Həftənin ən maraqlı şəkilləri

62
(Yenilənib 13:07 02.05.2021)
Sputnik Azərbaycan ənənəvi olaraq arxada qalan həftənin ən maraqlı anlarını oxucularımıza təqdim edir.

Ötən həftə də digər həftələr kimi hadisə baxımından zəngin oldu. Lakin onların arasında ikisini xüsusi qeyd etmək yerinə düşər.

ABŞ Prezidenti Cozef Baydenin Konqresin birgə iclasında etdiyi müraciət bu baxımından əhəmiyyət kəsb edir. Həmin çıxışda Bayden ABŞ hökumətinin yaxın dövrdə aparacağı siyasətin konturlarını göstərib.

Digər davam edən olay isə Hindistanda koronavirus qurbanlarının sayını təhlükəli həddə artmasıdır. Artıq bu ölkənin səhiyyə sistemi çökmüş vəziyyətdədir və digər ölkələrdən kömək umur. Meyidləri isə küçələrdə kütləvi şəkildə yandırırlar.

Ümumilikdə götürsək isə COVID-19 artıq bir ildən çoxdur ki, planetin gündəminə öz damğasını vurur.

62
  • © REUTERS / Adnan Abidi

    Hindistanda kişi yandırılan koronavirus xəstəliyindən ölənlərin yanından qaçır.

  • © AFP 2021 / Mahmud Hams

    HƏMAS təhlükəsizlik qüvvələrinin üzvləri binanın divarı ilə enirlər.

  • © AP Photo / Esteban Felix

    Loreto Rayuela adlı kloun Çilinin Santiaqo mərkəzində fotoqraf üçün poza verir.

  • © AFP 2021 / Raul Arboleda

    Boqotadakı nümayiş zamanı nümayişçilər polislə toqquşub

  • © Sputnik / Stringer

    Çernobıl AES yanında.

  • © AFP 2021 / Arun Sankar

    COVID-19 koronavirüsüna bənzər cin kimi geyinmiş polis Çennaidə mitinqdə.

  • © REUTERS / Andrew Harnik

    Prezident Co Bayden Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasında.

  • © REUTERS / Rula Rouhana

    BƏƏ polisləri namaz qılırlar.

  • © AP Photo / Koji Ueda

    Təlimçilər, Naqano prefekturasında nəhəng kuklanı idarə edirlər.

  • © Sputnik / Idris Mukhamed

    Nəfəs alma problemi olan insanlar Delidə oksigen dəstəyi alırlar.

  • © AFP 2021 / Oli Scarff

    Qoyunlar İngiltərənin şimalındakı Huddersfield yaxınlığındakı yanğın fonunda.

  • © REUTERS / Eduard Korniyenko

    Rusiyanın Krasnodar şəhərində keçirilən yerli bodibildinq çempionatında iştirakçı səhnə arxasında şəkil çəkdirir.

  • © AFP 2021 / Justin Sullivan / Getty Images

    Kaliforniyanın Orovill gölünün sahilində üzən evlər.

  • © AFP 2021

    Mogadişoda küçədə Somali silahlı qüvvələrinin əsgəri.

  • © REUTERS / Essam al-Sudani

    İraqlı qadınlar, Bəsrə şəhərində müqəddəs Ramazan ayında İmam Əli məscidini ziyarət edirlər.

  • © AFP 2021 / Ludovic Marin

    Fransa Respublikaçılar Qvardiyasının üzvü Konqo Demokratik Respublikası prezidentinin gəlişini izləyir.

  • © AFP 2021 / Justin Tallis

    İngiltərədə "Sky Pool" kimi tanınan dünyanın ilk şəffaf 25 metrlik açıq şəffaf hovuzu.

  • © AP Photo / Channi Anand

    Hindistanda COVID-19-dan ölən insanın qohumu yandırılarkən ağlayır.

  • © AFP 2021 / Caroline Brehman / Getty Images

    Prezident Co Bayden Konqresin iclasında çıxışı zamanı Nümayəndələr Palatasının üzvləri.

  • © REUTERS / Remo Casilli

    Qadın Kapitoli Muzeyində açılış günü heykəlin şəklini çəkir.

  • © AFP 2021 / Jewel Samad

    Hindistanda Dehli krematoriyasında kütləvi yandırmanın görüntüsü.

  • © AFP 2021 / Mohammed Abed

    Fələstinlilər Qəzza şəhərində keçirilən mitinq zamanı şinlər yandırıb və şüarlar səsləndirirlər.

  • © AP Photo / Gerald Herbert

    Luiziana qolf turnirinin nümayəndələri timsahı suya qədər müşayiət edirlər.

  • © AP Photo / Sebastian Scheiner

    İsrailin Tel-Əviv şəhərindər pəncərədə velosiped sürən adam əks olunur.

  • © AFP 2021 / Rijasolo

    Antananarivuda hərbçilər tərəfindən qorunan küçədə qoruyucu maskalı uşaq.

  • © AP Photo / Francisco Seco

    Norveçin Oslo şəhərinin mərkəzində qadın çantasında pişik daşıyır.

  • © REUTERS / Alyson McClaran

    Koloradoda Red Rocks Amfiteatrında yubiley mövsümünun açlışı.

Moskvada keçiriləcək Qələbə paradının məşq prosesindən kadrlar

11
Qələbə Günü Moskvanın baş meydanında çoxsaylı qonaqların qarşısında yürüşdən əvvəl parad heyəti və texnika dəfələrlə məşq prosesinə cəlb olunur.

9 May - Qələbə Günü münasibətilə Rusiya paytaxtındakı Qızıl Meydanda növbəti təntənəli parad keçiriləcək. Hər il paradda Rusiya Federasiyasının müxtəlif qoşun növlərinin minlərlə hərbçisi iştirak edir və çoxlu sayda hərbi texnika nümayiş etdirilir. Rusiya Federasiyası Prezidentinin izlədiyi parada digər ölkələrdən də yüksək səviyyəli qonaqlar qatılırlar. Qələbə paradına, həmçinin faşizmə qarşı mübarizədə iştirak etmiş müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələri də vaxtaşırı olaraq dəvət edilirlər. Belə ki, keçən il pandemiya səbəbindən mayda deyil, iyunda baş tutan paradda Azərbaycan ordusunun 75 hərbçidən ibarət heyəti də iştirak edib.

Faşizm üzərində qələbə münasibətilə düzənlənən parada həmişə ciddi səylə və uzun müddət hazırlıq görülür ki, tədbir lazımı səviyyədə keçsin.

Qızıl Meydanda keçiriləcək bu möhtəşəm tədbirdə iştirak edəcək parad heyətinin və texnikanın məşq prosesi –Sputnik Azərbaycan-ın fotolentində.

11
  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Biyatov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © AP Photo / Alexander Zemlianichenko

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Pavel Bednyakov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © REUTERS / Maxim Shemetov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Vladimir Astapkovich

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Kirill Kallinikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © AFP 2021 / Alexander Nemenov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Alexander Vilf

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © AFP 2021 / Kirill Kudryavtsev

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Alexander Vilf

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

Qadın ətri: Əfsanəvi "Chanel Nº5"-in tarixi

30
(Yenilənib 12:23 06.05.2021)
Möhtəşəm ətir, qızıl standart, dəbdəbə və zərafət rəmzi – bütün bunlar 100 il əvvəl yaradılsa da, indiyə kimi dünyada ən çox satılan qadın ətri olan "Chanel Nº5" haqqındadır. Təfərrüatlar – Sputnik Azərbaycanın fotolentində.

BAKI, 6 may — Sputnik. Məşhur "Chanel Nº5" ətri ilk dəfə 1921-ci il mayın 5-də Fransada təqdim olunub. Bu hadisənin üstündən 100 il keçməsinə baxmayaraq, "Chanel Nº5" indi də bütün dünyada ən çox satılan ətirdir.

Koko Şanelə bu möhtəşəm ətri yaratmaqda rus-fransız kimyaçısı Ernest Bo kömək edib. Onun Kokonun sifarişi əsasında hazırladığı qarışıq çiçək qoxularından ibarət 24 ətirdən modelyer 5 nömrəli olanını seçib. "Chanel Nº5" üçün bilərəkdən ciddi formaya məxsus şüşə flakon işlənib-hazırlanıb ki, heç bir şey ətrin özündən diqqəti yayındırmasın.

Koko Şanel bu rayihəni əvvəl Parisin, sonra isə dünyanın bütün qadınları üçün ən çox arzu olunan ətrə çevirə bilir.

Bu parfümeriya şedevrinin mövcud olduğu bütün dövrlərdə satışından əldə olunan vəsait yarım milyard dolları keçib.

 

30
  • © Sputnik / Evgeniy Biyatov

    "I love Chanel. Fərdi kolleksiya" sərgisinin açılışı.

  • © AFP 2021

    Fransalı dizayner Koko Şanel, 1944-cü il.

  • Parfümer Ernest Bo.

  • © AP Photo / HIROKO MASUIKE

    Nyu-Yorkda sərgidə "Chanel No. 5" ətirləri.

  • © Sputnik / Ilya Pitalev

    Mann Reyanın "Qabriel Şanel" fotosu.

  • © Ethan Miller / Getty Images via AFP

    Merilin Monronun istifadə olunmamış "Chanel No. 5" ətri.

  • © AFP 2021 / NIKLAS HALLE'N

    Londonda Saatchi qalereyasında "Chanel No. 5" ətrinin miniatür modeli.

  • © AP Photo

    1954-cü ildə bir jurnalist Merilin Monrodan gecə yatarkən əynində nə olduğunu soruşanda o, "yalnız bir neçə damcı "Chanel Nº5"- demişdi. Beləliklə, bu sözlər ətrin reklam kampaniyasının sloqanına çevrilmişdi.

  • © AP Photo / David F. Smith

    Monrodan sonra "Chanel No. 5" ətrinin model və aktrisa Syuzi Parker təmsil edib. 1950-ci illərdə o, dəb ikonası sayılırdı.

  • © AFP 2021

    Ketrin Denev "Chanel No. 5"in reklamında dəb dünyasının çətin vaxtlarında qoşuldu və ətrə əvvəlki statusunu qaytardı.

  • © AP Photo

    1980-ci illərdə "Chanel No. 5"in siması "Bondun rəfiqəsi" Karol Buke oldu. O, parfyumu hamıdan çox - 15 il reklam edib.

  • © AFP 2021 / LEON NEAL

    1980-c illərin ortalarında rəssam Endi Uorhol "Chanel No. 5"ə bir neçə əsərini həsr edib.

  • © AFP 2021

    Nikol Kidman "Chanel No. 5"in reklam kampaniyasında.

  • © AFP 2021 / STEPHANE DE SAKUTIN

    Parisdə "Qabriel Şanel. Dəbli manifest" sərgisində ətirlər.

  • © AP Photo / Shizuo Kambayashi

    2009-cu ildə parfyumun siması "Koko do Şanel" filmində baş rolun ifaçısı olan Odri Tatu seçildi.

  • © AP Photo / Joel Ryan

    2012-ci ildə "Chanel" ətrinin reklamını dəb dünyasını ən zövqlü simalardan sayılan Bred Pitə tapşırılıb.

  • © Larry Busacca / Getty Images via AFP

    Mayli Sayrusun "Chanel" ətrinin formasında olan aksessuarı.

  • © Charles Sykes / Invision / AP

    Braziliyalı supermodel və aktrisa Jizel Bündhen "Chanel No. 5"ə həsr olunmuş şam yeməyində.

  • © Sputnik / Ekaterina Chesnokova

    2016-cı ildə şirkət 17 yaşlı Lili-Rouz Deppi əməkdaşlığa dəvət edib.

  • © AP Photo / Francois Mori

    Fransalı aktrisa Marion Kotiyyar "Chanel Yaz-Yay-2021" kolleksiyasının təqdimatından əvvəl.

Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0