"Odda yanmayan, ən güclü küləyin belə təsir edə bilmədiyi" inancımız

1518
(Yenilənib 10:52 11.02.2021)
Yazın müjdəçisi olan Xıdır bayramını ölkəmizdə ən təmtəraqlı qarşılayan bölgələrdən biri Tovuz rayonudur.

İlham Mustafa, Sputnik Azərbaycan

"Xıdır Nəbi" xalqımızın ən qədim bayramlarındandır. Yazın müjdəçisi olan bayramı ölkəmizdə ən təmtəraqlı qarşılayan bölgələrdən biri Tovuz rayonudu. Rayonun Yuxarı Öysüzlü kənd sakinləri qış fəslinin soyuq günlərinin geridə qalmasını özlərinəməxsus tərzdə qeyd edirlər. Belə ki, sakinlər il ərzində niyyət tutur, əhd edir və bayram günü elliklə su, torpaq və alovun qovuşduğu yerə - inanc yeri olan xan çinarın ətrafına toplaşırlar.

Rəvayətə görə, Xızır və İlyas qardaşları bu ağacın dibində qonaq olublar. Kənd sakinləri ən güclü küləyin onun budaqlarına təsir edə bilmədiyinə, alovun bu ağacı yandırmadığına inanırlar.

Bayramı qeyd edənlər ilk olaraq "Ocaq Çinar"-ın ətrafına dövrə vurur, əhd edərək onun budaqlarına parçalar bağlıyırlar. Bundan sonra özləri ilə gətirdikləri kiçik lopaları və şamları yandırır, arzu və niyyətlərinin həyata keçməsi üçün dua edirlər. İl ərzində arzu və niyyətləri həyata keçənlər isə özləri ilə gətirdikləri şirniyyatları nəzir olaraq ziyarətçilərə paylayırlar.

Sakinlər Xıdır Nəbi gecəsi adlandırdıqlar günü sevinclə keçirirlər. Xıdır Nəbi bayramından sonra yalançı, ardınca isə xəbərçi çərşənbə gəlir.

1518
  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

  • © Sputnik / Ilham Mustafa

    “Xıdır Nəbi” bayramı

Bu kədəri kimsə daşıya bilmir - Xocalı qurbanlarını anma günündən FOTOLAR

15
(Yenilənib 17:49 26.02.2021)
Bu gün minlərlə Azərbaycanlı əllərində gül dəstələri ilə Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsi önünə gedərək öz ehtiramlarını ifadə ediblər.

Bu gün Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Bu gün minlərlə Azərbaycanlı əllərində gül dəstələri ilə Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsi önünə gedərək öz ehtiramlarını ifadə ediblər. Sputnik Azərbaycan-ın fotomüxbiri həmin duyğulu anları fotokamerasının yaddaşına köçürüb. Bu fotolara siz də baxın.

 

 

15
  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

Cənubun illərlə gözlədiyi hadisə: istəyirdilər, oldu - FOTO

63
(Yenilənib 19:18 25.02.2021)
Lənkəran rayonunun əvvəlcə kəndlərinə, sonra isə Lənkəran şəhərinin ərazisinə 4 ildən sonra intensiv qar yağıb.

Lənkəran rayonuna ötən gün səhər saatlarından başlayaraq yağan qar gecə intensivləşib. Dörd ildən sonra normal qar görən Lənkəran şəhər sakinləri öz sevinclərini müxtəlif cür büruzə veriblər. Ən çox isə təbii ki, balacalar seviniblər.

Rayon ərazisinə 12 sm qalınlıqda qar yağmasına baxmayaraq yollarda heç bir problem yaranmayıb. DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, qarlı havada yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşlarının fəaliyyəti gücləndirilib:

“Lənkəran rayonu ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin baş verməməsi məqsədilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar, Post Patrul Xidmətinin əməkdaşları ilə birlikdə xidmətə cəlb olunublar. Aparılan xidmətinin nəticəsi olaraq Lənkəran rayonu ərazisində heç bir yol-nəqliyyat hadisəsi baş verməyib. Hərəkət iştirakçılarına xəbərdarlıq və tövsiyə edilir ki, sürət həddini hava şəraitinə uyğun tənzimləsinlər, nasaz avtomobillər ilə yola çıxmasınlar və ötmə-manevr qaydalarını pozmasınlar”.

63
  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda general-mayor Həzi Aslanovun heykəli

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Xocalı memorialı, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

  • © Sputnik / Rahim Murad

    Lənkəranda qar, 25 fevral 2021-ci il

Teqlər:
fotolent, qar, Lənkəran
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0