Həftənin şəklilləri: Şərq Yeni ili, vulkan püskürməsi, şər ruhlar

37
Sputnik Azərbaycan oxucuların diqqətinə ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoları təqdim edir.

Çində və Şərqi Asiyanın başqa ölkələrində yeni il şənlikləri keçirilib. O tərəflərdə bu bayramın adı Bahar bayramı və ya Çin Yeni ili adlandırılır.

Fransada son 40 ilin ən güclü daşqını baş verib. Şərqi Avropada güclü qar yağıb, Köhnə Qitənin bi çox ölkələrində əlverişsiz hava şəraiti hökm sürür.

Kiyevdə Ukrainian Fashion Week No season 2021 Yüksək moda həftəsi keçirilib. Nümayişlər qeyri-adi formada keçirilib. Təşkilatçılar tamaşaçılardan imtina ediblər bütün defilelər onlayn rejimdə yayımlanıb.

Sputnik Azərbaycan-ın ənənəvi həftəlik fotolentində planetin ötən həftəki həyatı ilə tanış ola bilərsiniz.

 

37
  • © REUTERS / Aly Song

    Uhanda qadın uşağı arabada aparır

  • © AFP 2021 / Marco Bertorello

    Venesiyada, Ah körpüsü yaxınlığında karnaval maskaları taxmış insanlar

  • © AFP 2021 / Michal Cizek

    Praqada xizək sürən qadın

  • © AFP 2021 / Lakruwan Wanniarachchi

    Kolumbiyalı rəqqas şər ruhlarla bağlı ayin zamanı

  • © AP Photo / Alvaro Barrientos

    Pamplonada, San-Xuan-de-Diosd xəstəxanasında tibb işçiləri qoruycu geyimi soyunurlar, İspaniya

  • © AFP 2021 / Luis Acosta

    Panamada miqrant qadın uşaqla

  • © AFP 2021 / Fabrice Coffrini

    İtaliya bayrağının rənglərinə boyanmış plastik oturacaqların yanında itlər öz sahiblərini gözləyərkən

  • © AP Photo / Emilio Morenatti

    İspaniyanın Barselona şəhərində şar satan şəxs

  • © AFP 2021 / Wang Zhao

    Pekinda mağazaların birində qadın

  • © REUTERS / Costas Baltas

    Yunanıstanın Afina şəhərində polislə tələbələr arasında qarşıdurma

  • © REUTERS / Gonzalo Fuentes

    Fransanın Esbli kommunasının sakinləri seldən sonra

  • © AFP 2021 / Mladen Antonov

    Banqkokda qadın Ay təqvimi üzrə Yeni İl münasibətilə bəzədilən küçədə poza verir

  • © AFP 2021 / Charly Triballeau

    Tokionun Gindza rayonu

  • © AFP 2021 / Prakash Mathema

    Nepalda Hanumante çayının yaxınlığında ibadət edən şəxslər

  • © AP Photo / Ronald Zak

    Avstriyanın Vyana şəhərində yerləşən Şenbrunn zooparkında qadın oranqutanqı izləyir

  • © AFP 2021 / Johan Ordonez

    Qvatemalada Pakayya vulkanının püskürməsi

  • © AFP 2021 / Martin Bernetti

    Santyaqonun Pankipulyi şəhərində rəssamın qətlindən sonra küçə rəssamları və polis arasında qarşıdurma

  • © AP Photo / Kay Nietfeld

    Berlinin Paris meydanında Adlon hotelin əməkdaşı səkini qardan təmizləyir

  • © REUTERS / Stringer

    Myanmada hərbi çevrilişə qarşı çıxan şəxslərlə polis arasında qarşıdurma

  • © REUTERS / Gleb Garanich

    Kiyevdə modellər Ukrayna Moda Həftəsində

  • © AP Photo / Shafkat Anowar

    Çikaqonun Millenium parkında Crown Fountain-ın video-heykəli

  • © REUTERS / Kathleen Flynn

    ABŞ-ın Yeni Orlean ştatında Mardi Qranın şərəfinə bəzədilmiş ev

Gözəllik, ya dəlilik? Qadınların seçimi - FOTO

15
Dünyadakı hər bir şey kimi, gözəllik standartları da yerində saymır. Hərdən geriyə baxanda qadınların bir az qəşəng görünmək üçün nələrə əl atdıqlarına mat qalırsan

Hər birimiz heç olmasa bir dəfə "Gözəllik qurban tələb edir" kəlmələrini eşitmişik. Kiminçünsə qulağını yağır edən cümləyə dönsə də, onun arxasında real hadisələr dayanır. Əsrlər boyu qadınlar dəyişkən gözəllik standartlarına uymaq üçün müəyyən qurbanlar veriblər ki, başqa zamanların prizmasından baxanda onlar absurd görünür. 

Plastik əməliyyatlar, qabırğaların çıxarılması, bayılma həddinə çatdıran dar korsetlər, radioaktiv və zəhərli kosmetika - Həvvanın qızları başlarına daha nə oyunlar açmayıblar ki...

Gənc nəsil ötən illərin gözəllik standartlarını gülməli, o standartlara çatmaq üsullarını isə ağılsız sayır. Ola bilsin, gələcək nəsillər də bizim zamanın gözəllik etalonlarına dodaq büzəcəklər. Bəlkə, hələ qadınların ülvi gözəllik arzularına çatmağına "yardım edən" gözəllik sənayesinin işçilərinin əməllərindən dəhşətə də gəldilər. 

Heyrətə salan "gözəllik alətlərini" Sputnik Azərbaycan-ın fotolentində izləyin.

15
Teqlər:
fotolent, gözəllik, qadınlar

Həftənin fotoları: Sarkozi məhkəmədə, pələng futbolu Parisdə tanqo

19
(Yenilənib 13:16 07.03.2021)
Sputnik Azərbaycan oxucuların diqqətinə ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoları təqdim edir.

Ötən həftə dünyada maraqlı hadisələrlə yadda qaldı. İndoneziyanın şimalında Sinabunq vulkanı oyandı. Nəticədə toz dumanı beş kilometr hündürlüyə qalxıb, ətrafa kül yayılıb. Xoşbəxtlikdən, vulkan püskürməsi zamanı heç kim xəsarət almayıb.

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahkar bilib. Keçmiş prezidentə üç il müddətində cəza verilib, onlardan birini N.Sarkozi həbsxanada keçirəcək.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

19
  • © REUTERS / Thomas Mukoya

    Keniyada qoruqda zürafə yolu keçir.

  • © REUTERS / Stringer

    Myanmada hərbi çevriliş zamanı saxlanılan etiraz aksiyasının iştirakçısı.

  • © REUTERS / BRITISH ANTARCTIC SURVEY

    Antarktidada Branta buzlağında çat.

  • © AFP 2021 / Punit Paranjpe

    Mumbayda Tac-Mahal mehmanxanasının qarşısında cütlük.

  • © REUTERS / Thanh Hue

    Vyetnamda Çi Lin şəhərində sakinlər sosial məsafənin ləğv olunmasını qeyd edirlər.

  • © AFP 2021 / Hector Retamal

    Şanxayda Teamlab Borderless sərgisində qız fotoqrafa poz verir.

  • © REUTERS / Alexander Kuznetsov

    Laplandiyada şimal şəfəqi.

  • © REUTERS / Benoit Tessier

    Parisdə tanqo rəqs edən cütlük.

  • © AFP 2021 / Hendra Syamhari

    İndoneziyada Sinabunq vulkanının püskürməsi.

  • © AP Photo / Michel Euler

    Fransanın sabiq prezidenti Nikola Sarkozi Parisdə məhkəmədə.

  • © AP Photo / Rahmat Gul

    Əfqan qızlar taekvondo üzrə məşqdə.

  • © AFP 2021 / Pedro Pardo

    Mexikoda qadınlara şiddətə qarşı etiraz aksiyası.

  • © AP Photo / Rahmat Gul

    Kabildə hərbi sənayə üzrə sərgidə helikopter nümayiş olunur, Əfqanıstan.

  • © AP Photo / Daniel Cole

    Marseldə De Katalan çimərliyində qız, Fransa.

  • © AFP 2021 / Jack Taylor

    Polis Banqkokda etiraz aksiyasını dağıdır, Tailand.

  • © AFP 2021 / Karim Sahib

    BƏƏ-də pələngə balası şəxsi zooparkda topla oynayır.

  • © AFP 2021 / Wang Zhao

    İnsanlar Pekində mağaza qarşısında olan abidənin yanında.

  • © AFP 2021 / Mohammed Abed

    Fələstinli məktəblilər avtobus gözləyirlər.

  • © REUTERS / Matthew Childs

    İnsanlar Benksinin yeni qraffitisinə baxırlar.

  • © AP Photo / Jens Kalaene/DPA

    Almaniyada kişi idman zallarının bağlanmasına etiraz edir.

  • © Sputnik / Mikhail Alaeddin

    Zanzibar adasının sahilində qadınlar.

  • © REUTERS / Thanos Floulis

    Yunanıstanda zəlzələ nəticəsində dağılmış evin yanında əlində televizor olan kişi.

  • © REUTERS / Brendan McDermid

    Nyu-Yorkda restoranda Odri Herberin mumdan heykəli.

Gülsurə İbadova

Kişilərlə yarışa girib: "Beş yüz min manatlıq maşından əvvəl ehtiyat edirdim" - FOTO

0
(Yenilənib 17:00 08.03.2021)
Üç qız, üç oğul anası olan Gülsurə İbadovaya həyat yoldaşı və ailəsi dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Hər gün sübh tezdən yuxudan oyanır. Həyət-bacada işlərini sahmana salıb, tarlaya yollanır. Texnikanın hər tərəfini yoxlayır, sazlığına əmin olandan sonra kombaynı işə salır. Düz otuz ildən çoxdur ki, kombaynçı işləyən pambıqçı-mexanizator Gülsurə İbadovanın günü belə başlayır. 16 yaşından kombayn sürücüsü işləyən bu qadın 60 yaşı olmasına baxmayaraq, bu gün də işinin başındadır. Sputnik Azərbaycan bir çox kişinin bacarmadığı ağır işin ödəsindən ustalıqla gələn zərif cinsin nümayəndəsini oxucularına təqdim edir. 

Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib bir il Texniki Peşə məktəbində təhsil aldıqdan sonra pambıqçılıq sahəsində işə başlayır. Ona köməkçi kimi işləmək tövsiyə olunsa da, G.İbadova Sevil Qazıyevanın başına gələnlərdən sonra buna razı olmur. Özünün dediyinə görə, pambıq sahəsində işə becərmədən başlayır. Sonra ona sürmək üçün traktor verirlər. Elə həmin ilin avqust ayında yeni pambıqdərən kombayn idarə edir. Sovet dövründə qabaqcıl sürücü-mexanik kimi dəfələrlə mükafatlara layiq görülür. Hətta Ulu öndər Heydər Əliyevlə də görüşərək ondan mükafat alır. Həmin illəri xatırlayan Gülsurə İbadova Heydər Əliyevin onun saçına sığal çəkərək tövsiyə verdiyini də unutmayıb: "Mənim uzun saçım vardı. Heydər Əliyev saçıma sığal çəkib mənə dedi ki, pambıq yığanda mütləq saçımı yığım. O mənə Sevil Qazıyevanın başına gələnləri xatırlatdı".

© Photo : Courtesy of Gyulsura Ibadova
Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib

Sovetlər Birliyi dağıldıqdan sonra bir müddət bələdiyyədə çalışan G.İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir. Həmsöhbətimiz deyir ki, Şirvan Şəhər Kənd Təsərrüfatı İdarəsi ona rayona gələn yeni kombaynı sürməyi təklif edir. G.İbadova Kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdə bu istəyini səsləndirir. Nazirin tapşırığı ilə ona yeni gətirilən pambıqdərən kombaynı idarə etmək həvalə olunur. G.İbadova nazirin kənd təsərrüfatı sahəsində çalışanlara qayğısından da ağızdolusu danışır.

Yeni pambıqdərən kombaynın sovet dövründəki kombayndan fərqli olduğunu söyləyən G.İbadova çətin olsa da, bu işin də öhdəsindən gəlir:

"Yeni kombaynı idarə etmək üçün sürücülük vəsiqəm köhnə idi. Bu kombaynı sürmək üçün imtahandan keçib 5 kateqoriyalı sürücülük vəsiqəsi aldım. Kombaynı Şirvandan sürüb Sabirabada gətirdim. Əlbəttə ki, bu  texnika müasir olduğundan, sovet dövründəki kombayndan çox fərqlənir. Bu texnikanın 17 ton ağırlığı var. 500 min manat qiyməti olan texnikanı idarə edəndə əvvəlcə ehtiyat edirdim. Hətta iki gün idi işə çıxmışdım ki, kombaynda şlanq partladı.

Yoldaşım çilingər olduğundan mayenin axmaması üçün "salnik" (kipgəc) qoydu. Kombaynı sürüb Məmişlər kəndinə getdim. Oraya çatmışdım, yenə problem yarandı. Texniki dəstək üçün mühəndisə müraciət etdim. O bildirdi ki, xamutu açıb boşaltmaq lazımdır. Bundan sonra  bəzi xırda detalları özüm bağlamağı öyrəndim. Amma sovet kombaynını sıfırdan - mühərrikinə qədər - özüm yığa bilirdim. Bu kombayn bahalı olduğu üçün problem olanda əlimi vurmağa çəkinirəm. Problem yarananda servisə zəng edirik, gəlib həll edir. Amma yeni kombaynlarda hələ ki ciddi problem yaranmayıb".

© Photo : Courtesy of Gyulsura Ibadova
Gülsurə İbadova

Həmsöhbətimiz deyir ki, sovet dövründəki kombaynlarda yerə şeh düşən kimi pambıqdərənin "şpindeli" (oxu) tutulurdu: "Amma yeni kombaynlar şampunla özü yuyub-təmizlədiyi üçün problem yaranmır".

İşinin incəliklərindən danışan G.İbadova bununla belə, şeh olanda pambıq yığımının çətin olduğunu söyləyir: "Sentyabrın sonuna qədər şeh olmur. Biz o vaxtdan səmərəli istifadə edirik. Elə vaxt olub ki, bir həftə evə getməmişəm. Gecə-gündüz pambıq yığmışam. Elə şam yeməyimizi də sahədə yemişik. Yuxusuz işləmək çətin olsa da, pambıq mövsümündə bu əziyyətə qatlaşmalısan. Çünki sentyabrın sonunda bəzən yağışlar yağmağa başlayır. İnsanların əməyi itməsin deyə biz çalışırıq ki, sahələrdə məhsulu yağış yağanadək yığıb qurtaraq".
  • Gülsurə İbadova kollektivlə
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Heydər Əliyev Gülsurə İbadovaya mükafat verib
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Gülsurə İbadova
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Gülsurə İbadova kollektivlə
    © Photo : Courtesy of Gyulsura Ibadova
1 / 4
© Photo : Courtesy of Gyulsura Ibadova
Gülsurə İbadova kollektivlə

Çox məhsul yığımının onların qazancına da təsir etdiyini söyləyən G.İbadova  sentyabrın 13-dən noyabrın sonuna qədər 380 hektardan pambıq yığdığını, 2600 manata qədər pul qazandığını söyləyir: "Pambıq əsasən yayda yığılır. Saat 6-da yuxudan durub, evdə işləri sahmana salıb, "VAZ 2106" ilə "Aqroservis"ə gedirəm. Pambıqdərənin yağına, mühərrikinə baxıb, avtoyuyucuda aparatını  yuyub-təmizləyirəm. Sonra hansı sahəyə göndərirlərsə, oraya gedirəm. Son illər pambıq istehsalında məhsuldarlıq artıb. Elə vaxt olub ki, 80 hektar sahədən 300 ton pambıq yığmışıq. Bir həftə ərzində bu işə üç kombayn cəlb olunub. Məhsulun çoxluğu həm də bizim qazancımıza təsir edir".

© Photo : Courtesy of Gyulsura Ibadova
İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir

G.İbadova bildirir ki, pambıq yığımından qazandığı pulu ailəsinə xərcləyir. Üç qız, üç oğul anası olan G.İbadovaya həyat yoldaşı və ailəsi də dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib: "Yoldaşım narşərab zavodunda çilingər işləyirdi.  Qohumluğumuz olsa da sevib ailə qurmuşuq. Hər ikimiz torpağa bağlı, zəhmətsevər insanlarıq. Övladlarımızı da belə tərbiyə etmişik".

G.İbadova 60 yaşında kombayn sürməyin heç də çətin olmadığını söyləyir. Onun sözlərinə görə, əksinə, bu yaşda işləmək  ona zövq verir. "İş adamı gümrah saxlayır. Bəlkə, elə mənim gümrah qalmağımın səbəbi işimdir", - deyir kombaynçı müsahibimiz.

0
Teqlər:
müsahibə, sürücü, pambıq, kombayn, qadın