Koronavirus pandemiyası dünyada Müqəddəs Valentin Gününün qeyd edilməsinə mane olmadı. Ənənəvi olaraq fevralın 14-də qeyd edilən Sevgililər Günü bu il də güllər, şarlar, yumşaq hədiyyələr və hətta kütləvi toylarla yadda qaldı.
Sputnik Azərbaycan-ın fotolentində insanların necə küçəyə çıxaraq Sevgililər Gününü qeyd etdiklərini izləyə bilərsiniz.
Nyu-Yorkda Müqəddəs Valentin günündə "Dumbo" ürək abidəsinin qarşısında öpüşən cütlük, 14 fevral 2021-ci il.
Pokemon Pikaçu və "Zveropolis"dən tənbəlin geyimində olan insanlar Moskvada Müqəddəs Valentin günündə qucaqlaşırlar, 14 fevral 2021-ci il.
Tailandda tropik meşədə fillərlə gəzintidə olan cütlük əyalət zabitindən nikah şəhadətnaməsini alır, 14 fevral 2021-ci il.
Nikaraquada kütləvi toyda öpüşən cütlük.
Əfqanıstanda Müqəddəs Valentin günündə qızılgül buketini aparan gənc, 14 fevral 2021-ci il.
Şarm-əl-Şeyxdə turist qadın ürək formasında olan dekorasiyada fotoqrafa poza verir, 14 fevral 2021-ci il.
Estoniyada yerli balet studiyasının tələbələri buz karuselində fırlanırlar, 14 fevral 2021-ci il.
Manhettendə Müqəddəs Valentin günündə evlilik təklifi edən Devid Murik sevgilisi Loren Rosası qucaqlayır, 14 fevral 2021-ci il.
Meksikada pandemiya səbəbi ilə boş qalan küçədə yumşaq oyuncaqlar daşıyan yük maşını, 14 fevral 2021-ci il.
Nyu-Yorkda ürək abidəsinin qarşısında Şi-tzu cinsindən it poza verir, 14 fevral 2021-ci il.
Salvadorda kütləvi toy mərasimində cütlük, 14 fevral 2021-ci il.
Meksikalı duet Müqəddəs Valentin günündə müştəriləri üçün onlayn ifa edir.
Hər il Cenevrə avtosalonunda "İlin avtomobili" müsabiqəsinin qalibləri seçilir. Lakin bu il avtosalon pandemiya səbəbindən ləğv edilib və səsvermə onlayn formatda keçirilib.
22 ölkədən 59 avtojurnalistin iştirak etdiyi səsvermədə şəhər hetçbeki Toyota Yaris ilin ən yaxşı avtomobili seçilib. Yeni nəsil Toyota Yaris 2019-cu ilin sonunda təqdim olunub, Avropada satışı isə 2020-ci ildə başlayıb. Yaponiya avtomobili satışına görə Peugeot 208 və Dacia Sander maşınlarını geridə qoyub.
Xatırladaq ki, ötən il Avropada ən yaxşı avtomobil adına Peugeot 208 layiq görülmüşdü.
Qalib avtomobili və ən yaxşıların reytinqinə düşən digər maşınları Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.
Cenevrə "2021-ci ilin avtomobili" müsabiqəsinin mükafatlandırma mərasimində Toyota Yaris avtomobili.
Cupra Formentor avtomobili.
Turində Fiat 500 Electric avtomobili.
Citroen e-C4 elektromobili Parisdə KİV üçün təqdimat zamanı.
Škoda Octavia avtomobili.
Namibiya səhrasında Land Rover Defender avtomobili.
Volkswagen avtomobil zavodunda işçi Volkswagen ID.3 elektromobilinə VW loqotipini quraşdırır.
Cenevrədə Palexpo sərgisində Toyota Yaris avtomobili.
Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda apardığı Vətən müharibəsi artıq şanlı tarixin bir hissəsinə çevrilib. İndi əsas məsələ bu ərazini bərpa etməkdir.
Hazırki vəziyyətdə dövlətin əsas vəzifələrindən biri burada nəqliyyat sisteminin tikintisidir. Füzulidə beynəlxalq aeroportun inşası ilə yanaşı, azad edilmiş ərazilərdə iki magistral yol çəkilir. Onlardan biri, İlham Əliyevin "Zəfər yolu" adı verdiyi magistral yol Füzuli və Şuşanı birləşdirəcək.
Azərbaycan Ordusunun gücü qarşısında geri çəkilən erməni hərbçiləri özlərindən sonra dağılmış ev və obyektlər, minalanmaış yollar saxlayıblar. Hazırda işğaldan azad olunmuş ərazilərin 80-85% təhlükəli sayılır.
Erməni əsgərlərinin bir yerdə 3-4 piyada əleyhinə mina qoyması isə vəziyyəti daha da çətinləşdirir.
İşğaldan azad edilmiş ərazilərdə hərəkətin və tikintinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları burada çalışırlar. İstehkamçılar yeddi ay ərzində Füzuli-Şuşa yolunun keçdiyi 34 kilometr ərazini təmizləyəcəklər.
Hər gün istehkamçılar piyada və tank əleyhinə minalar, partlamamış raket mərmiləri tapırlar. Bu çətin işdə ANAMA əməkdaşları xüsusi teknika və itlərdən istifadə edirlər.
ANAMA əməkdaşları xidməti itlərlə Qarabağda əraziləri minalardan təmizləyirlər.
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmizləyir.
ANAMA əməkdaşları xidməti itlərlə Qarabağda əraziləri minalardan təmizləyirlər.
ANAMA əməkdaşları xidməti itlərlə Qarabağda əraziləri minalardan təmizləyirlər.
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmizləyir.
ANAMA-nın xüsusi teknikası Qarabağda əraziləri minalardan təmizləyir.
ANAMA əməkdaşları xidməti itlərlə Qarabağda əraziləri minalardan təmizləyirlər.
ANAMA əməkdaşları xidməti itlərlə Qarabağda əraziləri minalardan təmizləyirlər.
ANAMA əməkdaşları xidməti itlərlə Qarabağda əraziləri minalardan təmizləyirlər.
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmizləyir.
ANAMA-nın xüsusi teknikası Qarabağda əraziləri minalardan təmizləyir.
Qarabağda yol kənəraında mina.
ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilən sursatlar.
Qarabağda yol kənarında xəbərdarlıq stendi.
BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.
Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.
Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.