Biz finaldayıq: Aerobika gimnastikası üzrə dünya çempionatında ikinci gün - FOTOLAR

61
Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı davam edir. Yarışların ikinci günündən maraqlı kadrları Sputnik Azərbaycanın fotolentində izləyə bilərsiniz.

Çempionatın ikinci günündə təsnifat yarışları davam edib, həmçinin aerostep proqramında final çıxışları baş tutub.

Aerostep proqramında birinci yeri Rusiya komandası qazanıb, ikinci yerdə Ukrayna, üçdə isə İtaliya qərarlaşıb. Üçlük proqramında birinci yeri Bolqarıstan təmsilçiləri (Antonio Papzov, Darina Paşova və Tixomir Barotev), ikinci yeri Macarıstan idmançıları (Daniel Bali, Fanni Mazaç və Balaj Farkas), üçüncü yeri isə Rumıniya gimnastları (Teodora Kuku, Daniel Tavok və David Qavriloviçi) tutublar.

Qadınlar arasında fərdi proqramda qızıl medala Türkiyə təmilçisi Ayşa Onbaşi layiq görülüb, gümüş medalın sahibi Darina Paşova (Bolqarıstan) olub, bürünc medala isə Rusiya idmançısı Darya Tixonova sahib çıxıb.

Azərbaycan komandası, həmçinin fərdi yarışlarda Azərbaycan gimnastı Vladimir Dolmativ sabah keçiriləcək finala vəsiqə qazanıblar.

Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans və aerostep proqramlarında yarışacaqlar.

Qeyd edək ki, yarış Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mövcüd karantin qaydalarına əsasən azarkeşlərsiz keçirilir.

61
  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında rusiyalı gimnast Darya Tixonovanın çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Azərbaycan idmançısı Vladimir Dolmatovun çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında italiyalı gimnast Anna Bullonun çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Ukrayna idmançısı Stanislav Halaidinin çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Rusiyalı gimnast Roman Semyonovun çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Azərbaycan komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Braziliya komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Bolqarıstan komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Fransa komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Macarıstan komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında İtaliya komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Rusiya komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Fransa komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Portuqaliya komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında aerostep proqramında Rusiya komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Tailand komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda aerobika üzrə 16-cı dünya çempionatında Ukrayna komandasının çıxışı.

Bakıda İran prezidentinə səsvermə necə keçir - FOTO

18
Bakıdakı İran vətəndaşları yeni prezidentlərinə İran İslam Respublikası Səfirliyinin nəzdindəki Təhsil Kompleksinin binasında səs verirlər.

BAKI, 18 iyun — Sputnik.  Azərbaycan paytaxtında İranın 13-cü prezident seçkisinə səsvermənin necə baş tutuduğunu Sputnik Azərbaycanın fotolentindən izləyin.

İranda ölkə tarixində on üçüncü prezident seçkisi keçirilir. Bu ölkənin Seçki Qərargahından verilən məlumata görə, səsvermədə 59,3 milyon İran vətəndaşının iştirak edəcəyi gözlənilir.

Cümə günü, səhər saat 10:00-dan etibarən İranın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə səsvermə iki seçki məntəqəsində – Bakı və Naxçıvanda başladı. İranlılar Bakıda İran İslam Respublikası Səfirliyinin nəzdindəki Təhsil Kompleksinin Xətai rayonu, 8 Noyabr prospekti- 14 ünvanında yerləşən binasında səs verirdilər. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilk səs verənlərin arasında idi.

Naxçıvanda isə seçki məntəqəsi İranın muxtar respublikadakı konsulluğunda, Atatürk-13 ünvanında təşkil edilib.

İran Konstitusiya Mühafizləri Şurası 26 may tarixində İslam Respublikasının prezidentliyi uğrunda mübarizə aparmağa layiq 592 namizəd arasından seçilmiş yeddi namizədin siyahısını açıqlayıb. Onlardan beşi mühafizəkarların, ikisi isə islahatçıların nümayəndəsidir.

Seçki kampaniyasının son günü iki namizəd – mühafizəkarlardan Əlireza Zəkani və islahatçıların iki təmsilçisindən biri - Möhsen Mehralızadə prezidentlik uğrunda mübarizədən geri çəkilmək barədə qərarını açıqlayıb.

18
  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

  • © Sputnik / Murad Orujov

    İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

"Kral klubu"nun əfsanəsi getdi: Ramosun ən yaddaqalan şəkilləri

24
(Yenilənib 10:04 19.06.2021)
Yenidən nə vaxtsa "kral klubu"na qayıdacağına inandığını söyləyən təcrübəli oyunçu azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib.

İspaniyanın "Real Madrid" futbol komandası kapitan Serxio Ramosla yollarını ayırıb.

Klub 35 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini uzatmayıb. Yenidən nə vaxtsa "kral klubu"na qayıdacağına inandığını söyləyən təcrübəli oyunçu azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib. O, doğma klubunun daim ürəyində qalacağını bildirib.

Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"də çıxış edən Serxio Ramos bu komandanın heyətində beşqat İspaniya çempionu olub, 4 dəfə ölkə Superkubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb. Həmçinin 2 dəfə İspaniya kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.

İspaniyanın "Real Madrid" futbol komandası kapitan Serxio Ramosun ən yaddaqalan kadrları Sputnik Azərbaycan-ın fotolentində.

24
  • © AP Photo / DIEGO G. SOUTO

    Serxio Ramos 1 sentyabr 2005-ci ildə futbol klubuna yeni oyunçu kimi təqdimatı zamanı yeni formasını tutduğunu göstərir.

  • © AP Photo / Francisco Seco

    Serxio Ramos Real Madrid FK-da müdafiəçi olmağına baxmayaraq çox zaman qollar vurub.

  • © REUTERS / Sergio Perez

    2005-ci ildə Ramos 27 milyon avro qarşılığında Sevilyadan Real Madridə transfer olunub.

  • © REUTERS / Kai Pfaffenbach

    Ramoş Real Madrid FK ilə 2 dəfə Çempionlar Liqasını qazanıb.

  • © AP Photo / Manu Fernandez

    Madridin Bernabeu stadionunda "Real Madrid" ilə "Barcelona" arasında oynanan matçda "Barcelona" hücumçusu Lionel Messi və "Real" müdafiəçisi Sergio Ramos.

  • © AP Photo / Bernat Armangue

    "Real Madrid"də çıxış edən Serxio Ramos bu komandanın heyətində beşqat İspaniya çempionu olub, 4 dəfə ölkə Superkubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb.

  • © AP Photo / Alastair Grant

    İspaniyanın "Real Madrid" futbol komandası kapitan Serxio Ramos oyun zamanı haqsılıq görəndə hakimlərlə mübahisə edirdi.

  • © AP Photo / Manu Fernandez

    "Real Madrid" komandasının oyunçuları Çempionlar liqasındakı qələbəni qeyd edir.

  • © AFP 2021 / CURTO DE LA TORRE

    "Kral klubun"un kapiatnı çılğınlığı ilə də seçilirdi. Bu şəkildə "Barcelona"-nın hücumçusu Lionel Messi və "Real" müdafiəçisi Serxio Ramos necə deyərlər "kəllə-kəlləyə" gəlib.

  • © AP Photo / Daniel Ocho de Olza

    "Real Madrid"in futbolçusu Serxio Ramos Çempionlar liqasında qələbə qazndığından sonra qazandıqdan sonra Sibeles meydanına gələrkən tanrıça Kibelanın boynuna Real Madrid bayrağını bağlayır.

  • © REUTERS / SUSANA VERA

    Serxio Ramos "Real Madrid"-i tərk edən zaman.

  • © AFP 2021 / GLYN KIRK

    İspaniyanın "Real Madrid" futbol komandasının keçmiş kapitanl Serxio Ramos.

 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

64
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

64