Masallının yaşlı sakinləri özlərini koronavirusdan sığortaladılar - FOTOLAR

35
(Yenilənib 21:52 11.02.2021)
"Vaksinasiyada iştirak edən vətəndaşlara müvafiq qeydiyyat vərəqələri verilir və həmin vərəqələrdə ikinci vaksinin vurulması vaxtı və saatı qeyd edilir".

Rahim Muradov, Sputnik Azərbaycan

Masallı rayonunda 65 yaşdan yuxarı rayon sakinlərinə COVID-19 infeksiyasına qarşı peyvənd vurulmasına başlanılıb.

Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi İlqar Ramizoğlunun Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, nəzərdə tutulduğu kimi ilkin mərhələdə 731 nəfər tibb işçisi vaksinasiya prosesinə cəlb edilib: "Fevralın 8-dən etibarən isə 65 yaşdan yuxarı vətəndaşların vaksinasiya prosesinə başlanılıb. Hal-hazırda da vaksinasiya uğurla davam etdirilir və 151 nəfərə vaksin vurulub. Ürək-damar xəstələri ilə yanaşı, şəkərli diabet xəstələri və hipertoniya xəstələrinin ilk olaraq vaksinasiyadan keçməsi daha məqsədə uyğun hesab edilir. Vətəndaşlarımıza müraciət edib demək istəyirik ki, COVID-19 virusuna qarşı vaksinasiya həyati əhəmiyyət kəsb edir. Bütün vətəndaşlarımızın bu vaksinasiya prosesində iştirak etməsi vacibdir".

İ.Ramizoğlunun sözlərinə görə, hər bir vətəndaş vaksin vurdurmaqla COVID-19 infeksiyasına təhlükəli ağırlaşmalarının və həyati təhlükəsinin qarşısını alır: "Ona görə də əhalidən vaksinasiya prosesində iştirak etməyi xahiş edirik. Birinci vaksin dozası vurulduqdan 28 gün sonra ikinci vaksin dozası da vurulacaq. Bu barədə peyvəndləmədə iştirak edən vətəndaşlara müvafiq qeydiyyat vərəqələri verilir və həmin vərəqələrdə ikinci peyvəndin vurulmasının vaxtı və saatı qeyd edilir".

Həkim onu da əlavə edib ki, COVID-19 virusuna qarşı vurulan vaksinin də digər vaksinlər kimi əks göstəriciləri mövcuddur: "Xroniki qan xəstəlikləri olan xəstələr üçün əks göstəricisi var, vaksin komponentlərinin hər hansı birinə qarşı hiperhəssaslığı olan xəstələrə qarşı əks göstərişlidir. Uzun müddət müxtəlif xroniki xəstəliklərdə hormonal müalicə qəbul edən, immunosupressiv terapiya qəbul edən xəstələr üçün əks göstərişlidir".

Peyvənd olunan Hacı Eminağa Hüseynov Masallı RMX-da yaradılan şəraitə görə bütün tibb işçilərinə minnətdarlığını bildirib: "Bu vaksinlərin keyfiyyətinə inamım və etibarım olduğu üçün buraya könüllü gəlmişəm. Ona görə də hamıya gəlib peyvənd olunmağı məsləhət görürəm. Səhhətimdə heç bir ağırlaşma yoxdur və inşallah olmayacaq da. 28 gündən sonra da yenə gəlib ikinci vaksini vurduracağam".

35
  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

  • © Sputnik / Rahim Murad

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Həftənin fotoları: Sarkozi məhkəmədə, pələng futbolu Parisdə tanqo

11
(Yenilənib 13:16 07.03.2021)
Sputnik Azərbaycan oxucuların diqqətinə ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoları təqdim edir.

Ötən həftə dünyada maraqlı hadisələrlə yadda qaldı. İndoneziyanın şimalında Sinabunq vulkanı oyandı. Nəticədə toz dumanı beş kilometr hündürlüyə qalxıb, ətrafa kül yayılıb. Xoşbəxtlikdən, vulkan püskürməsi zamanı heç kim xəsarət almayıb.

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahkar bilib. Keçmiş prezidentə üç il müddətində cəza verilib, onlardan birini N.Sarkozi həbsxanada keçirəcək.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

11
  • © REUTERS / Thomas Mukoya

    Keniyada qoruqda zürafə yolu keçir.

  • © REUTERS / Stringer

    Myanmada hərbi çevriliş zamanı saxlanılan etiraz aksiyasının iştirakçısı.

  • © REUTERS / BRITISH ANTARCTIC SURVEY

    Antarktidada Branta buzlağında çat.

  • © AFP 2021 / Punit Paranjpe

    Mumbayda Tac-Mahal mehmanxanasının qarşısında cütlük.

  • © REUTERS / Thanh Hue

    Vyetnamda Çi Lin şəhərində sakinlər sosial məsafənin ləğv olunmasını qeyd edirlər.

  • © AFP 2021 / Hector Retamal

    Şanxayda Teamlab Borderless sərgisində qız fotoqrafa poz verir.

  • © REUTERS / Alexander Kuznetsov

    Laplandiyada şimal şəfəqi.

  • © REUTERS / Benoit Tessier

    Parisdə tanqo rəqs edən cütlük.

  • © AFP 2021 / Hendra Syamhari

    İndoneziyada Sinabunq vulkanının püskürməsi.

  • © AP Photo / Michel Euler

    Fransanın sabiq prezidenti Nikola Sarkozi Parisdə məhkəmədə.

  • © AP Photo / Rahmat Gul

    Əfqan qızlar taekvondo üzrə məşqdə.

  • © AFP 2021 / Pedro Pardo

    Mexikoda qadınlara şiddətə qarşı etiraz aksiyası.

  • © AP Photo / Rahmat Gul

    Kabildə hərbi sənayə üzrə sərgidə helikopter nümayiş olunur, Əfqanıstan.

  • © AP Photo / Daniel Cole

    Marseldə De Katalan çimərliyində qız, Fransa.

  • © AFP 2021 / Jack Taylor

    Polis Banqkokda etiraz aksiyasını dağıdır, Tailand.

  • © AFP 2021 / Karim Sahib

    BƏƏ-də pələngə balası şəxsi zooparkda topla oynayır.

  • © AFP 2021 / Wang Zhao

    İnsanlar Pekində mağaza qarşısında olan abidənin yanında.

  • © AFP 2021 / Mohammed Abed

    Fələstinli məktəblilər avtobus gözləyirlər.

  • © REUTERS / Matthew Childs

    İnsanlar Benksinin yeni qraffitisinə baxırlar.

  • © AP Photo / Jens Kalaene/DPA

    Almaniyada kişi idman zallarının bağlanmasına etiraz edir.

  • © Sputnik / Mikhail Alaeddin

    Zanzibar adasının sahilində qadınlar.

  • © REUTERS / Thanos Floulis

    Yunanıstanda zəlzələ nəticəsində dağılmış evin yanında əlində televizor olan kişi.

  • © REUTERS / Brendan McDermid

    Nyu-Yorkda restoranda Odri Herberin mumdan heykəli.

Yığcam rahat: Avropada ilin ən yaxşı avtomobillərini seçdilər - FOTO

47
(Yenilənib 16:30 05.03.2021)
İsveçrənin Cenevrə şəhərində Car of the Year 2021 müsabiqəsinin qalibləri elan olunub. Avtoekspertlərin favoriti yeni nəsil kompakt şəhər hetçbeki olub. 

Hər il Cenevrə avtosalonunda "İlin avtomobili" müsabiqəsinin qalibləri seçilir. Lakin bu il avtosalon pandemiya səbəbindən ləğv edilib və səsvermə onlayn formatda keçirilib. 

22 ölkədən 59 avtojurnalistin iştirak etdiyi səsvermədə şəhər hetçbeki Toyota Yaris ilin ən yaxşı avtomobili seçilib. Yeni nəsil Toyota Yaris 2019-cu ilin sonunda təqdim olunub, Avropada satışı isə 2020-ci ildə başlayıb. Yaponiya avtomobili satışına görə Peugeot 208 və Dacia Sander maşınlarını geridə qoyub.

Xatırladaq ki, ötən il Avropada ən yaxşı avtomobil adına Peugeot 208 layiq görülmüşdü.

Qalib avtomobili və ən yaxşıların reytinqinə düşən digər maşınları Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

47
  • © REUTERS / Salvatore Di Nolfi / Pool

    Cenevrə "2021-ci ilin avtomobili" müsabiqəsinin mükafatlandırma mərasimində Toyota Yaris avtomobili.

  • Cupra Formentor avtomobili.

  • © AFP 2021 / Marco Bertorello

    Turində Fiat 500 Electric avtomobili.

  • © AP Photo / Michel Euler

    Citroen e-C4 elektromobili Parisdə KİV üçün təqdimat zamanı.

  • Škoda Octavia avtomobili.

  • Namibiya səhrasında Land Rover Defender avtomobili.

  • © AFP 2021 / Ronny Hartmann

    Volkswagen avtomobil zavodunda işçi Volkswagen ID.3 elektromobilinə VW loqotipini quraşdırır.

  • © AFP 2021 / Salvatore Di Nolfi

    Cenevrədə Palexpo sərgisində Toyota Yaris avtomobili.

Teqlər:
fotolent, Cenevrə, avtomobil
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0