FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Müqəddəs Ramazan ayı başladı – dünyanın hər yerindən şəkillər

Abunə olmaq
Müsəlman dünyasında oruca riayət olunmasını nəzərdə tutan müqəddəs Ramazan ayı başlayıb. Bəs dünya ölkələrində insanlar Ramazanı necə qarşılayıblar – "Sputnik Azərbaycan"ın fotolentinə nəzər salın.

Bütün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı başlanıb. Artıq iki ildir ki, bu müqəddəs ay koronavirus pandemiyası şəraitində keçir. Bəzi ölkələrdə məhdudiyyətlər daha yumşaqdır və inanclı insanlara sosial məsafəyə riayət etmək şərti ilə məscidlərdə namaza durmağa icazə verilir. Digər ölkələrdə isə sərt məhdudiyyətlər hələ götürülməyib və kütləvi tədbirlərin keçirilməsi qadağandır.
Bu cür şəraitdə müfti və imamlar inanclıları evlərində ibadət etməyə, ənənəvi iftar mərasimlərini isə ailə çərçivəsində keçirməyə çağırırlar.
Cari təqvim ilində Ramazan ayının başlanğıcı aprel ayının 13-nə tuş gəlib.
Qeyd edək ki, bu ay insanlar oruc tutur, bəzi ölkələrdə isə gündəlik orucdan sonra çoxlu sayda insanlar üçün iftar mərasimləri təşkil olunur.
Xatırladaq ki, Ramazan ayının başlanması Ay təqviminə əsaslanır. Ayın uzunluğu 29-30 gün olur. Müqəddəs ay Eyd əl-Fitr (İftar bayramı) bayramı ilə başa çatır ki, bu da ayın sonuncu günü başlanır və üç gün davam edir.

© REUTERS / Alaa Al-Marjaniİraqın Nəcəf şəhərində işçi müqəddəs Ramazan ayı qabağı ayparanın yaxınlığında küçəni yuyur
Рабочий распыляет воду рядом с полумесяцем в преддверии священного месяца Рамадан в Наджафе, Ирак - Sputnik Azərbaycan
1/13
İraqın Nəcəf şəhərində işçi müqəddəs Ramazan ayı qabağı ayparanın yaxınlığında küçəni yuyur
© REUTERS / Ajeng Dinar Ulfianaİndoneziyada müsəlmanlar müqəddəs Ramazan ayının başlanması ərəfəsində dua edirlər
Мусульмане молятся накануне старта священного месяца Рамадан в Индонезии  - Sputnik Azərbaycan
2/13
İndoneziyada müsəlmanlar müqəddəs Ramazan ayının başlanması ərəfəsində dua edirlər
© AP Photo / Hassan AmmarBeyrutda müqəddəs Ramazan ayının başlaması şərəfinə bəzəklər
Декорации в честь начала священного месяца Рамадан в Бейруте  - Sputnik Azərbaycan
3/13
Beyrutda müqəddəs Ramazan ayının başlaması şərəfinə bəzəklər
© REUTERS / Ammar AwadQüdsdə müqəddəs Ramazan ayının başlanması ərəfəsində küçə işıqlandırılır
Иллюминация в рамках подготовки к старту священного месяца Рамадан в Иерусалиме  - Sputnik Azərbaycan
4/13
Qüdsdə müqəddəs Ramazan ayının başlanması ərəfəsində küçə işıqlandırılır
© REUTERS / Alaa Al-Marjaniİraqda xeyriyyə yeməyi paylanması zamanı maska ​​taxan qız
Девочка в маске во время благотворительной раздачи еды в Ираке  - Sputnik Azərbaycan
5/13
İraqda xeyriyyə yeməyi paylanması zamanı maska ​​taxan qız
© REUTERS / Irwansyah Putra/Antara Fotoİndoneziyada müsəlmanlar müqəddəs Ramazan ayı ərəfəsində dua edirlər
Мусульмане молятся накануне священного месяца Рамадан в Индонезии  - Sputnik Azərbaycan
6/13
İndoneziyada müsəlmanlar müqəddəs Ramazan ayı ərəfəsində dua edirlər
© AFP 2023 / Omar Haj KadourSuriyada müqəddəs Ramazan ayının başlaması şərəfinə bəzəklər
Декорации в честь начала священного месяца Рамадан в Сирии   - Sputnik Azərbaycan
7/13
Suriyada müqəddəs Ramazan ayının başlaması şərəfinə bəzəklər
© AP Photo / Amr NabilMüsəlmanlar Məkkədə müqəddəs Ramazan ayının ilk günündə dua edirlər
Мусульмане молятся в первый день священного месяца Рамадан в Мекке  - Sputnik Azərbaycan
8/13
Müsəlmanlar Məkkədə müqəddəs Ramazan ayının ilk günündə dua edirlər
© REUTERS / Mussa QawasmaFələstinli kişi İordan çayının qərb sahilində müqəddəs Ramazan ayının başlanğıcından əvvəl teleskopla aya baxır
Палестинец смотрит через телескоп на луну накануне старта священного месяца Рамадан на Западном берегу реки Иордан - Sputnik Azərbaycan
9/13
Fələstinli kişi İordan çayının qərb sahilində müqəddəs Ramazan ayının başlanğıcından əvvəl teleskopla aya baxır
© AFP 2023 / Savo PrelevicMüsəlman qadınlar Podqoritsa şəhərindəki məsciddə namaz qılırlar
Мусульманки молятся в мечети в Подгорице - Sputnik Azərbaycan
10/13
Müsəlman qadınlar Podqoritsa şəhərindəki məsciddə namaz qılırlar
© AFP 2023 / Giuseppe CacaceRamazan ərəfəsində Dubayda küçə
Улица в Дубае накануне Рамадана - Sputnik Azərbaycan
11/13
Ramazan ərəfəsində Dubayda küçə
© REUTERS / Mike HutchingsMüsəlmanlar Cənubi Afrikanın Keyptaun şəhərindəki sahildə müqəddəs Ramazan ayının başlanğıcını göstərən ayı gözləyərək dua edirlər
Мусульмане молятся в ожидании появления луны, знаменующей начало священного месяца Рамадан, на набережной в Кейптауне, Южная Африка - Sputnik Azərbaycan
12/13
Müsəlmanlar Cənubi Afrikanın Keyptaun şəhərindəki sahildə müqəddəs Ramazan ayının başlanğıcını göstərən ayı gözləyərək dua edirlər
© AP Photo / Shafkat AnowarÇikaqoda müsəlmanlar müqəddəs Ramazan ayının ilk axşamında dua edirlər
Мусульмане молятся в первый вечер священного месяца Рамадан в Чикаго  - Sputnik Azərbaycan
13/13
Çikaqoda müsəlmanlar müqəddəs Ramazan ayının ilk axşamında dua edirlər
Xəbər lenti
0