"Saharanın gözü": Yer kürəsi necə Marsa çevrilir - FOTOLENT

54
(Yenilənib 06:05 28.05.2021)
Fransız astronavt Tomas Peskenin çəkdiyi fotolar bəlkə də bəlkə də itmiş mifik Atlantida məsələsinə bir aydınlıq gətirəcək.

Astronavt Tomas Peske öz Twitter hesabında kosmosda çəkilən "Böyük Səhranın (Saharanın) gözü" fotolarını paylaşıb. Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, şəkillər Qırmızı planet - Marsın səthini xatırladır.

"Saharanın gözü" və həmçinin Rişat strukturu adı ilə tanınan geoloji möcüzə Böyük Səhranın Mavritaniyaya aid hissəsində Uadan yaşayış məntəqəsinə yerləşir.

Hazırda Beynəlxalq Kosmik Stansiyada işləyən Tomas Peske Rişat strukturunun bir neçə fotosunu lentə alıb. Fotolarda üfüqə uzanan qırmızı-narıncı mənzərə izləyiciləri cəlb edib. Peske qeyd edir ki, onlar bu yerin üzərindən keçərkən, elə təəssürat yaranırdı ki, sanki Mars üzərindən uçurusan.

Ehtimal var ki, bu rayon mifoloji xalqın torpağı olub. 2018-ci ildə YouTube blogeri Cimmi Brayt bəyan edib ki, Atlantidanın ən çox ehtimal edilən mövcud yeri məhz Rişat strukturudur. Lakin bu nəzəriyyə sübuta yetirilməyib.

54

Yay məktəbində bir gün - FOTOLENT

27
(Yenilənib 15:38 22.06.2021)
Təhsil Nazirliyi bir il ərzində pandemiya səbəbindən tədris prosesində yaranan boşluqları aradan qaldırmaq üçün orta ümumtəhsil məktəblərində "Yay məktəb"ləri təşkil edib.

İyunun 16-dan ödənişsiz və könüllü əsaslarla təşkil olunan "Yay məktəb"ləri 2 həftə müddətində davam edəcək. "Yay məktəbi"ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə isə tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənn üzrə məşğələlər təşkil olunur. "Yay məktəb" ləri iyunun 30-da başa çatır.

Onu da qeyd edək ki, Təhsil Nazirliyi "Yay məktəbi"inin təşkil edilməsi ilə bağlı sorğu keçirib. Bu sorğuda iştirak edən respondentlərin 44%-i təşəbbüsə müsbət rəy bildirib. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi" keçirilir.

Sputnik Azərbaycan-n həmin məktəblərdən birində, Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseydə "Yay məktəb"inin necə təşkil edildiyini izləyib.

27
  • © Sputnik / Murad Orujov

    Şagirdlər Bakıda 49 №li "İntellekt" məktəb-liseydə təşkil edilən "Yay məktəbi"ndə.

  • © Sputnik / Murad Orujov

    "Yay məktəbi"nin iştirakçısı öz əl işini nümayiş etdirir.

    Şagirdlər Bakıda 49 №li "İntellekt" məktəb-liseydə təşkil edilən "Yay məktəbi"ndə oynayırlar.

İsveçrə -Türkiyə matçından göz oxşayan görüntülər

53
(Yenilənib 23:54 20.06.2021)
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Sputnik Azərbaycan-ın fotomüxbiri bu matçın unudulmaz anlarını fotokamerasının yaddaşına köçürüb. Həmin fotoların bir hissəsi bizim fotolentdə.

53
  • © Sputnik / Murad Orujov

    İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Bakıda fəhlə iş zamanı, arxiv şəkli

İşçilərini bu havada işlədənlər yüksək məbləğdə cərimələnəcəklər

0
(Yenilənib 13:19 23.06.2021)
Dövlət Əmək Müfəttişliyi Xidməti bu havada sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesinin ya dayandırılmalı, ya da fasilə verilməli olduğunu bildirib.

BAKI, 23 iyun — Sputnik. Dövlət Əmək Müfəttişliyi Xidməti isti hava şərtləri ilə bağlı sahibkarlara xəbərdarlıq edib. Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyib ki, həddindən artıq isti havada işçilərini işlədən və bu barədə qanunvericiliyin tələblərini pozan işəgötürənləri cərimələr gözləyir.  

Qeyd edək ki, bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

İyunun 23-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Dövlət Əmək Müfəttişliyi Xidməti açıq havada, yaxud sərinləşdirici qurğular olmayan yerdə işçiləri işlətməyə cəhd göstərən sahibkarlara xəbərdarlıq etmək məcburiyyətində qalıb.  

Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyib ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir: "Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir".

Xidmətin rəisi onu da əlavə edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Sputnik Azərbaycan-a açıqlamasında hava şəraiti ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.

Sutkalıq temperatur normadan xeyli yüksək olduğu üçün və anomal istilərlə əlaqədar açıq havada olanlar ehtiyatlı davranmalıdırlar. Xidmət rəisi deyib ki, onlara açıq havada kölgəli yerlərdə olmaları tövsiyə edilir: "Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur", - deyə U.Tağıyeva bildirib.

0