Məşhurlar onların məzun günü - FOTOLENT

29
Sovet dönəmində orta məktəblərdə "Son zəng" günü mayın 25-də keçirilirdi və unudulmaz bir xatirəyə çevrilirdi.

May və iyun aylarında Azərbaycanda və dünyada məktəblərdə son zənglər çalınır, məzun günləri keçirilir.

Müxtəlif məktəblərdə şagirdlər məzun olurlar və tələbə kimi gələcək həyatlarına ilk addımlarını atırlar.

Gələcəkdə məşhur olan şəxslər də, bu yoldan keçiblər, məzun günündə parlayıblar. Onlardan bəziləri keçən müddət ərzində demək olar ki, dəyişməyiblər, bəzilərini isə arxiv fotolarda tanımaq belə çətindir.

Bir çox məşhurun məzun günü şan-şöhrətdən əvvəl olub. Tanınmışların məzun günlərindən illər sonra fotoları onların pərəstişkarlarının üzündə təbəssüm oyadır.

Sputnik Azərbaycanın fotolentində bəzi məşhur siyasətçi, aktrisa və modellərin məzun günündən fotolarını izləyə bilərsiniz.

29
  • © AFP 2021 / Obama for America

    ABŞ Prezidentliyinə namizəd Barak Obama məktəbdə məzun günündə, 1979-cu il.

  • © AP Photo / Jack Kanthal

    Aktrisa Bruk Şilds Printson Universitetində məzun günündə, 1987-ci il.

  • © AFP 2021 / HO / Yukio Hatoyama

    Yaponiyanın gələcək Baş naziri Yukio Xatoyama Stenford Universitetində məzun günündə, 1971-ci il.

  • Model Kayli Cenner məzun günündə.

  • © AFP 2021 / John G. Mabanglo

    Norveçin vəliəhd şahzadəsi Hokon Kaliforniya Universitetində diplomların təqdimetmə mərasimində, 1999-cu il.

  • © AP Photo / Harold Matosian

    Aktrisa Elizabet Teylor rəfiqələri ilə birgə Los-Ancelesdə məzun günündən əvvəl, 1950-ci il.

  • © AFP 2021 / Jamal Wilson

    İspaniyalı şahzadə Filipp Corctaun Universitetində, 1995-ci il.

  • © AP Photo / Michael Dunlea/Daily Mail/NPA pool

    Şahzadə Uilyamın rəfiqəsi Ketrin Middlton Şotlandiyada məzun günündən sonra, 2005-ci il.

  • © AP Photo / Matt Dunham

    Britaniyalı şahzadə Uilyam Şotlandiyada məzun günündən sonra, 2005-ci il.

  • © AFP 2021 / The White House

    ABŞ Prezidenti Bil Klinton həyat yoldaşı Hilari və qızı Çelsi iulə Vaşinqtonda məzun günündə, 1997-ci il.

Adamı bihuş edən bənövşəyi gözəllik: Zaqataladakı lavanda plantasiyasından fotolar

91
(Yenilənib 19:08 23.06.2021)
Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.

Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Zaqatalada qeyri-adi gözəlliyə və ətrə malik lavanda sahələrini lentə alıb. Gürcüstan sərhədinə yaxın ərazidə, Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq və əlbəttə ki, fotoaparatın yaddaşına köçürmək üçün bura üz tuturlar.

Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınsa da, artıq yaxşı nəticə əldə etmək mümkün olub. Bu sahələrə giriş pulsuzdur.

Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib və 36 hektar ərazidə əkilib. İldə iki dəfə məhsul götürülür. Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

Zaqataladakı göz oxşayan lavanda plantasiyasından çəkilmiş fotolara Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

91
  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi.

  • © Sputnik / Ibrahim Hashimov

    Bu sahələrə giriş pulsuzdur.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi.

  • © Sputnik / Ibrahim Hashimov

    Lavanda Zaqatalada 36 hektar ərazidə əkilib.

  • © Sputnik / Ibrahim Hashimov

    Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınıb.

  • © Sputnik / Ibrahim Hashimov

    Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib

  • © Sputnik / Ibrahim Hashimov

    İldə iki dəfə məhsul götürülür.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi

  • © Sputnik / Ibrahim Hashimov

    Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

  • © Sputnik / Ibrahim Hashimov

    Yevlax-Zaqatala yolundakı lavanda tarlaları.

  • © Sputnik / Ibrahim Hashimov

    Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi

Qədim Alban irsinin daş yaddaşı fotolarda

343
(Yenilənib 16:45 23.06.2021)
Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

"Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhədd zolağı boyunca 25 km-dək uzanır. Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.

Burada 100-ə qədər ilkin və orta əsrlər dövrünə aid müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar yer alır. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

Qədim Alban irsinin yadigarı olan "Keşikçidağ" mağaralar kompleksində araşdırmalar, yalnız müstəqillik illərində mümkün olub. Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib. Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.

Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib. 2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Qoruq ərazisində olan ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılıb.

Keşikçidağ mağaralar kompleksindən çəkilən fotoları Sputnik Azərbaycan-ın fotolentindən izləyə bilərsiz.

343
  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi Gürcüstanla sərhəd zolağı boyunca 25 km-dək uzanır.

  • © Sputnik / Ilham Mustafa

    Mağaralar komoleksi Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da onlarla müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar var.

  • © Sputnik / Ilham Mustafa

    Bu mağaraların əksəriyyəti ilkin və orta əsrlər dövrünə aiddir.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksində mağara.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksində mağaraya giriş.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da bəzi təbii mağaraların yaşı iki min ildən çoxdur.

  • © Sputnik / Ilham Mustafa

    Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

  • © Sputnik / Ilham Mustafa

    Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib.

  • © Sputnik / Ilham Mustafa

    Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.

  • © Sputnik / Ilham Mustafa

    Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da Ali Baş komandan İlham Əliyevin adına zirvə.

  • © Sputnik / Ilham Mustafa

    2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

İmza, arxiv şəkli

"Mediasiya haqqında" qanuna dəyişiklik edilir

0
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Bir sıra qanunlara dəyişikliklərə baxılıb

BAKI, 23 iyun — Sputnik. İyunun 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclası açan Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə 4 qanun layihəsi daxil edilib. Diqqətə çatdırılıb ki, birinci məsələ - "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlarda və "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Dəyişikliyə əsasən adları sadalanan orqanlarda qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir. Həmçinin həmin şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq nəzərə alınır.

İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə olunub.

Məlumat verilib ki, təqdim edilən dəyişikliklər "Mediasiya haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb.

Belə ki, həmin Qanunun 39-cu maddəsində kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak, o cümlədən ilkin və sonrakı mediasiya sessiyaları ilə bağlı məsələləri tənzimləyən hüquqi normaların 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Təqdim edilən dəyişikliklər yuxarıda qeyd edilən məsələlərin icrası ilə əlaqədardır və uyğunlaşdırma xarakterlidir.

Sonra Əli Hüseynli gündəliyin üçüncü məsələsi - "Mediasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu barədə məlumat verib. Bildirib ki, "Mediasiya haqqında" Qanunun müvafiq maddələrinə təklif edilən dəyişikliklər qanunun təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Onlayn iclasda iştirak edən Mediasiya Şurasının sədr əvəzi Ruslan Mirzəyev ölkəmizdə mediatorların hazırlanması prosesi, mediasiya institutunun fəaliyyətinin təmin olunması üçün görülən işlər barədə məlumat verib.

Çıxış edən komitə üzvləri – Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov və Tahir Kərimli mediasiya institutunun mübahisələrin həllindəki rolu və bununla əlaqədar qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər.

İclasda "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də ikinci oxunuşda baxılıb. Bildirilib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.

İclasın sonunda gündəlikdəki 4 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

0