Həftənin fotoları: hava limanındakı mumiya, dünya gözəlləri çimərlikdə gizlənənlər

967
(Yenilənib 11:41 23.05.2021)
Ötən yeddi gün ərzində planetdə nə baş verdiyi ilə tanış olmaq üçün fotolentimizə nəzər salmaq kifayətdir.

Başa çatmaqda olan həftə ərzində planetin fərqli yerlərində müxtəlif hadisə və olaylar baş verib.

Fələstin və İsrail arasında qarşılıqlı raket atəşləri davam edib və nəhayət mayın 21-nə keçən gecə tərəflər atəşkəsə imza atblar.

Rotterdamda "Eurovision-2021" musiqi müsabiqəsi keçirilib. Azərbaycan təmsilçisi Samirə Əfəndi 20-ci yeri tutub.

Sputnik Azərbaycan-ın hər həftə təqdim etdiyi yekun fotolentdə ötən həftənin ən yaddaqalan, maraqlı hadisələri əks olunur.

967
  • © AFP 2021 / Angela Weiss

    Manhettendə nümayişçilər Suriya və Fələstin bayraqları ilə

  • © AFP 2021 / Bulent Kilic

    Fanatlar "Beşiktaş"ın Türkiyə çempionu olmasını qeyd edirlər

  • © AFP 2021 / Filippo Monteforte

    Külək Papa I Fransiski hansısa bir film qəhrəmanına bənzədib

  • © REUTERS / Michele Tantussi

    İlon Maskda Almaniyada Tesla-nın fabrikinin tikintisinə baxmağa gedərkən

  • © AFP 2021 / Louisa Gouliamaki

    Krit adasındakı Falaserna çimərliyində qadın

  • © REUTERS / Mohamed Abd El Ghany

    Qahirənin beynəlxalq hava limanındakı yeni muzeydə mumiya

  • © REUTERS / Suhaib Salem

    İsrailin zərbələrinə görə evlərini tərk etmiş fələstinli uşaqlar məktəbin pəncərəsindən baxırlar

  • © AP Photo / Edmar Barros

    Braziliyanın Anama şəhərində oğlan su basmış küçədə

  • © AP Photo / Bernat Armangue

    İspaniya mülki qvardiyasının nümayəndəsi sahildə mərakeşli miqranları gözləyərkən

  • © AFP 2021 / Sujit Jaiswal

    Mumbaidə Tauktae qasırğası sahilə hücum edir

  • © REUTERS / Ashraf Abu Amrah

    Qəzzada KİV ofisləri yerləşən Əl-Cala binası

  • © AFP 2021 / Jean-Philippe Ksiazek

    Zoopark sahibi Pyer Tiviyon şimpanze ilə

  • © AFP 2021 / Raul Arboleda

    Kolumbiyada prezident əleyhinə etiraz aksiyası zamanı artistlərin çıxışı

  • © REUTERS / Henry Nicholls

    Londonda aksiya zamanı nümayişçinin reaksiyası

  • © REUTERS / Sarah Meyssonnier

    Eyfel qülləsinin qarşısındakı meydanda nəhəng rəsm əsərininin üzərinə poza verir

  • © Sputnik / Ilya Naimushin

    Pelikan Tanya Krasnoyarskda parkdakı gölün sahilində qadının əlindəki balığı tutur

  • © AFP 2021 / Katharine Lotze / Getty Images

    Arizonalı Lillian Lou Kalifoniya universitetində keçirilən yüngül atletika yarışında

  • © AP Photo / Valerie Gache

    Yunanıstanda Korinf yaxınlığındakı Sxinos kəndində meşə yanğını

  • © REUTERS / Amit Dave

    Hindistanın Qucarat ştatında qadınlar Tauktae qasırğasından sonra xilas etdikləri əşyalarını aparırlar

  • © AP Photo / Peter Dejong

    Kiprli müğənni Elena Saqrianu "Eurovision" müsabiqəsində fotoqraflarrın qarşısında

  • © AFP 2021 / Gideon Markowicz

    Təl-Əvivdə çimərlikdəkilər raket zərbələrindən gizlənirlər

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    Meksikalı Andrea Meza "Kainat gözəli 2021" tacını alır

  • © AFP 2021 / Juan Barreto

    Kolumbiyada prezident əleyhinə aksiyanın iştirakçısı

  • © AFP 2021 / Azwar Ipank

    İndoneziyada Ramazan bayramından sonra yaranmış zibillikdə inək otaran çoban

Adamı bihuş edən bənövşəyi gözəllik: Zaqataladakı lavanda plantasiyasından fotolar

727
(Yenilənib 19:08 23.06.2021)
Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.

Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Zaqatalada qeyri-adi gözəlliyə və ətrə malik lavanda sahələrini lentə alıb. Gürcüstan sərhədinə yaxın ərazidə, Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq və əlbəttə ki, fotoaparatın yaddaşına köçürmək üçün bura üz tuturlar.

Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınsa da, artıq yaxşı nəticə əldə etmək mümkün olub. Bu sahələrə giriş pulsuzdur.

Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib və 36 hektar ərazidə əkilib. İldə iki dəfə məhsul götürülür. Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

Zaqataladakı göz oxşayan lavanda plantasiyasından çəkilmiş fotolara Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

727
  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi.

  • © Sputnik / Ibrahim Hashimov

    Bu sahələrə giriş pulsuzdur.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi.

  • © Sputnik / Ibrahim Hashimov

    Lavanda Zaqatalada 36 hektar ərazidə əkilib.

  • © Sputnik / Ibrahim Hashimov

    Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınıb.

  • © Sputnik / Ibrahim Hashimov

    Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib

  • © Sputnik / Ibrahim Hashimov

    İldə iki dəfə məhsul götürülür.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi

  • © Sputnik / Ibrahim Hashimov

    Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

  • © Sputnik / Ibrahim Hashimov

    Yevlax-Zaqatala yolundakı lavanda tarlaları.

  • © Sputnik / Ibrahim Hashimov

    Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi

Qədim Alban irsinin daş yaddaşı fotolarda

405
(Yenilənib 16:45 23.06.2021)
Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

"Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhədd zolağı boyunca 25 km-dək uzanır. Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.

Burada 100-ə qədər ilkin və orta əsrlər dövrünə aid müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar yer alır. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

Qədim Alban irsinin yadigarı olan "Keşikçidağ" mağaralar kompleksində araşdırmalar, yalnız müstəqillik illərində mümkün olub. Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib. Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.

Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib. 2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Qoruq ərazisində olan ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılıb.

Keşikçidağ mağaralar kompleksindən çəkilən fotoları Sputnik Azərbaycan-ın fotolentindən izləyə bilərsiz.

405
  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi Gürcüstanla sərhəd zolağı boyunca 25 km-dək uzanır.

  • © Sputnik / Ilham Mustafa

    Mağaralar komoleksi Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da onlarla müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar var.

  • © Sputnik / Ilham Mustafa

    Bu mağaraların əksəriyyəti ilkin və orta əsrlər dövrünə aiddir.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksində mağara.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksində mağaraya giriş.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da bəzi təbii mağaraların yaşı iki min ildən çoxdur.

  • © Sputnik / Ilham Mustafa

    Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

  • © Sputnik / Ilham Mustafa

    Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib.

  • © Sputnik / Ilham Mustafa

    Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.

  • © Sputnik / Ilham Mustafa

    Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da Ali Baş komandan İlham Əliyevin adına zirvə.

  • © Sputnik / Ilham Mustafa

    2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

Bakıda kişi gülləri sulayır, arxiv şəkli

Temperatur getdikcə yüksəlir - Sabaha anomal hava?

0
(Yenilənib 14:59 24.06.2021)
Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir.

BAKI, 24 iyun — Sputnik. İyunun 25-də gözlənilən hava şəraiti açıqlanıb. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, bəzi yerlərdə 41, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

İyunun 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva da ötən gün Sputnik Azərbaycan-a açıqlamasında anomal istilərlə bağlı xəbərdaqlıq edib. O bildirib ki, həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.

0
Teqlər:
Bakı, Azərbaycan, anomal isti, isti, temperatur