Çəhrayı flaminqo: Abşeronun ekzotik qonaqları

89
Səs-küylü paytaxtımızdan bir qədər uzaqlaşmaqla, Abşeron Milli Parkında dünyanın ən gözəl quşlarından olan flaminqolara tamaşa etmək mümkündür.

Qışlamaq üçün Abşeron yarımadası sahillərinə uçub gəlmiş flaminqolar son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Bu isə heç də təəccüblü deyil. Çəhrayı qanadlı bu quşlar öz gözəlliyi ilə hamını valeh edir. Təbiətsevərlər binokllarını, teleskoplarını, fotoaparatlarını qoltuqlarına vurub dəniz sahilinə yollanırlar ki, həm bu qeyri-adi quşlara tamaşa etsinlər, həm də onların gözəlliklərini texnikanın yaddaşına köçürsünlər.

Abşeron Milli Parkından bildirilib ki, flaminqolar hər il Xəzər dənizinin cənub-şərqində, Bakıdan 180 kilometr uzaqlıqda, Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazisindəki Qızılağac Qoruğuna qışlamağa gəlirlər. Ancaq quşların bir hissəsi Abşeron sahillərində məskunlaşır. Hazırda orada təxminən yüz quş var.

Yeri gəlmişkən, Abşeron yarımadasının cənub-şərq hissəsində, Şah Dili bölgəsində yerləşən Abşeron Milli Parkına da baş çəkməyə dəyər. Milli parkda ceyranlar, çaqqallar, tülkülər, porsuqlar, dovşanlar məskunlaşıb, Xəzərin sularında isə suitilər, balıqlar, quşlar (gümüşqanad qağayı, lal ququsu) və digər nadir canlılar yaşayır. Bu heyvanların çoxu Azərbaycanın Qırmızı Kitabına daxil edilib.

89
  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında fotoqraf flaminoqları çəkir.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

  • © Sputnik / Murad Orujov

    Təbiətsevənlər flaminqoları izləyirlər.

  • © Sputnik / Murad Orujov

    Abşeron Milli Parkında flaminqolar.

Qar təkcə gözəllik deyil: Bakı küçələrindən danışan FOTOlar

51
(Yenilənib 15:45 24.02.2021)
Çərşənbə axşamı 16 radələrindən başlanan güclü şimal küləyi paytaxta doğru qar buludlarını da qovdu. Sayılı saatlar içində Bakı ağappaq oldu. Şəhərin "qarı necə yaşadığını" Sputnik Azərbaycan-ın fotolentində izləyin

Bakıda çoxdandı belə qar yağmırdı. Düzü, rekord da sayılmaz, əvvəlki illərdə qarın qalınlığı bundan çox olurdu. Amma soyuq küləklər və şaxta fevralın 24-nü bu qışın ən soyuq günü kimi tarixə keçirdi. 

Təbii ki, nəqliyyat kollapsı olmadan da ötüşmədik. Ancaq qar yağanda Bakıda fərqli gözəllik olduğunu da etiraf etməliyik. Cənub paytaxtı üçün nadir olan qarlı küçələrin durumunu Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

 

51
  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Снег в Баку, 24 февраля 2021 года

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci ilhttp://editor.sputnik.az/images//07e5/02/18/426309681.jpg

  • © Sputnik / Murad Orujov

    Bakıda qar, 24 fevral 2021-ci il

Teqlər:
fotolent, qar, Bakı
Mövzu:
Bakı qarın əsarətində

Əbu-Dabidə nümayiş etdirilən Azərbaycan silahları

39
21-25 fevral aralığında Əbu-Dabidə 15-ci beynəlxalq silah sərgisi (International Defense Exhibition, IDEX) keçirrilir. Sərgidə Azərbaycan öz istehsalı olan 100-dən artıq adda silah təqdim edib.

Bu günlərdə Əbu-Dabidə dünyanın ən iri silah sərgilərindən biri keçirilir. Tədbirdə dünyanın 59 ölkəsindən 900-dək şirkət iştirak edir.

Sərgidə Azərbaycanı Müdafiə Sənayesi Nazirliyi tənmsil edir. Nazirlik öz istehsalı olan 106 adda silah-sursat təqdim edir. Onların arasında dronlar, snayper tüfəngləri, minomyotlar və s. var

Azərbaycan nümayəndə heyətinə müdafiə sənayesi naziri Mədət Quliyev başçılıq edir. Səfər çərçivəsində Quliyev BƏƏ baş nazirinin müavini şeyx Mənsur ben Zahid Əl Nahayanla görüşüb.

Koronavirus pandemiyası ilə əlaqədar sərgi epidemiya əleyhinə tədbirlərə riayət olunmaqla keçir. İştirakçılar hər 48 saatdan bir koronavirus testindən keçməlidirlər, ziyarətçilər isə maska rejiminə və ara məsafəsinə riayət etməlidirlər.

 

39
  • © Sputnik / Mihail Voskresenskiy

    "İti qovan" zərbə PUAsı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində nümayiş zamanı

  • © Sputnik / Mihail Voskresenskiy

    Müxtəlif çaplı silahlar Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində nümayiş zamanı

  • © Sputnik / Mihail Voskresenskiy

    Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində

  • © Sputnik / Mihail Voskresenskiy

    NST-14,5 snayper tüfəngi Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində nümayiş zamanı

  • © Sputnik / Mihail Voskresenskiy

    NST-14,5 snayper tüfəngi Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində nümayiş zamanı

  • © Sputnik / Mihail Voskresenskiy

    Avtomat HP-7,62 Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində nümayiş zamanı

  • © Sputnik / Mihail Voskresenskiy

    Müxtəlif çaplı silahlar Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində nümayiş zamanı

  • © Sputnik / Mihail Voskresenskiy

    "Yalquzaq" ST.308 snayper tüfəngi Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində nümayiş zamanı

  • © Sputnik / Mihail Voskresenskiy

    Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində

  • © Sputnik / Mihail Voskresenskiy

    Müxtəlif çaplı silahlar Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində nümayiş zamanı

  • © Sputnik / Михаил Воскресенский

    Patronlar Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində nümayiş zamanı

  • © Sputnik / Mihail Voskresenskiy

    Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində

  • © Sputnik / Михаил Воскресенский

    Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində

Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0