Rahim Məmmədov, Sputnik Azərbaycan
Yazın gəlişini Aranda hiss etmək üçün alça,ərik ağaclarının çiçəklərini görmək mütləqdir.
İsti iqlimi ilə seçilən bölgədə həmin meyvələrin bir neçə növü yetişir. Amma Yevlaxın Salahlı kəndində tənha alça ağacı diqqət çəkir.
Yevlax-Mingəçevir dəmiryolu xəttindən 2 metr uzaqlıqda bitən alçanın çiçəkləri ağacı sanki qar altında qalmış kimi göstərir. Ətrafın sarı rəngi, yaşıla dəyişdiyi bir zamanda ağ çiçəyə bürünmüş canlı, bir başqa mənzərə yaradır. Üzərindəki çiçəklərin çoxluğu bu il yüksək məhsuldarlıqdan da xəbər verir. Hündürlüyü 3-4 metrə yaxın olan alça ərazidə yeganə bar verən ağacdır.
Yevlaxın Salahlı kəndində təbiətin yaratdığı gözəlliyə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.
Yevlax-Mingəçevir dəmir yolu xəttinin yaxınlığında bitən ağac
Yevlax-Mingəçevir dəmir yolu xəttinin yaxınlığında bitən ağac
Yevlax-Mingəçevir dəmir yolu xəttinin yaxınlığında bitən ağac
Yevlax-Mingəçevir dəmir yolu xəttinin yaxınlığında bitən ağac
Yevlax-Mingəçevir dəmir yolu xəttinin yaxınlığında bitən ağac
Yevlax-Mingəçevir dəmir yolu xəttinin yaxınlığında bitən ağac
Yevlax-Mingəçevir dəmir yolu xəttinin yaxınlığında bitən ağac
Yevlax-Mingəçevir dəmir yolu xəttinin yaxınlığında bitən ağac
Ötən həftə planetin müxtəlif guşələrində maraqlı hadisələrlə yadda qaldı.
Katolik və lüteran kilsələrinin davamçıları Pasxa bayramını qeyd ediblər. Katolik Pasxanın qeyd olunması bu il koronavirus pandemiyası səbəbindən bəzi məhdudiyyətlərlə keçirilib. Bir çox ənənəvi tədbirlər təxirə salınıb, bəziləri isə sosial məsafəyə riayət olunmaqla keçirilib.
İsraildə Holokost qurbanları yad edilib. Qüdsdə Yad Vaşem kompleksində matəm mərasimi təşkil olunub.
Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.
NASA-nın Perseverance marsoxodu Ingenuity helikopteri ilə selfi edir.
İnsanlar İsraildə Holokost qurbanlarını anırlar.
Şimali İrlandiyada etirazlar zamanı yanan avtobus.
Banqladeşdə yük gəmisi ilə bərənin toqquşması zamanı ölənlərin yaxınları matəmdə.
Portuqaliyada bələdiyyə bazarında alqı-satqı.
Madriddə Mercedes Benz Moda Həftəsi çərçivəsində model dizayner Andres Sardanın geyimini nümayiş etdirir.
Braziliyada Pasxa bayramı zamanı Portuqaliya xeyriyyəçilik xəstəxanasından olan tibb işçisi intensiv terapiya bölmələrində gitarada ifa edir.
Banqkokda hökumət əleyhinə Qırmızı Köynəklilər hərəkatının mitinqində etirazçı.
ABŞ Prezidenti Co Bayden və birinci xanım Cill Bayden Pasxa dovşanı ilə Ağ Evdə.
Karlsbadda qızlar "Gül tarlaları"nda foto çəkdirirlər.
Almaniyada Baltik dənizinin sahilində qağayı.
Macarıstanda ənənəyə uyğun olaraq Pasxa bayramı zamanı kişilər qadınların üzərinə su tökürlər.
New Black City qrupu Minneapolisdə Corc Floyd meydanında çıxışı zamanı, ABŞ.
Vyanada qar yağan zaman Qrand-hotelin qarşısında dayanan polis əməkdaşı, Avstriya.
Polislər Romada kiçik sahibkarların parlament binasının qarşısında etirazları zamanı dəyənəkdən istifadə edirlər.
Gənc cütlük Çinin şimal-şərqindəki Lyaonin vilayətində köçəri quşları seyr edir.
Nyu-Yorkda Pasxa paradında qız.
Çində Tsinmin festivalı zamanı qadınlar qəbristanlıqda dua edirlər.
"Aviadarts-2021" müsabiqəsində Su-24 bombardmançıları, Su-30SM çoxhədəfli qırıcıları və Su-34 qırıcı-bombardmançıları.
Mayamidə küçədə qız rəfiqəsinə poza verir.
Fransada üzüm məhsulunun soyuqdan qorunması.
Liverpulda qadın mağazada manekenləri təmizləyir, Böyük Britaniya
Gürcüstanın Kutaisi şəhəri bizim Gəncə ilə qardaşlaşmış şəhərdir ki, bu da heç də təəccüblü deyil. Çünki bu iki yaşayış məntəqəsinin ortaq cəhəti çoxdur. Hər iki şəhər zəngin tarix-mədəni keçmişə sahibdir.
Kutaisinin əsası hələ eramızdan əvvəl V əsrdə qoyulub. İndi bu şəhər Gürcüstana səyahətə gələn insanların ən sevimli turizm istiqamətlərindən birinə çevrilib. Bu şəhərdə olanların əksəriyyəti təsdiqləyir ki, Kutaisi dünyanın öz ruhu olan azsaylı şəhərlərindəndir. Bəs bunun səbəbi nədir? Qədimliklə müasirliyin ecazkar vəhdəti – şəhəri iki hissəyə bölən Rioni çayının ağ daşları ilə yamyaşıl parklar.
Qədim tikililərin ucaldığı ekzotik küçələr, rahat kafe və restoranlar, eləcə də, bu çoxəsrlik şəhərin gülərüz sakinləri ən tələbkar turistlərin belə diqqətini cəlb edir. Əgər şəhər içində gəzintidən sıxılsanız, Kutaisinin şəhərətrafı mənzərələrindən ləzzət ala bilərsiniz. Burada Gelati monastırı, Prometey mağarası, Mayakovskinin evi, Sataplia qoruğu və başqa gəzməli-görməli məkanlara baş çəkmək olar. Və əlbəttə ki, iştah açan gürcü yeməkləri ilə zəngin İmereti mətbəxini yada salmamaq olmaz.
Bu ölkədə koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər yavaş-yavaş aradan qaldırılır. Gürcüstan artıq müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla da təyyarə uçuşlarını bərpa edib. Odur ki, əgər məzuniyyətə yollanmağı planlaşdırırsınızsa, turizm istiqamətlərindən biri kimi Kutaisini diqqətdə saxlamağı tövsiyə edirik.
Qeyd edək ki, Azərbaycan Gürcüstan üçün mühüm turizm bazarı hesab olunur. Pandemiyadan əvvəl, 2019-cu ildə ölkəmizdən Gürcüstana 1,5 milyondan çox insan səfər edib.
Kutaisi şəhərinə mənzərə
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Kutaisi şəhərinin gecə mənzərəsi
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Kutaisi şəhərinə mənzərə
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Gürcüstanın Kutaisi şəhərində
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.
İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.
Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz