izləyə bilərsiz.

323
  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi Gürcüstanla sərhəd zolağı boyunca 25 km-dək uzanır.

  • © Sputnik / Ilham Mustafa

    Mağaralar komoleksi Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da onlarla müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar var.

  • © Sputnik / Ilham Mustafa

    Bu mağaraların əksəriyyəti ilkin və orta əsrlər dövrünə aiddir.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksində mağara.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksində mağaraya giriş.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da bəzi təbii mağaraların yaşı iki min ildən çoxdur.

  • © Sputnik / Ilham Mustafa

    Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

  • © Sputnik / Ilham Mustafa

    Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib.

  • © Sputnik / Ilham Mustafa

    Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.

  • © Sputnik / Ilham Mustafa

    Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da Ali Baş komandan İlham Əliyevin adına zirvə.

  • © Sputnik / Ilham Mustafa

    2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

Milli Məclisin

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

0
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyinə 12 məsələ daxil edilib

BAKI, 23 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, toplantının gündəliyinə 12 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, iyun ayının 22-də Milli Məclisin növbədənkənar iclası keçirilib və 14 məsələ müzakirə edilib.

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

0