Axşam saatlarından etibarən yağan qar qərb bölgəsini ağ örpəyə bürüyüb. Qazax rayonuna yağan qar örtüyünün hündürlüyü 5 sm-dən artıq olub. Səhər saatlarında nəqliyyatın hərəkətində müəyyən çətinlik yaransa da bu uzun sürməyib.
Bağlarda isə meyvə ağacları qış yuxusundan oyanmaq üzrə olduğundan çiçəklərin üzərinə qar yağıb. Mövsüm ərzində bölgənin aran hissəsinə cəmi üçüncü dəfə qar yağıb deyə uşaqlar yenə qarla oynamaq fürsətini əldən verməyiblər.
Sputnik Azərbaycan qarlı Qazaxdan çəkilən fotoları oxucularına təqdim edir.
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
Qazaxda qar yağandan sonra vəziyyət
"Qarabağın incisi", "Cənubi Qafqazın konservatoriyası", "Qafqazın mədəniyyət məbədi" adlandırılan Azərbaycanın Şuşa şəhəri tarixi abidələrlə zəngindir. Şəhərdə 17 məscidi olan 17 məhəllə, 6 karvansara, türbələr, mədrəsələr və başqa mühüm tikililər mövcud idi. Ancaq bu tarixi abidələrin çoxu erməni işğalı dövründə dağıdılıb.
Şuşada nisbətən salamat qalmış dini-tarixi abidələrdən biri də Yuxarı Gövhər ağa və ya Cümə məscididir. Məscid zəngin tarixə malikdir və bir neçə mərhələdə inşa olunub.
Məscidin tikintisinə Qarabağ xanı İbrahimin əmri ilə 1768-ci ildə başlanılıb. Ancaq bir qədər sonra bu dini məkanın inşası dayandırılıb. Nəhayət, 1883-cü ildə İbrahim xanın qızı Gövhər ağanın göstərişi və Kərbəlayi Səfi xan Qarabağlının iştirakı ilə məscidin tikintisi başa çatdırılıb.
Bina Qarabağ bölgəsindəki məscidlərə xas memarlıq xüsusiyyətlərinə malikdir. Azərbaycan memarlıq tarixçisi Elturan Avalovun sözlərinə görə, məscid şəhərin tarixi mərkəzində yer alır.
2020-ci ilin noyabrında Şuşa şəhəri işğaldan azad olundu və son 28 ildə ilk dəfə olaraq soydaşlarımız məsciddə namaz qıla bildilər. Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Gövhər ağa məscidinə baş çəkdilər. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş Quran bağışladı.
Təəssüf ki, işğal vaxtı Yuxarı Gövhər ağa məscidi də dağıntılara məruz qalıb, ancaq orada artıq bərpa işləri həyata keçirilməyə başlanılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şuşa şəhərindəki digər mədəniyyət obyektlərini də bərpa etmək niyyətindədir. Nazirlik tərəfindən 120 tarixi-mədəni abidədən ibarət siyahı tərtib olunub. Hazırda nazirliyin əməkdaşları bu tarixi irsin mövcud vəziyyətini və inventarlaşdırılması prosesini həyata keçirirlər.
Şuşada Yuxarı Gövhar Ağa məscidi.
Şuşada Yuxarı Gövhar Ağa məscidi.
Şuşada Yuxarı Gövhar Ağa məscidi.
Yuxarı Gövhar Ağa məscidinin minarəsi.
Yuxarı Gövhar Ağa məscidinin minarəsinin kərpic fraqmenti.
Yuxarı Gövhar Ağa məscidi.
1801-ci ildə məsciddə məktəb-mədrəsənin əsası qoyulub.
Yuxarı Gövhar Ağa məscidində namaz yeri.
Yuxarı Gövhar Ağa məscidi.
Yuxarı Gövhar Ağa məscidində namaz yeri.
Şuşada Yuxarı Gövhar Ağa məscidi.
Yuxarı Gövhar Ağa məscidində namaz yeri.
Şuşada Yuxarı Gövhar Ağa məscidinə mənzərə.
Məscidin divarlarında ərəb dilində yazılar var.
Yuxarı Gövhar Ağa məscidinin minarəsi.
Məscidin əsas fasadında ərəb dilində yazı var.
Yuxarı Gövhar Ağa məscidinin minarəsinin kərpic fraqmenti.
Şuşada Yuxarı Gövhar Ağa məscidi. Hazırda məscid üzərində Azərbaycan bayrağı dalğalanır.
Bütün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı başlanıb. Artıq iki ildir ki, bu müqəddəs ay koronavirus pandemiyası şəraitində keçir. Bəzi ölkələrdə məhdudiyyətlər daha yumşaqdır və inanclı insanlara sosial məsafəyə riayət etmək şərti ilə məscidlərdə namaza durmağa icazə verilir. Digər ölkələrdə isə sərt məhdudiyyətlər hələ götürülməyib və kütləvi tədbirlərin keçirilməsi qadağandır.
Bu cür şəraitdə müfti və imamlar inanclıları evlərində ibadət etməyə, ənənəvi iftar mərasimlərini isə ailə çərçivəsində keçirməyə çağırırlar.
Cari təqvim ilində Ramazan ayının başlanğıcı aprel ayının 13-nə tuş gəlib.
Qeyd edək ki, bu ay insanlar oruc tutur, bəzi ölkələrdə isə gündəlik orucdan sonra çoxlu sayda insanlar üçün iftar mərasimləri təşkil olunur.
Xatırladaq ki, Ramazan ayının başlanması Ay təqviminə əsaslanır. Ayın uzunluğu 29-30 gün olur. Müqəddəs ay Eyd əl-Fitr (İftar bayramı) bayramı ilə başa çatır ki, bu da ayın sonuncu günü başlanır və üç gün davam edir.
İraqın Nəcəf şəhərində işçi müqəddəs Ramazan ayı qabağı ayparanın yaxınlığında küçəni yuyur
İndoneziyada müsəlmanlar müqəddəs Ramazan ayının başlanması ərəfəsində dua edirlər
Beyrutda müqəddəs Ramazan ayının başlaması şərəfinə bəzəklər
Qüdsdə müqəddəs Ramazan ayının başlanması ərəfəsində küçə işıqlandırılır
İraqda xeyriyyə yeməyi paylanması zamanı maska taxan qız
İndoneziyada müsəlmanlar müqəddəs Ramazan ayı ərəfəsində dua edirlər
Suriyada müqəddəs Ramazan ayının başlaması şərəfinə bəzəklər
Müsəlmanlar Məkkədə müqəddəs Ramazan ayının ilk günündə dua edirlər
Fələstinli kişi İordan çayının qərb sahilində müqəddəs Ramazan ayının başlanğıcından əvvəl teleskopla aya baxır
Müsəlman qadınlar Podqoritsa şəhərindəki məsciddə namaz qılırlar
Ramazan ərəfəsində Dubayda küçə
Müsəlmanlar Cənubi Afrikanın Keyptaun şəhərindəki sahildə müqəddəs Ramazan ayının başlanğıcını göstərən ayı gözləyərək dua edirlər
Çikaqoda müsəlmanlar müqəddəs Ramazan ayının ilk axşamında dua edirlər
BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.
RUSSIA: Jen Psaki jokes with a reporter about a possible meeting between President Biden and Vladimir Putin pic.twitter.com/6HpEEiaPCA
— Forbes (@Forbes) April 13, 2021
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.