фн1405

Ötən həftənin fotoları: bayram namazı, Tel-Əvivdə uçan raketlər, dənizdə yoqa

54
(Yenilənib 14:46 18.05.2021)
Sputnik Azərbaycan ötən həftə dünya xəbər agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoları oxuculara təqdim edir.

Ötən həftə planetin müxtəlif guşələrində fərqli hadisələrlə yadda qaldı.

Dünya faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etdi. Müxtəlif ölkələrdə bayram tədbirləri keçirildi, Moskvada Qızıl Meydanda isə möhtəşəm Zəfər paradı düzənləndi.

Müsəlmanlar orucluq ayının başa çatmasını simvolizə edən Ramazan bayramını qeyd etdilər.

Ötən həftə Yaxın Şərqdə vəziyyət kəskinləşdi, Fələstin-İsrail münaqişəsinin son illərdəki ən irimiqyaslı toqquşması baş verdi. Bir neçə gün ərzində yerli qarşıdurmalar münaqişələrə və qiyamlara çevrildi.

Keçən həftə dünyada yaşananları bir daha xatırlamaq üçün sizi planetin müxtəlif guşələrində fotoaparatların yaddaşına həkk olunmuş şəkillərə baxmağa dəvət edirik.

Dünya xəbər agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotolar – Sputnik Azərbaycanın fotolentində.

54
  • © AFP 2021 / Sanjay Kanojla

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Attila Kisbenedek

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Anas Baba

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Thomas Samson

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Joaquin Sarmiento

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Joaquin Sarmiento

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Jack Guez

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Patrick Van EMST / ANP

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © REUTERS / Stoyan Nenov

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Kirill Kudryavtsev

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © REUTERS / Luis Echeverria

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Valentin Bianchi

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Luis Robayo

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Chris Jackson

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Jean-Francois Badias

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © REUTERS / Mohammed Salem

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Yasuyoshi Chiba

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Alessandra Tarantino

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Khalil Mazraawi

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Noel Celis

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Roslan Rahman

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © Sputnik / Roman Makhmutov

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Aamir QURESHI

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Ibrahim Chalhoub

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Michael Dantas

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Muhammad Sajjad

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Andrew Harnik

    Həftənin ən parlaq şəkillərdən biri.

Adamı bihuş edən bənövşəyi gözəllik: Zaqataladakı lavanda plantasiyasından fotolar

221
(Yenilənib 19:08 23.06.2021)
Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.

Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Zaqatalada qeyri-adi gözəlliyə və ətrə malik lavanda sahələrini lentə alıb. Gürcüstan sərhədinə yaxın ərazidə, Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq və əlbəttə ki, fotoaparatın yaddaşına köçürmək üçün bura üz tuturlar.

Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınsa da, artıq yaxşı nəticə əldə etmək mümkün olub. Bu sahələrə giriş pulsuzdur.

Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib və 36 hektar ərazidə əkilib. İldə iki dəfə məhsul götürülür. Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

Zaqataladakı göz oxşayan lavanda plantasiyasından çəkilmiş fotolara Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

221
  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi.

  • © Sputnik / Ibrahim Hashimov

    Bu sahələrə giriş pulsuzdur.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi.

  • © Sputnik / Ibrahim Hashimov

    Lavanda Zaqatalada 36 hektar ərazidə əkilib.

  • © Sputnik / Ibrahim Hashimov

    Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınıb.

  • © Sputnik / Ibrahim Hashimov

    Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib

  • © Sputnik / Ibrahim Hashimov

    İldə iki dəfə məhsul götürülür.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi

  • © Sputnik / Ibrahim Hashimov

    Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

  • © Sputnik / Ibrahim Hashimov

    Yevlax-Zaqatala yolundakı lavanda tarlaları.

  • © Sputnik / Ibrahim Hashimov

    Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi

Qədim Alban irsinin daş yaddaşı fotolarda

359
(Yenilənib 16:45 23.06.2021)
Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

"Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhədd zolağı boyunca 25 km-dək uzanır. Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.

Burada 100-ə qədər ilkin və orta əsrlər dövrünə aid müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar yer alır. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

Qədim Alban irsinin yadigarı olan "Keşikçidağ" mağaralar kompleksində araşdırmalar, yalnız müstəqillik illərində mümkün olub. Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib. Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.

Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib. 2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Qoruq ərazisində olan ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılıb.

Keşikçidağ mağaralar kompleksindən çəkilən fotoları Sputnik Azərbaycan-ın fotolentindən izləyə bilərsiz.

359
  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi Gürcüstanla sərhəd zolağı boyunca 25 km-dək uzanır.

  • © Sputnik / Ilham Mustafa

    Mağaralar komoleksi Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da onlarla müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar var.

  • © Sputnik / Ilham Mustafa

    Bu mağaraların əksəriyyəti ilkin və orta əsrlər dövrünə aiddir.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksində mağara.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksində mağaraya giriş.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da bəzi təbii mağaraların yaşı iki min ildən çoxdur.

  • © Sputnik / Ilham Mustafa

    Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

  • © Sputnik / Ilham Mustafa

    Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib.

  • © Sputnik / Ilham Mustafa

    Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.

  • © Sputnik / Ilham Mustafa

    Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ"da Ali Baş komandan İlham Əliyevin adına zirvə.

  • © Sputnik / Ilham Mustafa

    2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

  • © Sputnik / Ilham Mustafa

    "Keşikçidağ" mağara-məbədlər kompleksi.

Нападающий сборной Португалии Криштиану Роналду радуется голу

Ronaldu yığma komandaların heyətində vurulan qollara görə dünya rekordunu təkrarladı

0
(Yenilənib 01:15 24.06.2021)
Milli komandaların ən yaxşı snayperlərinin sıyahısında ilk sıraya yüksəlmək üçün Kriştianuya bir qol vurmaq kifayətdir.

Hücumçu Kriştianu Ronaldu Portuqaliya yığmasının heyətində 109-cu qolunu vurub və milli komandaların heyətində vurulmuş qolların sayına görə dünya rekordunu təkrarlayıb.

36 yaşlı portuqaliyalı Avropa çempionatında Fransaya qarşı oyunda penaltilərdən özünün 108-ci və 109-cu qollarını vurub.

Ronadlu bununla 2007-ci ildə karyerasını başa vurmuş İranın Əli Daeinin rekordunu təkrarlayıb.

Ötən həftə Ronaldu Avropa çempionatlarının final mərhələlərində qolların sayına görə fransız Mişel Platininin rekordunu yeniləyib.

0