Ecazkar mənzərə: Martvili kanyonuna səyahət - FOTOLAR

65
(Yenilənib 21:44 12.04.2021)
Siz nə vaxtsa Gürcüstanda yerləşən Martvili kanyonu haqda eşitmisiniz? Zümrüd suları, şəlalələri və təbiətinə görə Martvili Qafqazın ən gözəl yerlərindən sayılır. Daha ətraflı Sputnik Azərbaycan-nın fotolentində.

Təsəvvür edin - mənzərəli meşələr, şəlalər, suyun firuzəyi səthi və lianalar. Yox, bu Amazon meşələri deyil, hətta Havay adalarında yerləşən Vaymea kanyonu da deyil. Söhbət Gürcüstanda yerləşən Martvili kanyonundan gedir.

Martvili kanyonu Kutaisidən 50 kilometr qərbdə yerləşir. Bu mənzərəli kanyon Abaşa çayının suları ilə yaranıb. Kanyonun uzunluğu 2400 metr, dərinliyi isə 50-70 metr təşkil edir.

Burada qayıqda gəzinti var. Səyahət kanyonun əvvəlindən başlayır və çay boyu davam edir. Sonra səyahətçiləri 12 metrlik şəlalənin yanında dayanacaq gözləyir.

Martvili kanyonu sözsüz ki, Qafqazın ən görməli yerlərindən biridir.

65
  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Martvili kanyonu.

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ikinci gün - FOTOLENT

9
(Yenilənib 22:41 08.05.2021)
Bədii gimnastika üzrə Dünya kubokunun ikinci günü başa çatır. Kimlər finala çıxıb və Tokio Olimpiadasında yarışmaq üçün bal qazanıb. Daha ətraflı bizim fotolentimizdə.

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokunun ikinci günü gürzlər və lentlərlə yarışlarda finalçılar müəyyənləşib.

Gürzlərlə yarışda finala Boryana Kaleyn (Bolqarıstan), Darya Trubnikova (Rusiya), Lala Kramarenko (Rusiya), Aleksandra Acurcukuleze (İtaliya), Milena Baldassari (İtaliya), Linoy Aşram (İsrail), Fanni Piqnitski (Macarıstan) və Andrea Verdes (Rumıniya) çıxıblar.

Lentlə yarışlarda finala Alina Qarnasko (Belarus), Boryana Kaleyn (Bolqarıstan), Aleksandra Acurcukuleze (İtaliya), Darya Trubnikova (Rusiya), Yekaterina Vedeneyeva (Sloveniya), Zöhrə Ağamirova (Azərbaycan), Andrea Verdes (Rumıniya), Катрин Тасева (Болгария) vəsiqə qazanıblar.

Dünya Kuboku uğrunda yarışda 35 ölkədən ümumilikdə 169 gimnast iştirak edəcək ki, onlardan 63-ü fərdi, 106-sı qrup şəklində çıxış edəcək. Rusiya, Braziliya, Yaponiya, ABŞ, İspaniya, Türkiyə, İsrail və digər ölkələrdən idmançılar Bakıya gəliblər.

Bakı turnirində Dünya Kuboku mərhələlərinin ümumi hesabına daxil ediləcək lisenziyalı xallar toplanacaq və nəticələrə əsasən fərdi hesabda üç ən yaxşı gimnast Tokio Olimpiadasına vəsiqə qazanacaq.

 

9
  • © Sputnik / Murad Orujov

    Azərbaycanlı gimnast Zöhrə Ağamirova Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    İtaliyalı gimnast Aleksandra Adjurdjukuleze Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanlı gimnast Ketevan Arbolişvili Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Portuqaliyalı gimnast Rita Araudjio Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Amerikalı gimnast Evita Qriskenas Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Belarusdan olan gimnast Alina Harnasko Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Özbəkistanlı gimnast Təhminə İkromova Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Qırğızıstandan olan idmançı Ayşa İzabekova Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Bolqarıstanlı gimnast Boryana Kaleyn Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Yaponiyalı gimnast Kita Sumira Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Rusiyalı gimnast Lala Kramarenko Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Yaponiyalı gimnast Oyva Çisaki Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Latviyalı gimnast Yelizaveta Polstyanaya Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Türkiyəli gimnast Kamelya Tuncel Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda polşalı gimnast.

  • © Sputnik / Murad Orujov

    Macarıstanlı gimnast Piqniçki Fanni Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Rusiyalı gimnast Darya Trubnikova Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Amerikalı gimnast Lora Zenq Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

Bakıda Bədii Gimnastika üzrə Dünya Kuboku yarışdan ən maraqlı kadrlar

24
(Yenilənib 13:56 08.05.2021)
Bədii Gimnastika üzrə Dünya Kubokunun ilk günündə halqa və topla fərdi hesabda təsnifat yarışları və qrup komandalarının seçmə mərhələsi keçirilib. Yarışda Azərbaycanı iki idmançı - Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edir.

Koronavirus pandemiyası səbəbindən yaranan uzunmüddətli fasilədən sonra Bakıda ilk beynəlxalq yarış start götürüb. Bu – tamaşaçılar olmadan keçirilən Bədii Gimnastika üzrə Dünya Kubokudur.

Bədii Gimnastika üzrə Dünya Kubokunun ilk günündə halqa və topla fərdi hesabda təsnifat yarışları və qrup komandalarının seçmə mərhələsi keçirilib. Qeyd edək ki, yarışda Azərbaycanı iki idmançı - Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edir.

Dünya Kuboku uğrunda yarışda 35 ölkədən ümumilikdə 169 gimnast iştirak edəcək ki, onlardan 63-ü fərdi, 106-sı qrup şəklində çıxış edəcək. Rusiya, Braziliya, Yaponiya, ABŞ, İspaniya, Türkiyə, İsrail və digər ölkələrdən idmançılar Bakıya gəliblər.

Bakı turnirində Dünya Kuboku mərhələlərinin ümumi hesabına daxil ediləcək lisenziyalı xallar toplanacaq və nəticələrə əsasən fərdi hesabda üç ən yaxşı gimnast Tokio Olimpiadasına vəsiqə qazanacaq.

24
  • © Sputnik / Murad Orujov

    Livanlı gimnast Alisa Sadek.

  • © Sputnik / Murad Orujov

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku.

  • © Sputnik / Murad Orujov

    Latviyalı gimnast Yelizaveta Polstyanaya.

  • © Sputnik / Murad Orujov

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku.

  • © Sputnik / Murad Orujov

    Qazaxıstanlı gimnast Alina Ədilxanova.

  • © Sputnik / Murad Orujov

    İsrailli gimnast Linoy Aşram.

  • © Sputnik / Murad Orujov

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku.

  • © Sputnik / Murad Orujov

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku.

  • © Sputnik / Murad Orujov

    Bədii gimnastika üzrə Azərbaycan millisinin lideri Zöhrə Ağamirova.

  • © Sputnik / Murad Orujov

    Norveçli gimnast İnqrid Bratsberq.

  • © Sputnik / Murad Orujov

    Amerikalı gimnast Evita Qriskenas.

  • © Sputnik / Murad Orujov

    Portuqaliyalı gimnast Daliya Poroxnya.

  • © Sputnik / Murad Orujov

    İsrailli gimnast Nikol Zelikman.

  • © Sputnik / Murad Orujov

    Gürcüstanlı idmançı Salome Pajava.

  • © Sputnik / Murad Orujov

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku.

  • © Sputnik / Murad Orujov

    Polşalı gimnast Malqorjata Rojatıçka.

Əfqanıstanda ABŞ hərbçiləri, arxiv şəkli

WSJ: Avropa ABŞ-dan Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi xahiş edir

0
Hazırda ABŞ və radikal "Taliban" hərəkatı arasında Əfqanıstandan amerikalı hərbçilərin çıxarılmasının iyulun əvvəlinə qədər sona çatdırılması imkanlarını müzakirə edirlər.

BAKI, 9 may — Sputnik. ABŞ-ın NATO üzrə müttəfiqləri Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi və alyansın digər üzvlərinə bu ölkədən çıxmaq üçün daha çox vaxt verilməsini israrla xahiş edirlər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bəzi ölkələr Əfqanıstandan qüvvələrini vaxtında çıxara bilməyəcəklərini və buna görə də, amerikalı hərbçiləri iyulun 4-dən sonra da Əfqanıstanda saxlamağı xahiş edirlər.

"Wall Street Journal"-da dərc olunmuş yazıda bildirilir ki, bir sıra ölkələr, konkret olaraq Almaniya, qoşunların tam çıxarılmasını iyulun 18-nə qədər təxirə salmağı xahiş ediblər. ABŞ hakim dairələri isə bildiriblər ki, müttəfiqlərin xahişini yerinə yetirmək üçün qoşunların çıxarılması iki həftə və ya daha çox müddətə təxirə salına bilər.

Bir müddət əvvəl "Tolo New" telekanalı adı çəkilməyən mənbəyə istinadən məlumat verib ki, hazırda ABŞ və radikal "Taliban" hərəkatı arasında Əfqanıstandan amerikalı hərbçilərin çıxarılmasının iyulun əvvəlinə qədər sona çatdırılması imkanlarını müzakirə edirlər.

Mənbənin bildirdiyinə görə, vəziyyətin qəlizliyi ondadır ki, uzun illər ərzində Kabul hava limanına təhlükəsizliyi təmin edən Türkiyə də ABŞ və NATO-ya öz qoşunlarını çıxara biləcəyini bildirib. Məlumata görə, türk qoşunlarının çıxarılması mümkünlüyü bir sıra Qərb ölkələrini Əfqanıstanda hətta ixtisar olunmuş tərkibdə diplomatik kontingentin saxlanması planlarına yenidən baxmağa sövq edə bilər. Hava limanında təhlükəsizliyin təmin olunması üçün alternativlərdən biri beynəlxalq muzdluların bu işə cəlb olunmasıdır, lakin onlar çətin ki, nizami qoşunlarsız orada qala bilsinlər.

Xatırladaq ki, ABŞ və NATO üzrə müttəfiqlərinin Əfqanıstanda əməliyyatları 2001-ci ildə başlanıb. Bu əməliyyatlar 11 sentyabr 2001-ci il terror aktına cavab olaraq təşkil olunmuş "Yenilməz azadlıq" kampaniyası çərçivəsində həyata keçirilib.

2014-cü ildə Əfqanıstan, ABŞ və NATO təhlükəsizlik barədə, müttəfiqlərə ölkə ərazisində məhdud sayda hərbçiləri saxlamağa imkan verən razılaşma imzalayıblar.

2020-ci ildə isə son 18 ildən çox müddət ərzində ABŞ və "Taliban" arasında artıq cari ilin may ayında zorakılığa son qoyulması şərti ilə əcnəbi qoşunların ölkədən çıxarılmasını nəzərdə tutan ilk saziş imzalanıb. Hazırda Əfqanıstanda on min nəfərdən bir qədər az sayda NATO və alyansın tərəfdaşı olan ölkələrin hərbçiləri, o cümlədən 2,5 min nəfər ABŞ hərbçisi var. Onların əsas vəzifəsi Əfqanıstan təhlükəsizlik qüvvələrinin öyrədilməsi və hazırlaşdırılmasıdır.

0