Dünyanın dəniz keyfi, qazonda polislər, dəb etiraz - Həftənin ən parlaq FOTOları

59
(Yenilənib 11:19 04.04.2021)
Sputnik Azərbaycan oxucuların diqqətinə ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoları təqdim edir.

Ötən həftə planetin müxtəlif guşələrində maraqlı hadisələrlə yadda qaldı. 

Dünyanın bu yeddi günü necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

59
  • © AFP 2021 / Tolga Akmen

    Londonda, Hayd Parkda qadınlar sudan çıxırlar

  • © REUTERS / Raneen Sawafta

    Fələstinli etirazçı İsrail sərhəd gözətçisi ilə döyüşür

  • © Sputnik / Ahmed Mahmoud

    Süveyş kanalında Ever Given gəmisi

  • © REUTERS / Jose Luis Gonzalez

    Meksikada kostyumda rəqqasə

  • © REUTERS / Caitlin Ochs

    ABŞ-ın Nyu-York şəhərində uşaq Bloomingdales univermağının vitrinini seyr edir

  • © AFP 2021 / Bertrand Guay

    Fransa polisləri Parisdə çəmənliklərdə istirahət edən insanları yoxlayırlar

  • © REUTERS / Yana Paskova

    ABŞ-ın Florida ştatında çimərlikdə qadın

  • © REUTERS / Khalil Ashawi

    Suriyanın İdlib əyalətində pişik sığınacağı

  • © AP Photo / Channi Anand

    Hindistanın Cammu şəhərində keçirilən Holi festivalında hindistanlı uşaqlar su çiləyirlər

  • © REUTERS / Tom Nicholson

    Kişi Londonun Riçmond Parkında maralları izləyir

  • © AP Photo / Rahmat Gul

    Əfqanıstanın Kabil şəhərində məktəblilər oynayırlar

  • © REUTERS / Liselotte Sabroe / Ritzau Scanpix

    Danimarkanın Kopenhagen şəhərindəki Sandkai Havnebad çimərlik zonasında istirahət edənlər

  • © Sputnik / Alexander Vilf

    Aleksandra Stepanova və İvan Bukin (Rusiya) Stokholmda Dünya Fiqurlu Konkisürmə Çempionatında

  • © REUTERS / Mike Blake

    Ailə Kaliforniya ştatındakı Oscar Mayer Wienermobile avtomobil parkında fotoşəkil çəkdirir

  • © REUTERS / Thomas Peter

    Pekin Bahar Festivalı zamanı ziyarətçilər Yuyuantan Parkında albalı çiçəkləri fonunda şəkil çəkdirirlər

  • © AFP 2021 / Guillermo Arias

    Meksikada turistlər boz balinaya baxırlar

  • © REUTERS / Elijah Nouvelage

    ABŞ-ın Alabama ştatının Oxatçi şəhərində bir neçə insanın öldüyü qasırğadan sonra Natan Meyson nənəsinin evinə dəyən ziyanı qiymətləndirir

  • © AFP 2021 / Wang Zhao

    Model Pekindəki Çin Moda Həftəsi zamanı podiuma hazırlaşır

  • © REUTERS / Marcelo del Pozo

    İspaniyanın Sevilya şəhərində keçirilən defiledən əvvəl başı gicəllənən bir model

  • © AP Photo / Rahmat Gul

    Əfqanıstanın Kabil şəhərində başında çörək səbəti olan oğlan

  • © Sputnik / Pavel Lvov

    Murmansk vilayətinin Lovozero kəndi yaxınlığında Tundra Kənd Təsərrüfatı İstehsalat Kooperativinin otlaq yerində şimal maralları

  • © REUTERS / Willy Kurniawan

    İndoneziyanın Cakarta şəhərində gümüş boyalı yeniyetmələr

  • © REUTERS / Nacho Doce

    Barselonada dəniz terapiyası seansı çərçivəsində dəniz kənarında olan 63 yaşlı lal-kar xəstə

  • © REUTERS / Tingshu Wang

    Pekindəki Çin Moda Həftəsi sərgisi: asqıda dizayner əsərləri

  • © AP Photo / Mark Schiefelbein

    Qız Pekindəki Çin Moda Həftəsində Chuyan moda markasının modelini nümayiş etdirir

  • © AFP 2021 / Facebook / Anonymous sourse

    Etirazçı Yanqonun Taketa kəndində Myanmada hərbi çevrilişə qarşı nümayişə baxır

  • © REUTERS / Eric Gaillard

    Fransada, Nitsa çimərliyində qadın günəş vannası qəbul edir

Teqlər:
dünya, həftə, fotolent

Həftənin fotoları: Marsda selfi Baydenin dovşanı

30
(Yenilənib 12:35 11.04.2021)
Sputnik Azərbaycan oxucuların diqqətinə ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoları təqdim edir.

Ötən həftə planetin müxtəlif guşələrində maraqlı hadisələrlə yadda qaldı.

Katolik və lüteran kilsələrinin davamçıları Pasxa bayramını qeyd ediblər. Katolik Pasxanın qeyd olunması bu il koronavirus pandemiyası səbəbindən bəzi məhdudiyyətlərlə keçirilib. Bir çox ənənəvi tədbirlər təxirə salınıb, bəziləri isə sosial məsafəyə riayət olunmaqla keçirilib.

İsraildə Holokost qurbanları yad edilib. Qüdsdə Yad Vaşem kompleksində matəm mərasimi təşkil olunub.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

30
  • © Photo : JPL-Caltech/MSSS

    NASA-nın Perseverance marsoxodu Ingenuity helikopteri ilə selfi edir.

  • © REUTERS / Corinna Kern

    İnsanlar İsraildə Holokost qurbanlarını anırlar.

  • © REUTERS / Jason Cairnduff

    Şimali İrlandiyada etirazlar zamanı yanan avtobus.

  • © REUTERS / Mohammad Ponir Hossain

    Banqladeşdə yük gəmisi ilə bərənin toqquşması zamanı ölənlərin yaxınları matəmdə.

  • © REUTERS / Violeta Santos Moura

    Portuqaliyada bələdiyyə bazarında alqı-satqı.

  • © AFP 2021 / Gabriel Bouys

    Madriddə Mercedes Benz Moda Həftəsi çərçivəsində model dizayner Andres Sardanın geyimini nümayiş etdirir.

  • © AFP 2021 / Tarso Sarraf

    Braziliyada Pasxa bayramı zamanı Portuqaliya xeyriyyəçilik xəstəxanasından olan tibb işçisi intensiv terapiya bölmələrində gitarada ifa edir.

  • © AFP 2021 / Mladen Antonov

    Banqkokda hökumət əleyhinə Qırmızı Köynəklilər hərəkatının mitinqində etirazçı.

  • © AFP 2021 / Win McNamee/Getty Images

    ABŞ Prezidenti Co Bayden və birinci xanım Cill Bayden Pasxa dovşanı ilə Ağ Evdə.

  • © REUTERS / Mike Blake

    Karlsbadda qızlar "Gül tarlaları"nda foto çəkdirirlər.

  • © AP Photo / Michael Probst

    Almaniyada Baltik dənizinin sahilində qağayı.

  • © AP Photo / Csaba Krizsan

    Macarıstanda ənənəyə uyğun olaraq Pasxa bayramı zamanı kişilər qadınların üzərinə su tökürlər.

  • © REUTERS / Nicholas Pfosi

    New Black City qrupu Minneapolisdə Corc Floyd meydanında çıxışı zamanı, ABŞ.

  • © AFP 2021 / Joe Klamar

    Vyanada qar yağan zaman Qrand-hotelin qarşısında dayanan polis əməkdaşı, Avstriya.

  • © AFP 2021 / Filippo Monteforte

    Polislər Romada kiçik sahibkarların parlament binasının qarşısında etirazları zamanı dəyənəkdən istifadə edirlər.

  • © AFP 2021 / Stringer

    Gənc cütlük Çinin şimal-şərqindəki Lyaonin vilayətində köçəri quşları seyr edir.

  • © REUTERS / Eduardo Munoz

    Nyu-Yorkda Pasxa paradında qız.

  • © Sputnik / Miguel Сandеla

    Çində Tsinmin festivalı zamanı qadınlar qəbristanlıqda dua edirlər.

  • © Sputnik / Vitaly Timkiv

    "Aviadarts-2021" müsabiqəsində Su-24 bombardmançıları, Su-30SM çoxhədəfli qırıcıları və Su-34 qırıcı-bombardmançıları.

  • © AFP 2021 / Chandan Khanna

    Mayamidə küçədə qız rəfiqəsinə poza verir.

  • © AFP 2021 / Jeff Pachoud

    Fransada üzüm məhsulunun soyuqdan qorunması.

  • © REUTERS / Phil Noble

    Liverpulda qadın mağazada manekenləri təmizləyir, Böyük Britaniya

Ruhu olan şəhər: günəşli Kutaisidə gəzinti

58
Kutaisi Gürcüstanın qərbində yerləşən zəngin tarixə malik şəhərdir. Bu şəhər tarixi baxımdan ölkənin ikinci paytaxtı hesab olunur. Sizi dünyanın müxtəlif guşələrindən gələn turistlərin ən sevimli istirahət məkanına çevrilmiş Kutaisiyə virtual gəzintiyə dəvət edirik.

 

Gürcüstanın Kutaisi şəhəri bizim Gəncə ilə qardaşlaşmış şəhərdir ki, bu da heç də təəccüblü deyil. Çünki bu iki yaşayış məntəqəsinin ortaq cəhəti çoxdur. Hər iki şəhər zəngin tarix-mədəni keçmişə sahibdir.

Kutaisinin əsası hələ eramızdan əvvəl V əsrdə qoyulub. İndi bu şəhər Gürcüstana səyahətə gələn insanların ən sevimli turizm istiqamətlərindən birinə çevrilib. Bu şəhərdə olanların əksəriyyəti təsdiqləyir ki, Kutaisi dünyanın öz ruhu olan azsaylı şəhərlərindəndir. Bəs bunun səbəbi nədir? Qədimliklə müasirliyin ecazkar vəhdəti – şəhəri iki hissəyə bölən Rioni çayının ağ daşları ilə yamyaşıl parklar.

Qədim tikililərin ucaldığı ekzotik küçələr, rahat kafe və restoranlar, eləcə də, bu çoxəsrlik şəhərin gülərüz sakinləri ən tələbkar turistlərin belə diqqətini cəlb edir. Əgər şəhər içində gəzintidən sıxılsanız, Kutaisinin şəhərətrafı mənzərələrindən ləzzət ala bilərsiniz. Burada Gelati monastırı, Prometey mağarası, Mayakovskinin evi, Sataplia qoruğu və başqa gəzməli-görməli məkanlara baş çəkmək olar. Və əlbəttə ki, iştah açan gürcü yeməkləri ilə zəngin İmereti mətbəxini yada salmamaq olmaz.

Bu ölkədə koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər yavaş-yavaş aradan qaldırılır. Gürcüstan artıq müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla da təyyarə uçuşlarını bərpa edib. Odur ki, əgər məzuniyyətə yollanmağı planlaşdırırsınızsa, turizm istiqamətlərindən biri kimi Kutaisini diqqətdə saxlamağı tövsiyə edirik.

Qeyd edək ki, Azərbaycan Gürcüstan üçün mühüm turizm bazarı hesab olunur. Pandemiyadan əvvəl, 2019-cu ildə ölkəmizdən Gürcüstana 1,5 milyondan çox insan səfər edib.

58
  • © Sputnik / Murad Orujov

    Kutaisi şəhərinə mənzərə

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

  • © Sputnik / Murad Orujov

    Kutaisi şəhərinin gecə mənzərəsi

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Kutaisi şəhərinə mənzərə

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

  • © Sputnik / Murad Orujov

    Gürcüstanın Kutaisi şəhərində

COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 203 mini keçdi

0
(Yenilənib 14:26 12.04.2021)
Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 753-ə çatıb. Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 753-ə çatıb.

BAKI, 12 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 203 327-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 510 nəfər artıb.

Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 753-ə çatıb. Xəstəlikdən sağalanların sayı 182 836 olub. Hazırda bu ölkədə 15785 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 136 milyonu keçib, 2,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0